"Şuşa
İli"nə həsr olunmuş "Mədəniyyət:
problemlər və perspektivlər" adlı Beynəlxalq elmi Konfrans keçirilib
İyunun
24-də Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universiteti (ADMİU) tərəfindən
ölkə başçısı cənab İlham Əliyevin
müvafiq Sərəncamı əsasında elan olunmuş
2022-ci il "Şuşa İli"nə həsr olunan "Mədəniyyət:
Problemlər və Perespektivlər" adlı doktorant və gənc
tədqiqatçıların XV Beynəlxalq elmi Konfransı
keçirilib. Mövcud pandemiya qaydalarına əsasən
konfrans onlayn platformada gerçəkləşdirilib.
"Şuşa,
sən azadsan!" deviziylə baş tutan konfransın plenar
iclasını giriş sözü ilə ADMİU-nun
prorektoru, dosent Sədaqət Əliyeva açaraq, rektor Ceyran
Mahmudovanın salamlarını konfrans
iştirakçılarına çatdırıb, rektorun və
rəhbərliyin adından gənc tədqiqatçılara
uğurlar arzulayıb. O qeyd edib ki, mədəniyyət
xalqın mənəviyyatını təyin edən amillərdən
biridir. Buna görə də bu sahədə gənc tədqiqatçıların
araşdırmalarının böyük rolu var. Həmçinin,
prorektor xalqımızın böyük Qarabağ qələbəsinə
toxunub və Şuşanın azadlığının
dövlətimiz, xalqımız və bütün Türk
dünyası üçün önəmindən
danışıb.
Eyni
zamanda, S.Əliyeva elmi konfransa Qazaxıstan, İran, Türkiyə
və başqa xarici ölkələrdən, eləcə də
müxtəlif yerli ali təhsil ocaqlarının gənc
doktorant və dissertantları tərəfindən çox
sayda məqalə daxil olduğunu, bu məqalələrin hər
birinin həmin sahənin mütəxəssisləri tərəfindən
diqqətlə oxunduğunu, redaktə edildiyini və nəticədə
qəbul olunan məqalələrin bölmə iclaslarında
təqdim olunacağını bildirib.
Sonra
söz qonaqlara verilib.
AMEA
Qafqazşünaslıq İnstitutu Ermənişünaslıq
şöbəsinin müdiri, tarix elmləri doktoru, professor,
Turan Akademiyasının akademiki Qasım Hacıyev
Şuşanın tarixi və xalqımız üçün əhəmiyyətindən
danışıb.
Tarix
elmləri doktoru, BDU-nun professoru, İctimai elmlər
kafedrasının müdiri Qabil Əliyev də keçirilən
konfransın önəmindən danışıb və
Şuşanın tarixinin, mədəniyyətinin, maddi-mənəvi
sərvətlərinin gənc tədqiqatçılar tərəfindən
araşdırılmasının vacib olduğunu
vurğulayıb.
Daha
sonra Dublin Universitetinin doktorantı Baha Əhməd Yılmaz,
Ukraynadan qatılan professor, sosial kommunikasiyalar üzrə elmlər
doktoru Anastasiia Bessarab, Əməkdar artist, Bakı Xoreoqrafiya
Akademiyasının müəllimi Eteri Cəfərova və
başqaları müxtəlif sahələrdə məruzələrlə
çıxış ediblər.
Sonra konfrans bölmə iclasları ilə davam edib. Bölmə iclaslarında doktorant
və gənc tədqiqatçıların məruzələri
sədr, həmsədr
və digər mütəxəsisslər tərəfindən
dinlənilib, suallar verilib və iştirakçıların məruzələri
qənaətbəxş hesab
edilib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 29 iyun.- S.12.