Uşaq kitabxanası Nağıl Festivalında
iştirak edib
17-26 iyun tarixlərində Bursa Böyükşəhər
Bələdiyyəsinin təşkilatçılığı,
UNESCO-nun Türkiyə üzrə
Milli Kömitəsi, Türksoyun dəstəyi ilə Türkiyənin
Bursa şəhərində təşkil olunan “Əvvəl Zamanı” Nağıl Festivalında
F.Köçərli adına
Respublika Uşaq Kitabxanasının direktoru
Əməkdar Mədəniyyət
işçisi Şəhla
Qəmbərova
və kitabxananın
elmi işlər üzrə direktor müavini Əməkdar Mədəniyyət işçisi
Zahira Dadaşova iştirak ediblər.
525.az xəbər verir ki, keçirilən
nağıl festivalında
həmçinin Kazaxıstan,
İran və Türkiyənin digər bölgələrindən qonaqlar və nağılçılar
iştirak ediblər. Festival çərçivəsində
qədim
Bursa şəhərinin 10 fərqli məkanında (parklarda, muzeylərdə, açıq havada) 32 nağılçı tərəfindən
100 nağıl 7-dən 70-ə təqdim edildi.
Keçirilən festivalın əsas
məqsədi uşaqlara
əyləncəli və
özünəməxsus üsulda
müxtəlif məkanlarda
nağılçılar tərəfindən nağılların
təqdim edilməsidir.
Festival günlərində Respublika Uşaq Kitabxanasının
nümayəndə heyəti
Bursa şəhəri Gazzeli
Ahmed Əfəndi Mədəniyyət
Mərkəzində, Alipaşa
Oyuncaq Kitabxanasında,
Lala Şahin Paşa Cocuk kitabxanasında, İnəbəy
Əlyazmaları Kitabxanasında
oldular və kitabxana ilə yaxından tanış olduqdan sonra hər bir kitabxanaya
Azərbaycan xalq nağılları kitabını
və “Göyqurşağı”
uşaq jurnalını
hədiyyə etdilər.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən
təqdim olunan nağıl, dastan və əfsanələr izləyicilər tərəfindən maraqla
qarşılandı. Nağıl, dastan və əfsanələrin fərqli məzmununa
görə Respublika
Uşaq Kitabxanasının Direktoru Şəhla Qəmbərovaya və direktor müavini Zahira Dadaşovaya TÜRKSOY-un xüsusi təşəkkür
lövhəsi təqdim edildi.
525-ci qəzet.- 2022.- 29 iyun.- S.13.