Milli Kitabxana
"Şuşa məişət əşyaları"
adlı virtual sərgi hazırlayıb
Qarabağın tacı olan Şuşa xalqımız
üçün müqəddəs
və əziz məkandır. Şuşa sevgisi hər
bir azərbaycanlının
mənəvi varlığının
ayrılmaz parçasıdır.
Bənzərsiz tarixi görkəmini
və formalaşdırdığı
özünəməxsus mühiti
həmişə qoruyub
saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri
ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr
yazmışdır.
Azərbaycan Respublikası Prezidenti
cənab İlham Əliyev tərəfindən
2022-ci ilin "Şuşa
İli" elan edilməsi ilə əlaqədar Milli Kitabxananın əməkdaşları
tərəfindən "Şuşa
məişət əşyaları"
adlı virtual sərgi
hazırlanıb.
Şuşa və Qarabağ
bölgəsinə aid XVIII-XIX əsrlərin məişət
əşyaları öz
formasının gözəlliyi,
zərif və yüksək zövqlü
bədii naxışları
ilə seçilirdi.
Təqdim
olunan virtual sərgidə
Azərbaycanın mədəniyyət
mərkəzi olan Şuşa şəhəri
əhalisinin istifadə
etdiyi məişət
əşyaları, onların
təsnifatı, haqqında
məlumatlar, əyani-vizual
görüntüləri və
qısa tarixi öz əksini tapıb.
Virtual sərgi ilə tanış olmaq istəyənlər Milli
Kitabxananın saytına
daxil ola bilərlər.
525-ci qəzet.- 2022.- 30 iyun.- S.8.