BİR ÇİYİN BOŞLUQ

 

Çox çətin ki, sağ çıxam azdığım bir kor tindən,

Ürək boşaltdığını gözləri dola verdim.

Keçib getdi cığallar qəlbimin özəyindən,

Əllərimin içindən gələni yola verdim.

 

Bu ömür deyilənin min cürə rəngi varmış,

Dağ-dərə keçib yetdim düzünə yaşıllığın.

Bir az bənizi solmuş, bir az saçı ağarmış...

vaxt çökdü sarılıq üzünə yaşıllığın?

 

Gözlərim gecə görür təqvimdəki dörd yanı,

ilidir, soruşma, hansı ay, gündəyəm.

Mənim inandığımdı ədalətin mizanı,

Bütün tarazlıqların qeyb olan gözündəyəm.

 

Boşluqdur apardığım son durağa çiyində,

Şərt kəsməyə tapılmaz bircə yaba ağzı şum.

Durub nəfəs dərirəm xəyal dərinliyində,

Daha geriyə yol yox, irəlidə uçurum.

 

 

PAYIZ

 

Vaxtına çəkmədi deyiləsi söz,

Bir yay axşamıydı, bəlkə payız...

Getməyə gecikdik üzü bahara,

Tələsdi gəlməyə vaxt-vədə - payız.

 

Elə döyəcləyir pas damı yağış

Alır darıxmağa adamı yağış...

Gündüzü çən-duman, axşamı yağış

Gəldi ildırımla bir hədə payız...

 

Bir qış boranısa başa yağan qar,

Toz qopan yolları bağlayıbsa tar...

Adamın qəlbində isti yay var,

bahar bahardı, ki payız.

 

 

TUTUR

 

Dünyaya gözünü yumursan nahaq,

Baxdıqca zülmətə gözü haqq tutur.

Yadlaşmış ölkənin tən ortasında,

Qəribi lap betər ağlamaq tutur.

 

Bu qatı zülmətə neyləyəcək şam,

Bir hərif dünyanı saymadadır xam.

Hamının gözünə tor atan adam,

Ölü balıqları sözdə sağ tutur...

 

Adamlar sürünür canı sıxılmış,

Sonra deyə-deyə sona çıxılmış...

Bu çoban deyilən evi yıxılmış

Qotur təkədən kərə yağ tutur.

 

Çoxdu kasıbların xətrinə dəyən,

Haqqın mizanını sərvətlə əyən.

Çoxunu pul ilə məğlub eyləyən,

Əlində bayrağı niyə tutur?

 

 

 

İÇİNDƏN

 

bulud gətirər yağış,

Bir topa qarın içindən.

Sevinc tapılar, hətta

Dərdin-azarın içindən.

 

Üz var ey, üzdə su yoxdu,

Düzdə sağ olan düz yoxdu...

Sən hardan tapdın bu "yox"u

Bu qədər varın içindən?

 

Xəzan xəzələ çətirdi,

Boz duman sınan xətirdi.

Vaxt sənə ürək gətirdi,

Keçib qübarın içindən.

 

 

 

DÜŞƏNDƏ

 

Bir üzü kədərdi, bir üzü qüssə,

Sağıma güvənib solum düşəndə.

Ah, elə soğuldu səadət gölü,

Dedim göz yaşına, dolum, - düşəndə.

 

İl heç, xoş deməyə gün yox, saat yox,

Məəttəl qalaram bu sirrə, mat yox...

Daha o gözlənən sağ islahat yox,

Mən hamı kimi olum düşəndə.

 

Hər gethaget başlar bir gəlhagəldən,

Usanan görmədim arxamca pəldən.

Birdən baxıram ki, can çıxır əldən

Quruyub yanıma qolum düşəndə.

 

Yatmış saatını sona qur daha,

Düşməz bu bucaqdan küncə nur daha.

Anlaram, dünyanın sonudur daha,

Dibsiz uçuruma yolum düşəndə.

 

 

 

YERLƏRƏ

 

Olmaz qanad salmaq qadağalardan,

Cürət şüarları asaq yerlərə.

Sonuncu olmasın, ilk heç olmasın,

Gərək əmin qədəm basaq yerlərə.

 

Sinsiyib baxan var gələnə sirli,

sənə sehrli, mənə sirli...

Meydanı toz-torpaq, yolları kirli,

Girişi-çıxışı pasaq yerlərə.

 

Yoxdan çıxaran var vətən varını,

Qıydıq təpəgözə bəhər, barını...

Qırarıq yolların şah damarını,

Özümüz gedərik yasaq yerlərə.

 

 

 

SAYILMIR

 

Adam var ki, dürr tökülür ağzından

Amma sözü şit yerinə sayılmır.

Nəyə dəyər acqarına at olmaq,

Lap fil olsun, bit yerinə sayılmır.

 

Fani olan, bu şübhə, şəkdi,

Əl dediyin qopardığı ətəkdi.

olsun ki, xasiyyəti ipəkdi,

Al qumaşı çit yerinə sayılmır.

 

Kasıblara özü boyda dünya dar,

Var adına ciblərində dəlik var.

Çox heyif ki, qurdağızlı oğullar,

Pulu yoxsa, it yerinə sayılmır.

 

 

 

ALDANIŞ

 

ithürən tərəf, işıqgələn...

Gecəsi kor yolun damarı qaçmış.

Yerində saymaqdır bizdə yaşamaq,

Getməyə səkinin hamarı qaçmış...

 

Ola nimdaş ömür çəkəsən suya,

Keçə taleyindən ömrə yol - qarət?

Özünlə ürəyin öcəşər elə,

Səndə ümid çatmaz, onda cəsarət.

 

Nahaqdı zülmətə ilk addım atmaq,

Yolunu bənd-bərə kəsər tərsinə.

Düz dönmək istəsə üzü yola iz,

Tərslikdən külək əsər tərsinə.

 

Kim suya danışmaz pis yuxuları,

Aldadan-aldanan özünü imiş...

İndi dev bilsin, xəlbir bilsin,

Bu gecə günlərdən it günü imiş.

 

 

 

İŞIĞA ÇIXMAQ

 

Bir itik tapmağa yön düşməz daha,

Heç kəsə bir kəlmə söz demək olmur.

Nəfsi saxlayarsan, qaçar iştaha,

Hər gün acqarına qəm yemək olmur.

 

Gizlənər gözünün qarasında kin,

Sevməz əlindəki şamı qaranlıq.

Sabahı, axşamı olmaz dar qəlbin,

Tavanı alaca, damı qaranlıq.

 

Əlac olmasa da, olar çəm, amma,

Olası hər şeyin bir hikməti var.

İşığa çıxmağı bilmərəm, amma,

Gecədən sabaha çıxar adamlar.

 

 

 

BİR ZƏRRƏ İŞIQ

 

Var ola bilmədim yoxluğun qədər,

bilim, bəlkə elə sən haqsan...

Bu boyda dünyada itirdiyini,

İndi tavandamı axtaracaqsan?

 

Umduğun ömürmü sevinc adına?..

Canın çıxan yerdən hələ qəmə var.

Niyə inciyirsən, şükür elə ki,

Dörd divar, bir tavan, bir döşəmə var.

 

Adam gözlərindən yıxılır evə,

İstər torpağa gir, istər göyə çıx...

Sönmüş çilçırağa heyrətlə baxma,

Batar bəbəyinə bir zərrə işıq.

 

 

 

YANDIR İŞIQLARI

 

Xaraba yurd kimi boşdur ürəyim,

Bəlkə işıq çəkim gözüm yağından.

Divarın küncündə hörümçək toru,

İlişər eynəyim sağanağından.

 

Günün günortası qaldım kor kimi,

Bir ömür nur deyə baş qatmaqdayam.

Baxıram, üstümü kəsib qaranlıq

Mən hələ işığa can atmaqdayam.

 

Sehirli əsa tək əl altında dur,

İşığı zülmətlə tən olmayanda.

Şeir gecələri çox zinrik olur,

Yandır işıqları mən olmayanda.

 

 

 

HƏYAT MƏSƏLƏSİ

 

Özünə sığışmır ürəyim bəzən,

Yer üzü boydadır sinəmə qəfəs.

Qulağım dünyanı dinşəməkdədir,

...Bir isti hənirti, bir ilıq nəfəs.

 

Özünü itirir adam arabir,

Bir qara axşamda, bir səhərdə.

Divardan o üzə bir səs hönkürür,

Dünyanın gözündən uzaq şəhərdə.

 

Adamın torpaqla tutur söhbəti,

Onun son sözündən çıxdı kim daha...

Düşüb qəbirlərin sükut yerinə,

Mən yaşamağı tərgitdim daha.

 

 

DÖNÜŞ O DEYİL

 

Yerində saymağa daha tabım yox,

Gedim ya irəli, ya geri dönüm.

Bir sısqa cığırdır, sağ-sol uçurum,

Varmı yapışmağa əl yeri, dönüm?

 

Düşəni, bilirsən, sevməz adamlar,

Ağıl, daşdan-daşa baş dəyə, çıxmaq.

Enmək əzabdır, düz yerimək ,

Hər gün çətinləşir yüksəyə çıxmaq.

 

Bu boyda gen dünya başıma dardır,

Göstər özüm boyda, bəlkə sığım, - yer.

Hər kəsin dönməyə bir yolu vardır,

Getdiyim deyilmiş qayıtdığım yer.

 

Süleyman ABDULLA

 

525-ci qəzet.- 2022.-  4 mart.- S.14.