İsveç Ukraynaya 5 min "ağıllı" silah göndərir

 

İsveçin baş naziri Maqdalena Andersson bildirib ki, İsveç Ukraynaya 43 milyon dollar maliyyə yardımı, 5 000 tank əleyhinə silah göndərəcək. Vətən müharibəsində erməni tanklarının və hərbi texnikasının qənimi "Bayraktar" oldusa,  Ukraynada rus hərbi texnikasının qənimi əsasən NLAW silahıdır.

 

Yaxın məsafədən və küçə döyüşlərində, görünə bilən məsafədə hərbi texnikanın sıradan çıxarılmasında bu silahın müstəsna rolu var. NLAW daşına biləndir, cəmi 12 kq-dır.  İstifadəsi rahatdır, yəni adi bir qeyri-hərbçi bir neçə saatlıq təlimlə bundan istifadə edə bilir. 20m-dən 800 metrədək dağıdıcıdır. Xarakteristikasından görsənir ki, "ağıllı" silahdır.

 

İndiyədək Ukrayna odusuna NATO ölkələri tərəfindən cəmi 2 000 ədəd tank əleyhinə Javelin və NLAW ( Britaniya istehsalı) verildiyi bildirilirdi.

Britaniya hərbiçiləri ukraynalılara bununla bağlı təlimlər də keçiblər.

 

İndi isə, İsveç, güman ki, Ukraynaya məhz öz istehsalı olan 5000 ədəd NLAW verəcək.

 

Əgər bu müharibənin gedişində Ukrayna 5000 ədəd NLAW əldə edə bilsə, Rusiyanın bütün hərəkət edən zirehlizirehsiz texnikası batdı.

 

Osman Gündüz,

Azərbaycan İnternet Forumunun prezidenti

 

525-ci qəzet.- 2022.- 1 mart.- S.11.