"Şuşa mədəniyyətinin inciləri": Şuşa qalası

 

Mədəniyyət Nazirliyi tərəfindən "Şuşa İli" münasibətilə həyata keçirilən "Şuşa mədəniyyətinin inciləri" layihəsi yeni təqdimatlarla davam edir.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihənin "Şuşanın memarlıq salnaməsi" bölməsi üzrə növbəti təqdimat Şuşa qalasına həsr olunub.

Pənahəli xanın müdafiə məqsədilə tikdirdiyi qala Şuşa ovalığında əlçatmaz, hətta mühasirədə olan yerdə tikilmişdir. Qala hər tərəfdən sıx meşələrlə əhatə olunmuş bəzi hissələrdə yarğanlarla bitmişdir ki, bu da düşmən tərəfindən keçilməz sədd hesab olunurdu.

Qalanın təmir-bərpa işləri tikintisinin davam etdirilməsi uzun illər çəkdi.

Gəncə qapısının tikintisi Pənahəli xanın hakimiyyəti dövrünə təsadüf edir XVIII əsrdən Gəncə ya Çiləbörd qapısı adlanır. Bu qapı Şuşanı Gəncə şəhəri Qarabağ xanlığının Çiləbörd mahalı ilə birləşdirirdi. Digər qapılarla müqayisədə bu gün daha yaxşı vəziyyətdədir.

Qalanın qərb tərəfində yerləşən İrəvan ya Xəlfəli qapısı Şuşanı Xəlfəli kəndi İrəvan şəhəri ilə birləşdirirdi. Digər qapılardan fərqi hər iki tərəfdə simmetrik şəkildə yerləşdirilmiş iki pilləli döyüş qüllələri ilə möhkəmləndirilməsi idi.

Qalanın şərq tərəfindəki digər qapı isə Muxtar, Topxana ya Şuşakənd qapısı kimi tanınan Ağoğlan qapısı idi.

 

525-ci qəzet.- 2022.- 29 iyun.- S.12.