Azərbaycan gənclərinin xaricdə təhsili üçün daha bir mühüm addım

 

Ötən gün Prezident İlham Əliyev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.  Təhsil Nazirliyi Sərəncamla təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini qiymətləndirilməsini Təhsil Nazirliyinin sifarişi əsasında İqtisadiyyat Nazirliyi həyata keçirəcək.

Dövlət Proqramının icrası ölkədə daha keyfiyyətli insan kapitalının formalaşmasına Azərbaycanın beynəlxalq reytinqlərdə mövqelərinin əhəmiyyətli şəkildə yaxşılaşmasına şərait yaradacaq, əmək bazarında tələb olunan ixtisas sahələri üzrə peşəkar kadrlar hazırlanacaq, ölkəyə qayıdan məzunların ən müasir təcrübə biliklərdən istifadə edərək göstərəcəkləri fəaliyyət ölkənin tərəqqisinə töhfə verəcəkdir.

Neft gəlirlərinin insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq, Dövlət Proqramı Dövlət Neft Fondunun vəsaiti, eləcə beynəlxalq təşkilatların texniki maliyyə yardımları, kredit qrantlar, mülkiyyət formasından asılı olmayaraq xarici yerli hüquqi şəxslərin, habelə fiziki şəxslərin ianələri hesabına maliyyələşdiriləcək.

İki min azərbaycanlı gənc təhsil üçün xarici ölkələrin universitetlərinə göndəriləcək

 

Qeyd edək ki, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramının hədəf göstəricisi açıqlanıb. Dövlət Proqramının hədəf göstəricisi 2022-2026-cı illərdə, hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir.

Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək. Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramının icrasına nəzarəti, yaranan problemlərin vaxtında həlli üçün tədbirlər görülməsini icraçı qurumlar arasında əlaqələndirmənin düzgün təşkilini Təhsil Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilən "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na əsasən yaradılan Dövlət Proqramını idarəetmə qrupu vasitəsilə həyata keçirəcək. Dövlət Proqramının tələb olunan alətlər, proseslər digər vasitələrlə uğurlu icrası üçün onun beynəlxalq metodologiyalara əsasən tərtib edilmiş qaydalar üzrə monitorinqi qiymətləndirilməsi aparılacaq. Monitorinq qiymətləndirmə aparılarkən tədbirlərin mahiyyəti üzrə icrasına, müvafiq prioritetlə bağlı gözlənilən nəticələrə indikatorlara diqqət yetiriləcək, icra müddətinə uyğunluq yoxlanılacaq.

Xaricdə təhsil proqramı üzrə üstünlük veriləcək prioritet ixtisaslar

 

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramının prioritet istiqamətləri müəyyən edilib.  Dövlət Proqramının icrası zamanı prioritet olaraq informasiya texnologiyaları, mühəndislik; statistika verilənlərin təhlili, fundamental tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit; aviasiya kosmos, dövlət idarəetməsi, nəqliyyat logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitektura dizayn, kənd təsərrüfatı ixtisas sahələrinə üstünlük veriləcək.

 

Qeyd edilən prioritet sahələr üzrə ixtisasların müəyyən edilməsi dünyada artan rəqabətə davam gətirə bilən iqtisadiyyatın formalaşdırılmasına töhfə verəcək yüksəkixtisaslı kadrların nüfuzlu xarici ali təhsil müəssisələrində hazırlanmasına imkan verəcək.

Proqramda həmçinin qeyd olunub ki, Dövlət Proqramı çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində təhsilini uğurla bitirən gənclərin Azərbaycanın dayanıqlı inkişafını təmin edəcək prioritet sahələrdə məşğulluğunun təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu prioritet istiqamətin reallaşdırılması üçün ehtiyac duyulan sahələr üzrə təkliflərinin verilməsi karyerada yüksəliş mexanizmi hazırlanacaqdır. Dövlət orqanlarında bu Dövlət Proqramı çərçivəsində məzun olmuş şəxslərin işlə təminatına üstünlük veriləcək.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyir ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, Azərbaycanın dayanıqlı inkişafını təmin edəcək qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik bacarıqlara yiyələnən, müasir gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir.

 

"Xaricdə təhsil istənilən ölkənin təhsil siyasətinin əsasını təşkil edir fasiləsiz xarakter daşıyır"

 

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, bugünədək Dövlət Proqramı çərçivəsində xeyli sayda gəncimiz xarici ölkələrin aparıcı universitetlərində təhsil alıblar: "Mən bu proqramı uğurlu sayıram. Dövlət Proqramı qəbul olunduqdan sonra Azərbaycan vətəndaşlarının dünyanın aparıcı universitetlərinə üz tutmaq imkanları artdı. Ancaq onların ali məktəbləri bitirib ölkəyə qayıtmaları əsas məqsədlərdən biri olmalı idi. Çünki prioritetlər ölkədə sahələr üzrə mütəxəssis tələbatına uyğun şəkildə müəyyənləşdirilir. Azərbaycan hökuməti vətəndaşların keyfiyyətli təhsil almaları üçün bütün imkanlardan istifadə edir. Ali məktəblərdə digər sahələrdə elmi dərəcəsini xarici ölkələrin aparıcı universitetlərində almış gənclərə böyük ehtiyac var. Belə ehtiyac bakalavr səviyyəsində təhsil alanlardan daha çoxdur. Dövlət Proqramı ilə xarici ölkələrə göndərilən Azərbaycan vətəndaşlarının təhsillərinin monitorinqini aparıb cəmiyyətə təqdim etmək lazımdır. Digər tərəfdən mənə belə gəlir ki, əsasən bakalavr səviyyəsində təhsilin dayandırılması müvəqqəti xarakter daşıyır. Bu proses vaxtsa bərpa oluna bilər. Çünki xaricdə təhsil istənilən ölkənin təhsil siyasətinin əsasını təşkil edir fasiləsiz xarakter daşıyır".

 

"Gəncin mütəxəssis kimi formalaşmasında onun xaricdə aldığı təhsil ciddi rol oynayır"

 

Millət vəkili Fazil Mustafa bildirib ki,  Prezident İlham Əliyevin "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamını alqışlayır: "Nəhayət, yenidən xaricdə təhsilin dövlət tərəfindən dəstəklənməsi ideyası bərpa olundu. Təbii ki, könül istərdi  imkanlarımız daha geniş olsun bu say hər il üçün 400 deyil, 4000  olsun. Bu dəfə 2 min nəfərin 80 faizi magistratura  səviyyəsi üzrə təhsil alacaq. Xeyirli olsun. Hesab edirəm ki, bu təhsil alan gənclərin ölkəyə qayıdışını tələb etməzdən öncə paralel olaraq bir neçə tədqiqat universiteti modelinin yaratmaq üçün çox ciddi islahat həyata keçirilməlidir".

 

Milli Məclisin Elm təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədovun dediyinə görə, hər bir gəncin mütəxəssis kimi formalaşmasında onun xaricdə aldığı təhsil ciddi rol oynayır. Prezident İlham Əliyevin "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamı gənc nəslin xaricdə yeni bilik təcrübə qazanmasına öz ciddi töhfəsini verəcək: "Prezident İlham Əliyevin bu sərəncamı Azərbaycanda gənc nəslin savadlı bilikli yetişməsinin dövlət siyasətində prioritet istiqamətlərdən birini təşkil etdiyini göstərir. Bu həm Azərbaycanda elmə biliyə dövlət səviyyəsində verilən dəyərin önəmin göstəricisidir".  

 

"Budəfəki proqramda tamamilə fərqli və spesifik ixtisaslara yer verilib"

 

Təhsil eksperti Kamran Əsədovun sözlərinə əsasən, Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncam Azərbaycanda ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılması, eyni zamanda ixtisaslı kadrların formalaşması istiqamətində böyük addımdır: "Bu, Prezident tərəfindən imzalanmış ikinci belə Sərəncamdır. Birinci Dövlət Proqramı 2007-2015-ci illərdə azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili ilə bağlı idi. Həmin təhsil proqramında 5000 gəncin xarici ölkələrdə təhsil almağı nəzərdə tutulsa da, 3500 nəfər gənc nüfuzlu universitetlərdə təhsil almağa göndərilmişdi. Hazırda onlar Azərbaycanın əmək bazarında müstəsna fəaliyyətləri ilə xarakterizə olunurlar. Bir sıra özəl sektorlarda rəhbər vəzifələrdədirlər. 2007-2015-ci illərdə xarici ölkələrdə təhsil alan gənclərə 95 milyon manatdan çox vəsait ayrılmışdı. Həmin şəxslər dünyanın aparıcı ali təhsil ocaqlarında Azərbaycanın əmək bazarında ehtiyac olan ixtisaslar üzrə təhsil almışdılar. İndi tamamilə fərqli istiqamət seçilib. 2015-ci ildə təhsilə başlamış tələbə 2022-ci ildə məzun olur. Zəncirin qırılmaması və dayanıqlı iqtisadiyyatın formalaşması üçün xarici ölkələrdə təhsil almış gənclərə böyük ehtiyac var. Budəfəki proqramda tamamilə fərqli və spesifik ixtisaslara yer verilib. Hansı sahədə mütəxəssislərə ehtiyac duyulursa, onların hazırlığına, yetişdirilməsinə üstünlük verilir".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.-2022.-  2 mart.- S.11.