Yaradıcılığın müdrik çağı
Şərəfli və məsuliyyətli peşə sahibi olan Vahid müəllim
Pedaqoji fakültənin
seçilən müəllimlərindəndir. Yorulmadan, səy
və inamla çalışan Vahid Rzayev tələbə auditoriyasında uzun illərdir ki, həvəslə mühazirə
oxuyur.
Pedaqogika
üzrə fəlsəfə
doktoru, dosent Vahid Rzayev 1952-ci il tarixdə
Şərur rayonun Şərur qəsəbəsində
anadan olub. Sadə, səmimi, mehriban, səbirli və təmkinli, bütöv bir şəxsiyyət olan Məmməd kişinin, el
ağbirçəyi Tamam
xanımın ocağından
gələn insanlıq
keyfiyyətlərini daha
da zənginləşdirib,
illər keçdikcə
formalaşdırıb, bütöv
bir şəxsiyyətə
çevrilib, əxlaqi
saflıq, vicdanlılıq,
dostluq, gözütoxluq
nümunəsi göstərib.
Hər şeydən əvvəl fikirləşmək, düşünmək,
özünü dərk
edə bilmək, həyat təcrübəsi
toplaya bilmək və bunlara istinad edərək öz həyatını nizamlaya bilmək, özü üçün
mənəvi sərvətlər
sistemi yarada bilmək qabiliyyəti onu yetkinlik yaşında
kamilləşdirib. Onunla etdiyim
söhbətlər məndə
belə bir fikir formalaşdırıb
ki, Vahid müəllim xasiyyətli
insanlar xalqın kamil övladlarıdır.
Səkkizillik məktəbi Şərur
rayonunun Yuxarı Daşarx kəndində oxumuş, orta məktəbi isə Siyaqut kəndində bitirmişdir. 1971-1975-ci illərdə
Azərbaycan Dövlət
Pedaqoji Universitetinin filologiya fakültəsinin
Azərbaycan dili və ədəbiyyatı
müəllimi ixtisası
üzrə ali
təhsil almışdır.
Əmək fəaliyyətinə 1975-ci ildə
Şərur rayonunun Aşağı Daşarx kənd səkkizillik məktəbində Azərbaycan
dili və ədəbiyyat müəllimi
kimi başlamışdır. 1979-cu ildən müsabiqə yolu ilə Naxçıvan
Dövlət Universitetinin
"Pedaqogika və psixologiya" kafedrasına
müəllim, 2001-ci ildə
isə baş müəllimi vəzifəsinə
təyin olunmuşdur.
2007-2017-ci illərdə
"Pedaqogika və psixologiya" kafedrasının
müdiri vəzifəsində
işləmişdir. Hazırda isə
"Pedaqogika və psixologiya" kafedrasının
dosenti vəzifəsində
çalışır.
1983-cü
ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun dissertantı olmuş,
1990-cı ildə "Zaqafqaziya
xalqlarının pedaqoji
əlaqələri (XIX əsr
və XX əvvəlləri)"
mövzusunda dissertasiya
müdafiə edərək
pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Hələ tələbəlik illərindən
tanıdığım Vahid
müəllimi sədaqətli
bir insan kimi qiymətləndirirəm. O, doğma
torpağa, xalqına,
ömrünü həsr
etdiyi elm sahəsinə
və dostlarına sədaqəti ilə seçilir. Alim kimi ortaya qoyduğu əsərləri,
çoxsaylı elmi məqalələri və
kitabları da göstərir ki, o, yorulmaq bilmədən işləyən, işin
ağırlığından qorxmayan zəhmətkeş
bir adamdır. Alimin Naxçıvanda məktəb
və pedaqoji fikrin inkişaf tarixi ilə bağlı araşdırmaları
oxucuların tez-tez müraciət etdiyi əsərlərdir.
İnsan cəmiyyətə öz xeyirxah işləri və mənəvi vicdani duyğuları ilə lazımdır. Məhz, Vahid
müəllimin ən
gözəl insani keyfiyyəti onun mənəvi cəhətdən
zəngin olmasıdır
və bu, zənginlik baxımından
həqiqəti və dostluğu möhkəm, öhdəsinə düşən
bütün çətinlikləri
minnətsiz, təmənnasız
yerinə yetirməsi,
bütöv bir şəxsiyyət baxımından
xeyirxahlıq mücəmməsidir.
Mənəvi cəhətdən zəngin olan bu insan həmişə
gənclərə elmi-praktiki
istiqamətdə kömək
əlini uzatmış
və yaşadığımız
ziddiyyətli, mürəkkəb
sosial-iqtisadi həyat şəraitində belə
öz əqidəsini
dəyişməmişdir. Ona görə də Vahid müəllim insanlara xidmət etməklə və arzu olunan bir
şəxsiyyətə çevrilməklə
yanaşı, onu tanıyanlar üçün
həmişə əlçatan
insan olması ilə fərqlənmişdir.
Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, İngiltərə,
ABŞ, Kuba və Avstriyada keçirilən konfrans və simpoziumlarda maraqlı mövzularla çıxışlar
etmişdir. Onun tədqiqat sahəsi
Azərbaycan məktəb
və pedaqoji fikir tarixinin tərkib hissələrindən
biri olan Naxçıvan mədəni
mühiti, burada məktəb təhsilinin və yeni pedaqoji
ideyaların yayılması
və inkişaf mərhələləri ilə
bağlıdır. Vahid Rzayevin
bir pedaqoq kimi tədris prosesinə böyük əhəmiyyət verməsi
və tədrisin səviyyəsini yüksəltmək
üçün yazdığı
elmi-metodik əsərlər
də böyük əhəmiyyət kəsb
edir. Qeyd edək ki, 2 monoqrafiyanın, 7 kitabın,
3 metodik vəsaitin və 100-dən artıq elmi məqalənin müəllifi olan Vahid müəllimin təhlil və tədqiq dairəsi mürəkkəb və çoxşaxəlidir. Eləcə də
mövzu baxımından
onun əsərləri
çoxsahəli və
rəngarəngliyi ilə
seçilir.
Onun müxtəlif illərdə
qələmə aldığı
çoxsaylı məqalələrdən
"Murad Tutayuk",
"Güney Qafqaz xalqlarının pedaqoji əlaqələri (XIX əsr
və XX əsrin əvvəlləri)", "XIX əsr və XX əsrin əvvəllərində
İrəvanda və Naxçıvanda məscid
məktəbləri və
mədrəsələr", "Naxçıvanda qadın
təhsili tarixindən",
"Naxçıvanda məktəb
və pedaqoji fikir (XIX əsr və XX əsrin əvvəlləri)" adlı
əsərləri ölkənin
nüfuzlu alimlərinin
diqqətini cəlb etmişdir. Vahid Rzayevin əsərləri
Azərbaycan elmi-pedaqoji
mühitində yüksək
qiymətləndirilmişdir.
Vahid müəllimi
tanıyan hər kəs bilir ki, onun zəngin
kitabxanası var. Bu kitabxanadan
çox alim faydalanıb. Nə zaman yolun düşsə, onun öz otağında, kitabların əhatəsində
yazıb-yaradan görərsən.
Vahid müəllim gözəl müəllimdir. Rəftarında, oturuşunda duruşunda, ədəb-ərkanında gözəl bir müəllim qüruru cəmləşib. Doğru deyirlər ki, müəllim nümunə, örnək olmalıdır, istər hərəkətlərində, istərsə də biliyində. Bu iki anlam Vahid Rzayevdə vəhdət yaradır. Vahid müəllimin ömrü işıqlı qayələrə, xeyirxah işlərə sərf olunur. Belə ömrə yaşamalı və ibrətli ömür deyirlər. Vahid müəllim hamıya nümunə ola bilən kamil şəxsiyyətdir.
Vahid müəllim gözəl ailə başçısıdır. O, haqlı olaraq, övladları Zamin, Babək, Ramin və Emin ilə hər zaman fəxr edir. Böyük türk şairi Nazim Hikmətin belə bir qiymətli sözü var: "Ən gözəl günlərimiz yaşanmamış günlərdir". Vahid müəllimin də hələ yaşanmamış gözəl günləri irəlidədir.
Vahid müəllim ömrünün müdriklik dövrünü yaşayır. Həmişə aktual mövzulara və aktual problemlərə toxunan, yorulmaq bilmədən yazıb-yaradan Vahid Rzayev şərəfli həyat yolu keçmişdir. Vahid müəllim bu gün də elmi tədqiqatlarını uğurla davam etdirir. Hazırda "Naxçıvanda məktəb təhsili və pedaqoji fikrin inkişaf tarixi (XIX əsr və XX əsrin əvvəlləri)" mövzusunda doktorluq dissertasiyasını tamamlamış və müdafiə ərəfəsindədir.
Vahid Rzayev gözəl pedaqoq, təcrübəli müəllim və tələbələrin sevimlisidir. Gözəl insani keyfiyyətləri ilə Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələrinin rəğbətini qazanmışdır. 2007-ci ildə o, yüksək ixtisaslı kadrların hazırlanmasında və uzunmüddətli elmi-pedaqoji fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.
Biz Vahid müəllimi 70 illik yubileyi münasibətilə təbrik edir, cansağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Taleh XƏLİLOV,
Naxçıvan Dövlət Universitetinin
Pedaqoji fakültəsinin dekan
müavini, pedaqogika
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2022.- 3 mart.- S.10.