Cismin və ruhun
təbibi
AFAQ
ŞIXLININ DOĞUM GÜNÜNƏ
Həkimlik
sənətdir, şairlik vergi. Və təsadüfi
deyil ki, həkimlər bədəni,
yazarlar-şairlər isə
ruhu, qəlbi müayinə
edir deyirlər. Tarixdə həkimlikdən ədəbi
mühitə yönəlib
şöhrət qazanan
tanınmış qələm
adamlarına tez-tez rast gəlmişik. Dünya ədəbiyyatından
Fransua Rable, Anton Çexov, Stanislav Lem, Mixail Bulqakov,
Konan Doyl, Arçibald
Kronunu, Azərbaycan ədəbiyyatından Nəriman
Nərimanovu nümunə
göstərmək olar.
Bir-birinə elmi cəhətdən zidd olan iki
sahəni birləşdirən
ortaq nöqtə insan həyatıdır, onun taleyinə müdaxilədir. Onlar cismini dərmanla,
ruhunu sözlə müalicə edirlər.
Bu mövzuya
toxunmağımın səbəbi onlarla şeir kitabının, bir
çox tərcümələrin müəllifi
olan dəyərli həkim-şair Afaq
Şıxlıdır. Onun şeirlərinə
bəstələnmiş mahnılar tanınmış
müğənnilərin repertuarını bəzəyib. Bu gün Afaq
Şıxlının doğum
gününə təbrik əvəzi özünün
son şeiri ilə xitab edirəm. İllər sizə bir ömrə imza
atdığınız yüzlərlə misra,
o misralardakı hissi-həyəcanı
qazandırdı. Ömür də bir qazancdır. Qazandığınız
ömürdə bizə bir Afaq Şıxlı imzası bəxş etdiyiniz üçün sağ olun!
Tünzalə
Vəliqızı
525-ci qəzet.- 2022.- 29 iyun.- S.14.