“Görüm
abad olsun ol Qarabağı...”
Ağdam
deyəndə ilk növbədə
Birinci Qarabağ müharibəsində verdiyi
6 minə yaxIn Vətən fədaisini – şəhidini düşünürəm.
Şuşaya dayaq, Füzuliyə arxa, Xocalıya ümid olan ağ
damlı şəhəri
düşünürəm. Sonra da gözəl-gözəl
imarətləri gəlir
gözümün qabağına.
«İmarətli» günləri...
Bir məclisdə ortayaşlı qadın söhbət edirdi ki, Sovet vaxtı
hind filmlərində milyonçuların
villalarına baxıb
«ah» çəkənlərə deyirdim ki, siz
Ağdamın evlərini
görməmisiz... Həmin evlərdən
çıxan insanların
illərlə yataqxanalarda
ömrü çürüdü.
Gözəl Qarabağın ürəyində
yerləşən Ağdam
o qanlı hadisələr
başlayandan «müharibənin
paytaxtı» olub. Əslində, Ağdam həmişə paytaxt olub, ticarət,
rifah paytaxtı.
Təcavüzkarlar Ağdamı təhvil
verməyə məcbur
qalanda qarğış
edirdilər ki, o torpaqlarda bizim gözümüz, ah-vayımız
qalıb, orada sizə (yəni bizə!) xoşbəxtlik yoxdur. «Ağıldankəmliyin
ilk əlaməti utanmaq
hissindən məhrum olmaqdır» (Z.Freyd). Bizimcə desək, Allah adamı (burada bütöv bir qövmü! Qəzəbin şiddətinə bax!) cəzalandırmaq
istəyəndə birinci
ağlını alır.
«Ağdam bizim vətənimizdir» şüarı
«Şahpələngova»nın
erməni familiyası
olması məntiqi ilə eynidir. Ha fikirləşdim, «itin duası qəbul olsaydı, göydən sümük yağardı»
misalını çəkməkdən
savayı, ağlıma
bir şey gəlmədi.
Demək nə qədər ağır olsa da, Ağdam işğaldan sonra böyük bir qəbiristanlığı xatırladırdı,
uçurulub dağıdılmış
evlərin qalıqları
da baş daşlarını. «Nə
qar yağmağa ağ damlar vardı, nə də quşlara yuva qurmağa ağaclar». Faciə,
fəlakət, dəhşət,
vəhşət! Düşmənin
nifrəti daşda, divarda, yolda, bağda, bağatda, ağacda, yarpaqda – bir sözlə, hər
addımda və hər şeydə istəməyə-istəməyə adamın gözünə
girirdi. Canlı görənlər deyir ki, hələ televizor instalyasiyanı bir az «malalayır»,
orta və uzaq planı gizlədir, ağaclarda tək-tük görünən
xurma, armud, nar ümumi panoramı canlandırmaq istəyir. Mənzərənin
əsli isə adamı reallıqdan ayırır, həcmi – insan və erməni müqayisəsi ətrafında dərin düşüncələrə qərq edir. İstər onlayn gör, istər oflayn, lap get peykdən bax, təəssüf ki, heç nə dəyişmir. Ağdam yoxdu! Qurmaq deyil ki,
əllərindən gəlsin...
Nədən yaranıblar, kimdən
törəyiblər? Heyvan
kimi heyvan deyillər, insan kimi insan sayılmazlar...
Bizim Qarabağ saqamızın memarı Pənahəli xanın 1751-1752-ci illərdə
inşa etdirdiyi Şahbulaq qalası qalıb, onu da yəqin necəsə,
öz adlarına çıxmaq istəyirlərmiş.
Məscid qalıb, onu
da hədəf, istiqamət üçün
saxlayıblar. Bu məscid son 30 ildə hansı vandallıqlara məruz qalmayıb, nələrə şahidlik
etməyib? Al-qan
içində gətirilən
Xocalı şəhidlərini
qəbul edib, şəriət qaydasındada
dəfn edib, 30 il düşmənin
tapdağına, istismarına,
təhqirinə dözüb.
Şəhərlər tək öz tarixi abidələri, görməli
yerləri, qədim məhəllələri ilə məşhur
olmur, həm də nekropolları, panteonları ilə tanınır. Camaatı şil-şikəst, lüt-üryan qovandan, mülkləri son mıxına
qədər soyandan sonra da ürəkləri
soyumayıb (bizi qınayanlar, indi biz necə soyuyaq?), goreşən kimi üz veriblər qəbiristanlıqlara. Mərmər qəbirüstlərini çıxarıblar,
nə mümkündü
aparıblar, qalanını
da ərinməyib buldozerin altına verib şumlayıblar. Ən böyük təhqirə
Ağdamın siması
– Qarabağ xanlarının
türbələri, Xurşidbanu
Natəvanın məzarı
yerləşən İmarət-Qərvənd
qəbiristanlığı məruz qalıb.
Natəvanın Almaniyada yaşayan kötücəsi Lev İsmixanov-Laytman
yaşadığı şəhərdə
Xocalı soyqırımına
həsr edilmiş sərgi təşkil etmiş, Qarabağ müharibəsində Azərbaycanın
haqlı mövqeyini alman ictimaiyyətinə çatdırmaqda böyük
təbliğat-təşviqat işləri görmüşdü. O, hələ
1983-cü ildə anasının
İrəvanda elmi ezamiyyətdə olduğu
zaman erməni həmkarının evində
qarşılaşdığı hadisəni də danışır... Evin
10-12 yaşlı oğlu
məni xəritənin
qarşısına gətirib
Qara dənizdən Xəzər dənizinə
qədər olan məsafəni göstərərək
«buralar böyük Ermənistan olub», – dedi. «Ermənistan
bu konfliktdə küçə uşağına
oxşayır. Sataşır, çətinə düşəndə
isə qaçıb dünya liderlərinin arxasında gizlənir», – deyə Qarabağ xanlarının varisi söhbətinə yekun vurur. Bizə dəyən fiziki,
mənəvi, maddi ziyanın ölçüsü,
əvəzi yoxdur.
Bunun hesabını kim verəcək?
Necə olur, bir məktəbli
topla vurub kiminsə şüşəsini
sındıranda cəza
alır, valideyni pulunu ödəyir.
Bu boyda şəhərlər,
kəndlər viran qalıb... Dünyada yaşayan 50 milyon
azərbaycanlının bir
terror təşkilatı da
yoxdur. 10 milyon erməninin isə ayrı-ayrı ölkələrdə yaratdığı
13 terror partiyası dünyanın
hər yerində qanlı olaylar törətməkdədir.
Ağdam yenidən qurulur, başdan yaradılır indi. Quru yerə ağac
sancılıb yurd salınan kimi. Tək Ağdamı yox, Füzulini də, Zəngilanı da, Qubadlını da... Hamısını yenidən qururuq.
Heyvanların dağıtdığını
İnsanlar bərpa edir.
Azad etdiyimiz ərazilərdə
hələ çox yaralar sarımalıyıq. Torpağı, meşələri, çayları
sağaltmalıyıq. Hara baxsan, yazıq
görünür. Ağdamın kəndləri «ağıllı»,
özü isə
smart-şəhər olacaq,
əvvəlki növrağı
da qayıdacaq. Yenə də keçmişdə
olduğu kimi ermənini yandıracaq, bağrını çatladacaq.
Bir erməni
girib sosial şəbəkədəki profilimə,
kitabımdan paylaşdığım,
Qarabağ haqqında olan yazılarımı başdan-ayağa oxuyub, qarşısına da təəccüb işarəsi
qoyub. Əvvəl pis oldum ki, düşmənin mənim səhifəmdə
nə işi, istədim, deaktiv edim. Sonra sakitləşib fikirləşdim
ki, qoy görsün
onlar haqqında onlar görmədən nə düşünürük.
Bir var, fərqli düşünüb özünü
düşmənin qabağında
sındırmamaq üçün
ayrı şey deyəsən, bir də var, öz
yaxınlarının arasında
mətbəx söhbəti...
Mənə təəccüblü gələn bu qədər mətni oxuması oldu. Bəlkə də özlərini tanıdığı
üçün... Həqiqət çəkib aparıb.
Kitabın yarısını oxuyub. Qoy özünü kənardan
görsün, görsün
ki, bizi bu qədər daş qəlbli özləri, əməlləri
edib.
Faşist Almaniyası acı məğlubiyyətləri ilə
rüsvayi-cahan olandan sonra dövlətin siyasəti dəyişdi. Almaniyanı da
düşdüyü bataqlıqdan
həmin o düzgün
mövqe xilas etdi. Xalq öz düşmənini
tanıdı. Tanıtdırıldı.
75 ildir ki,
Almaniyada «Adolf» adı
lənətli kimidir, kimsəyə qoyulmur bu ad. Bizim Vətən
müharibəmizdə Ermənistandan
Qarabağa, özü
də birbaşa ön xəttə, atəş altına atılan 18 yaşlılar
birmənalı ölümə
göndərilirdilər. Dövlət
rəsmiləri güclərin
bizim xeyrimizə qeyri-bərabər olduğunu
müharibənin ilk günlərindən
gördü və xalqını aldatmağa davam etdi. Bilrəkdən təslim olmadı, bizə qarşı 30 il dayanmadan sərgilədikləri
faşizmi bu dəfə özlərinə
tətbiq etdilər. Bizim ərazilərdə atıb
getdikləri, Qızıl
Xaçın dəfələrlə
etdiyi çağırışlara
baxmayaraq, yığışdırmadıqları
meyitlərini yenə özümüz yığıb
Gürcüstan vasitəsilə
onlara ötürdük.
Götürmək istəmirdilər. Meyit sənəd-sübutdur,
gizlədə bilməyəcəkdilər
axı... Sahibinə verməməkdən, xalqı
«taktiki geriçəkilmələri»
ilə daha bir müddət yola verməkdən ötrü öz millətinin balasını
qurda-quşa yem edirdi Ermənistanın rəhbərliyi. Bizimkilər
döyüş bölgələrinə
soyuducu-maşınlar göndərmişdi
ki, nə yerləşdi, yığıb
verin özlərinə,
üfunətli qalıqları
müqəddəs torpağımızda
qalmasın! Amma onlar 90-larda bizim şəhidləri vermirdilər...
Əvəzində ya əsir düşmüş «boyevik»
istəyirdilər, ya da benzin. Bu biz, bu da onlar...
Qarabağın çöllərinə səpələnmiş yerdə
qalan cəsədləri
isə özləri kimi əsl çaqqallar
didib parçaladı.
Absolyut ədalət!
Bu ədalət bizə
baha başa gəlsə də... Çox gözləsək də.
Nə vaxtsa, «yüz min behiştin həsəd apardığı» Qarabağ yenə də cənnət olacaq! Heç kim də deməsin ki, bu «O» Qarabağ olmayacaq. Bu gün bəşəriyyətin sərvəti sayılan nə qədər şəhər, tarixi abidə, əsər yenidən həyata qaytarılıb. Napoleonun işğalından sonra Moskvanın yenidən qaldırılmağı 30 il çəkdi. Həmin o Paris Notrdam kilsəsi dəfələrlə yandırılıb, bəlkə də, əslindən çox az şey qalıb. Dünya muzeylərində heyran qaldığımız əsərlər ayrı-ayrı dönəmlərdə cırılıb, üzərinə rəng, turşu tökülüb, bıçaq zədəsi alıb. Bu gün də göz, könül oxşayır. Ruhdan düşməməliyik! Keçmiş Qarabağın əsasları üzərində Yeni Qarabağ salınacaq.
Belə deyim var: «Vətən üçün hər şey edilməyibsə, demək, kifayət qədər edilməyib». Biz isə Qarabağı yenidən cənnətə çevirmək üçün mümkün olanı da edəcəyik, mümkün olmayanı da! «Külli Qarabağın abi-həyatı» yenə də «nərmü-nazik bayatı» olacaq! Nəbati demiş:
Görüm abad olsun ol Qarabağı...
Şənlik olsun, dağı, bağı, irmağı…
Onlara isə xəyali «arsax»larını doymayan iştahaları ilə bir yerdə dəfn etməkdən savayı, bir şey qalmayacaq.
Dilarə Adilgil
525-ci qəzet.- 2022.- 4 mart.- S.15.