"PİLLƏ" Tələbə
Tamaşaları Festivalı başa
çatıb
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin (ADMİU) 100 illik
yubileyi münasibətilə
"ADMİU 99+" layihəsi çərçivəsində keçirilən "PİLLƏ" Tələbə Tamaşaları
Festivalı başa çatıb.
İyunun 25-də baş tutan bağlanış mərasimində
universitet rəhbərliyi,
tanınmış incəsənət
xadimləri, professor-müəllim
heyəti, tələbələr
və media nümayəndələri
iştirak ediblər.
Tədbiri giriş sözüylə
açan ADMİU-nun rektoru,
professor Ceyran Mahmudova bu festivalı
universitetin həyatında
önəmli hadisə
adlandırıb. C.Mahmudova festivalın
müəllimlərə deyil,
tələbələrə yönəldildiyini və burada yalnız tələbələrin işinin
qiymətləndirildiyini bildirib.
Festivalda
iştirak edən IV kurs tələbələrinin
artıq universitetdən
məzun olmağa hazırlaşdıqlarını deyən rektor onlara gələcək həyatlarında uğurlar
arzulayıb.
Sonra festivalın təşkilatçıları
və münsiflər
heyətinin üzvləri-
teatrşünas Elçin
Cəfərov, professorlar
Aydın Talıbzadə,
Məryəm Əlizadə,
teatrşünas Vidadi
Qafarov və başqaları çıxış
edərək festivalla
bağlı fikirlərini
bölüşüblər.
Qeyd olunub ki, festivalda
ADMİU-nun Aktyor sənəti
ixtisası üzrə
təhsil alan
tələbələrin təşkilat
komitəsi tərəfindən
30-dan çox tamaşa
içərisindən seçilmiş
doqquz diplom və kurs tamaşaları
nümayiş olunub. Həmçinin, hər günün
sonunda həmin gün nümayiş olunan səhnə əsərləri tələbə-teatrşünaslardan
ibarət gənc ekspertlər qrupu tərəfindən müzakirə
edilib.
Bildirilib
ki, universitetin 100 illik yubileyi ərəfəsində keçirilən
"Pillə" festivalı
tələbələrin yaradıcılıq
prosesinə daha sıx təşviq edilməsi, gənc istedadların aşkarlanması
və teatr tədrisi prosesinin aktivləşdirilməsi kimi
məqsədləri hədəfləyir.
Daha sonra qaliblərin mükafatlandırılması
mərasimi başlayıb. Festivalın qalibləri
peşəkar teatrşünasların,
tənqidçilərin iştirakı
və münsifliyilə
müəyyənləşdirilib.
Festivalın nəticələrinə görə:
Ən yaxşı tamaşa - N.V.Qoqol "Müfəttiş"
- Teatr sənəti fakültəsi, III kurs, Kurs rəhbəri Xalq artisti Vidadi
Həsənov;
Ən yaxşı kişi rolu nominasiyası üzrə mükafat - "İnişmaandan gələn şikəst" tamaşasında şikəst Billi roluna görə - Teatr sənəti fakültəsi, IV kurs tələbəsi - Ülvi Haşımov;
Ən yaxşı qadın rolu nominasiyası üzrə mükafat - Sabah qrupları, IV kurs tələbəsi-Şəhanə Rzayeva;
Gənc ekspertlərin mükafatı - J.B.Molyer "JorjDanden, yaxud aldadılmış ər" - Teatr sənəti fakültəsi, II kurs, rus bölməsi, Kurs rəhbəri Ruslan İsmayılov seçiliblər.
Gənc ekspertlər qrupuna müxtəlif kurslardan seçilmiş teatrşünas tələbələrdən Qönçə Firudinli, Suray Ömərova (IV kurs), Səbinə Zeynalova, Səbuhi Ağayev (III kurs), Fatimə Qurbanzadə, Minaxanım Qurbanova, Aynur Əskərli, Nailə Qasımova, Tağilə Mehtiyeva, Kənan Balakişiyev (II kurs) daxildir.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 29 iyun.- S.13.