"SWITD-dən
uzaqlaşdırılma Rusiya iqtisadiyyatına necə təsir
göstərəcək?"
Böyük
Britaniyanın Baş naziri Boris Conson Rusiyanın SWIFT-dən
uzaqlaşdırılacağını bildirib.
"Bu gün beynəlxalq tərəfdaşlarımızla birlikdə Rusiyanı qlobal maliyyə sistemindən kənarlaşdırmaq, o cümlədən Rusiya banklarını SWIFT-dən uzaqlaşdırmaq üçün qəti addımlar atdıq”, Boris Conson "Twitter" hesabında bu barədə paylaşım edib.
SWIFT-dən uzaqlaşdırılma Rusiya iqtisadiyyatına necə təsir göstərəcək?
Qaynarinfo-nun məlumatına görə, iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, Dünya Ticarət Təşkilatının məlumatına görə, 2020-ci ildə Rusiyanın ümumi ixracatı 332.2 milyard dollar, idxalı isə 240.4 milyard dollar olub. 2020-ci ildə Rusiyanın xarici ticarətdə müsbət saldosu pandemiya səbəbindən əvvəlki ilə nisbətən 179.5 milyard dollardan 91.8 milyard dollaradək azalıb:
"Dünya Bankının məlumatına görə, 2019-cu ildə Rusiyanın ixracatı 426.7 milyard dollar, idxalı isə 247.1 milyard dollar olmuşdu. Rusiyanın ixracatda əsas ticarət tərəfdaşları Çin, Niderland, Almaniya, Belarus və Türkiyə olub. İdxalda isə Çin, Almaniya, Birləşmiş Ştatlar və İtaliya əsas tərəfdaşlardır.
Qeyd edək ki,
SWIFT pulun dünyanın bir
hissəsindən başqa yerinə sərhədsiz
göndərilməsinə imkan verən
beynəlxalq maliyyə strukturudur. Mənası Qlobal Banklararası Maliyyə Rabitəsi Assosiasiyasıdır
(Society for Worldwide Interbank Financial Telecommunication). 1973-cü ildə yaradılan və baş ofisi Brüsseldə yerləşən sistem dünyanın 200 ölkəsini,
ümumilikdə 11 min maliyyə
institutu və bankı əhatə edir. Bu sistem
vasitəsilə hər
gün 40 milyondan çox mesaj göndərilir və trilyonlarla dollarlıq maliyyə vəsaiti şirkətlər və ya hökumətlər arasında transfer olunur".
Deputat vurğulayıb ki, SWIFT-dən uzaqlaşdırma Rusiya şirkətlərinin beynəlxalq ödənişlərinə ciddi təsir göstərəcək. Çünki bu halda Rusiya şirkətləri nağdsız ödənişlərdə ciddi çətinliklər ilə üzləşəcəklər. Bu, xüsusən, strateji məhsulların ixracatında Rusiya üçün çətinliklər yaradacaq:
"Rusiyanın aparıcı şirkətlərinin
səhmlərinin birjalarda indeksləşdirildiyini
nəzərə alsaq, SWIFT-siz
gələcək şimalda fəaliyyət
göstərən sahibkarlar üçün yaxşı nə isə vəd
etmir. Müqayisə üçün
deyək ki, 2012-ci ildə İranın bu sistemdən uzaqlaşdırılması cənub
qonşumuz üçün
ticarət dövriyyəsinin 1/3-ni itirmək demək oldu. Bu baxımdan, SWIFT-dən
kənarlaşma Rusiyanın xarici ticarət
dövriyyəsinin azalmasına gətirib çıxarmaqla,
şirkətlərinin səhmlərinin ucuzlaşmasına səbəb
olacaq".
Vüqar Bayramov
525-ci qəzet.- 2022.- 1 mart.- S.11.