Zəmanə adamı

 

Hekayə

 

 

Bu dünyadan çoxları gəlib keçib. Bəzisi razı, bəzisi narazı. İkincilərin sayının daha çox olduğunu inkar etmək olmaz. Bir çox insan həyatını yoluna qoya bilməməyin səbəbini yaşadığı ölkədə görür. Başqa bir şəhərdə, ya kənddə, fərqli bir zamanda dünyaya gəlsə idi, daha gözəl həyata sahib ola biləcəyinə inanır. "Korlanmış" zəmanənin yüksək potensialının işə düşməsinə imkan vermədiyini, bu zəmanənin insanı olmadığını düşünür. Ancaq dərinə getdikdə, yaşamağın heç bir zaman asan olmadığını görərik. Həyat filmlərdəki kimi rəngarəng olmur. Orta əsrlər barədə maraqlı sevgi macərasını izləyən gənc həmin dövrdə yaşamağı arzulayır. Yaxud başqa bir millətdən olan milyonerin yüksəliş yoluna tamaşa edərək o xalqın nümayəndəsi olmaq istəyir. Sanki varlanması üçün tək maneə damarlarında axan qandır. Ancaq heç də belə deyil. Filmlər həyatın yaşamalı tərəfini göstərirlər (bəziləri istisnadır). Klassik geyimlər, musiqilər, orta əsrlərin qəsrə bənzər evləri xoşagəlimli olsa da, bunlar aysberqin görünən tərəfidir. Hər dövrdə varlı və kasıb insanlar olub. İndi kasıb olan adam həmin vaxtda da eyni, bəlkə də, qat-qat artıq pis vəziyyətdə olacaq. Yaxud qadınların həyatına baxaq. Bu gün qadınların bir çox sahədə çətinliklərlə üzləşdiyini nəzərə alsaq da, bunlar keçmişdəki işgəncələrlə müqayisəyə belə gələ bilməz. Rahatlıqla evdən çıxa, təhsil ala bilməməklə istədiyi paltarı geyinə bilməmək arasında dağ boyda fərq var. İctimai münasibətlərdə də çox irəliləyiş var. Kral, şah, hökmdarların mütləq hakim olduğu zamanlarda yüksək silkin nümayəndələri aşağı təbəqədən olanlara istədiklərini edə bilərdilər və buna qarşı çıxmağa heç kəsin cürəti çatmazdı. Ancaq indi vəziyyət qat-qat fərqlidir. Hər hansı məmurun, yaxud varlı bir adamın övladı, qohumu kasıblara əziyyət verə bilməz. Düzdür, belə hallar baş verib gizli də saxlanıla bilər. Lakin məsələ ictimaiyyətə çatdırılarsa, dərhal qınaq obyektinə çevrilər və axır-əvvəl bir cəza verilər. Yəni  artıq cibidolunun cibiboşa istədiyini edə bilməsi qanundan kənardır. Günahı yaşadığın yerə atıb bir küncə çəkilmək də səhvdir. Həyat mübarizə meydanıdır və zəiflər o meydana çıxmaqdan boyun qaçırırlar. Amerikalı bir adamının uğur hekayəsinə baxan azərbaycanlı onun bu yolda etdiklərinin eynisini bacara biləcəyini, lakin "şərait yaradılmadığını" deyir. Ordakı imkanların bizdəkindən qat-qat artıq olduğunu boynumuza almalıyıq. Ancaq qəbul edək ki, burda da gözəl həyat üçün şansımız var. Yeni bir ideya tapmaqla biz də özümüzə biznes qura, pul qazana bilərik. Dövlət işində çalışmaqla çox pul qazana bilməsək də, bizi düşünməkdən, beynimizi işə salmaqdan çəkindirən nədir? Dünyada ən çox satılan əşya rubik kubu ixtiraçısı Ernö Rubiki milyoner etdi. Yaxud Coan Ketlinq Roulinq "Harry Potter" kitablarını yazmaqla milyonlarla dollar qazandı. Onların tək etdikləri isə düşünmək həyata keçirmək idi. Müasir dövrün əsas tələblərindən biri innovativ olmaqdır. 21-ci əsr insanının həyatında durmadan dəyişiklik gedir. Hər gün mağazaların vitrinlərində yeni elektronik avadanlıqlar düzülür, məişətimizi rahatlaşdıracaq vasitələr yaradılır, çatdırılma xidmətləri fəaliyyət göstərir bir düymə ilə kilometrlərə uzaq olan ölkədən istədiyimiz hər şeyi sifariş edib 7/24  planetlərin canlı görüntülərinə tamaşa edə bilirik. Bütün bu sehrin kiçik bir parçasında payımız olsa, biz filmlərdə gördüyümüz xoşbəxt insanlardan birinə çevrilər, öz məkanımızın zamanımızın insanı, necə deyərlər, zəmanə adamı olarıq.Bu dünyadan çoxları gəlib keçib. Bəzisi razı, bəzisi narazı. İkincilərin sayının daha çox olduğunu inkar etmək olmaz. Bir çox insan həyatını yoluna qoya bilməməyin səbəbini yaşadığı ölkədə görür. Başqa bir şəhərdə, ya kənddə, fərqli bir zamanda dünyaya gəlsə idi, daha gözəl həyata sahib ola biləcəyinə inanır. "Korlanmış" zəmanənin yüksək potensialının işə düşməsinə imkan vermədiyini, bu zəmanənin insanı olmadığını düşünür. Ancaq dərinə getdikdə, yaşamağın heç bir zaman asan olmadığını görərik. Həyat filmlərdəki kimi rəngarəng olmur. Orta əsrlər barədə maraqlı sevgi macərasını izləyən gənc həmin dövrdə yaşamağı arzulayır. Yaxud başqa bir millətdən olan milyonerin yüksəliş yoluna tamaşa edərək o xalqın nümayəndəsi olmaq istəyir. Sanki varlanması üçün tək maneə damarlarında axan qandır. Ancaq heç belə deyil. Filmlər həyatın yaşamalı tərəfini göstərirlər (bəziləri istisnadır). Klassik geyimlər, musiqilər, orta əsrlərin qəsrə bənzər evləri xoşagəlimli olsa da, bunlar aysberqin görünən tərəfidir. Hər dövrdə varlı kasıb insanlar olub. İndi kasıb olan adam həmin vaxtda da eyni, bəlkə , qat-qat artıq pis vəziyyətdə olacaq. Yaxud qadınların həyatına baxaq. Bu gün qadınların bir çox sahədə çətinliklərlə üzləşdiyini nəzərə alsaq da, bunlar keçmişdəki işgəncələrlə müqayisəyə belə gələ bilməz. Rahatlıqla evdən çıxa, təhsil ala bilməməklə istədiyi paltarı geyinə bilməmək arasında dağ boyda fərq var. İctimai münasibətlərdə çox irəliləyiş var. Kral, şah, hökmdarların mütləq hakim olduğu zamanlarda yüksək silkin nümayəndələri aşağı təbəqədən olanlara istədiklərini edə bilərdilər buna qarşı çıxmağa heç kəsin cürəti çatmazdı. Ancaq indi vəziyyət qat-qat fərqlidir. Hər hansı məmurun, yaxud varlı bir adamın övladı, qohumu kasıblara əziyyət verə bilməz. Düzdür, belə hallar baş verib gizli saxlanıla bilər. Lakin məsələ ictimaiyyətə çatdırılarsa, dərhal qınaq obyektinə çevrilər axır-əvvəl bir cəza verilər. Yəni  artıq cibidolunun cibiboşa istədiyini edə bilməsi qanundan kənardır. Günahı yaşadığın yerə atıb bir küncə çəkilmək səhvdir. Həyat mübarizə meydanıdır zəiflər o meydana çıxmaqdan boyun qaçırırlar. Amerikalı bir adamının uğur hekayəsinə baxan azərbaycanlı onun bu yolda etdiklərinin eynisini bacara biləcəyini, lakin "şərait yaradılmadığını" deyir. Ordakı imkanların bizdəkindən qat-qat artıq olduğunu boynumuza almalıyıq. Ancaq qəbul edək ki, burda da gözəl həyat üçün şansımız var. Yeni bir ideya tapmaqla biz özümüzə biznes qura, pul qazana bilərik. Dövlət işində çalışmaqla çox pul qazana bilməsək , bizi düşünməkdən, beynimizi işə salmaqdan çəkindirən nədir? Dünyada ən çox satılan əşya rubik kubu ixtiraçısı Ernö Rubiki milyoner etdi. Yaxud Coan Ketlinq Roulinq "Harry Potter" kitablarını yazmaqla milyonlarla dollar qazandı. Onların tək etdikləri isə düşünmək həyata keçirmək idi. Müasir dövrün əsas tələblərindən biri innovativ olmaqdır. 21-ci əsr insanının həyatında durmadan dəyişiklik gedir. Hər gün mağazaların vitrinlərində yeni elektronik avadanlıqlar düzülür, məişətimizi rahatlaşdıracaq vasitələr yaradılır, çatdırılma xidmətləri fəaliyyət göstərir bir düymə ilə kilometrlərə uzaq olan ölkədən istədiyimiz hər şeyi sifariş edib 7/24  planetlərin canlı görüntülərinə tamaşa edə bilirik. Bütün bu sehrin kiçik bir parçasında payımız olsa, biz filmlərdə gördüyümüz xoşbəxt insanlardan birinə çevrilər, öz məkanımızın zamanımızın insanı, necə deyərlər, zəmanə adamı olarıq.

 

Gülşən NAİL

 

525-ci qəzet.- 2022.- 2 mart.- S.16.