"Həyata
kitabla addımla"
Martın
1-də Beynəlxalq Muğam
Mərkəzində Mədəniyyət
Nazirliyinin dəstəyi
və F.Köçərli
adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı
ilə "Həyata kitabla addımla" adlı tədbir keçirilib.
525.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycanın
Dövlət Himninin səslənməsi ilə
başlayan tədbirdə
torpaqlarımızın azadlığı
uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə 3 nömrəli Uşaq-Gənclər
İnkişaf Mərkəzinin
təqdim etdiyi geniş konsert proqramı maraqla qarşılanıb. Tədbirdə iştirak edən İkinci Qarabağ müharibəsində şəhid
olan qəhrəman Azərbaycan oğullarının
övladlarına və
digər uşaqlara
1400 yaxın kitab hədiyyə edilib, həmçinin "Ulduz"
şokolad fabrikinin hədiyyələri uşaqları
sevindirib.
Tədbirdə kitabxananın direktoru
Şəhla Qəmbərova
deyib: Əziz övladlar sizin hər biriniz millətimizin, xalqımızın
qürur, əyilməzlik
simvolu olan şəhidlərimizin yadigarlarısınız.
Siz bütün həyatınız
boyu qəhrəman valdeyinlərinizlə fəxr
etməyə, qürur
duymağa layiq şəxsiyyətlərsiniz. Gələcəyimizin sizin timsalınızda
intellektual gücə
böyük ehtiyacı
var. Bunun üçün
əziz uşaqlar siz dövrün, zamanın çağırışlarına
uyğun elm öyrənməli,
inkişafınıza təkan
olan amillərə xüsusi diqqət yetirməlisiniz. Məhz buna
görədir ki, bugünkü tədbirimiz
"Həyata kitabla addımla" adlanır.
Çox
istərdim ki, gələcəyimiz olan siz uşaqlar bu günün məsuliyyətini düzgün
başa düşüb
özünüzü gələcəyə
hazırlayasınız. Bu isə kitabsız,
mütaliəsiz mümkün
deyil".
Sonra Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr
şöbəsinin rəisi,
polkovnik Elvin Əzizov
və Azərbaycan Naşirlər Birliyinin sədri Şəmil Sadiq çıxışlarında
qeyd ediblər ki, məhz belə
tədbirlərin keçirilməsi
ən yüksək insani keyfiyyətlərin gələcək nəsillərə
təlqin edilməsi üçün gözəl
fürsətdir. Çünki belə yüksək insani keyfiyyətlər bizi bir daha
birləşdirir, birliyimizlə,
həmrəyliyimizlə layiqli
övladlar yetişdirməyə
sövq edir.
Qeyd edək
ki, tədbirin keçirilməsində əsas
məqsəd uşaq ədəbiyyatına olan marağı artırmaq, uşaqları mütaliəyə
cəlb etmək, həmçinin oxu və mütaliə vərdişlərinin bədii
təfəkkürün inkişafında
rolunu bir daha onların diqqətinə çatdırmaqdan
ibarətdir.
525-ci qəzet.- 2022.- 3 mart.- S.9.