Təhsilin İnkişafı Fonduna böyük ümidlə yanaşılır

 

FONDUN TƏHSİL SAHƏSİNDƏ BİR SIRA MÜTƏRƏQQİ PROSESLƏRİN HƏYATA KEÇİRİLMƏSİNƏ TƏKAN VERƏCƏYİ BİLDİRİLİR

 

Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabe qurumların siyahısı genişləndirilib. Məlum olduğu kimi, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, siyahıya Təhsilin İnkişafı Fondu da əlavə edilib. Baş nazirin digər qərarına əsasən, Təhsil Nazirliyinin tabeliyində "Təhsilin İnkişafı Fondu" publik hüquqi şəxs yaradılıb Fondun Nizamnaməsi təsdiq olunub. Fondun Nizamnamə fondu 1 milyon manat təşkil edir Nazirlik tərəfindən tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) büdcədənkənar vəsaitindən, habelə ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən ayırmalar hesabına təmin olunur.

Ekspert Elçin Süleymanov deyir ki, bu fondun yaradılması Təhsil Nazirliyinin orta məktəb universitetlərdə həyata keçirilən müəyyən fəaliyyətlərinə dəstək verilməsi ilə bağlıdır. Əvvəllər valideynlərin məktəblərə ianə edilməsi açıq şəkildə həyata keçirilirdi, hazırda isə xarici ölkələrdə olan təcrübələri əsas götürərək Təhsilin İnkişafı Fondu ilə həm orta, həm ali təhsilin inkişafına əlavə dəstək verilməsi təmin ediləcək. Burada əsas məqsəd müxtəlif layihələrin həyata  keçirilməsi ilə bağlıdır. Belə ki, məktəb ali təhsil müəssisələri müəyyən qədər ödənişli xidmətlər təqdim edə bilər. Buradan əldə edilən vəsait ümumi olaraq məktəblərin nizamnaməsində qeyd olunub. Buna əsasən, 40 faiz vəsait əməkdaşların sosial-maddi vəziyyətinin yaxşılaşdırılması üçün nəzərdə tutulub. Yerdə qalan 60 faiz isə maddi-texniki bazanın yaxşılaşdırılması qrantların verilməsinə xərclənir. Bu fond vasitəsi ilə Təhsil Nazirliyi universitetlər müəyyən layihələr həyata keçirərək, pul qazana biləcəklər.

Qazandıqları vəsaiti təhsilin inkişafına xərcləyəcəklər. Burada təhsilin inkişafı dedikdə qrant layihələr üçün ayrılan vəsait nəzərdə tutulur. Əvvəl bunu Təhsil Nazirliyi ayırırdı, lakin fond yaradıldıqdan sonra publik hüquqi şəxs tərəfindən təhsilin inkişafına yönəlik müxtəlif layihələrə vəsaitlər verilə bilər. Həmçinin, müxtəlif pullu xidmətlər göstərilə bilər".

Ekspertin dediyinə görə, Təhsil Nazirliyi Təhsil İnstitutu da layihələr həyata keçirirdi, lakin profesional şəkildə bu layihələr Təhsilin İnkişafı Fonduna həvalə edildi: "Nazirlik özü bundan sonra vəsait formalaşdıra biləcək. Bunu da müxtəlif yollarla xərcləyə biləcəklər. Həmçinin, məktəblər maddi-texniki bazanı möhkəmləndirə, müəllimlər üçün müxtəlif notbuk texnoloji avadanlıqlar satın almaq imkanı əldə edə bilərlər. Fonda publik hüquqi şəxs statusunun verilməsi nəticəsində təhsilin inkişafına dəstək göstəriləcək. Sırf büdcədən asılı olmayaraq müxtəlif istiqamətlərdə fonda donorluq edən müxtəlif şirkətlər ona vəsaitlər yatıra bilər. Sonra isə bunu təhsilin inkişafına xərcləmək lazımdır".

 

Elçin Süleymanov bildirib ki, fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) büdcədənkənar vəsaitindən, habelə ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən ayırmalardan, Fondun fəaliyyətindən əldə olunmuş gəlir, ianələr, qrantlar cəlb edilən investisiyalar qanunla qadağan olunmayan digər vəsaitdən formalaşacaq.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının rəhbəri, Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Rüfət Əsədzadə qeyd edib ki, Təhsilin İnkişafı Fonduna publik hüquqi şəxs statusunun verilməsini yüksək qiymətləndirir. Bunun əsas üstünlüyü ondan ibarətdir ki, əlavə maliyə resursları cəlb oluna biləcək. Bu, da öz növbəsində bir çox şəxslərin təhsilə cəlb edilməsi onun inkişafına şərait yaradacaq. Burada əsas məqsəd maliyyənin şəffaf olmasıdır, həmçinin, inam etibar da çox önəmlidir. Maliyə şəffaflığının təmin olunması üçün vacib addımdır: "Gənc Müəllimlər Assosiasiyası qeyri-hökumət təşkilatı olduğu üçün müxtəlif fondlardan maliyyə yardımı almaqla müəllimlərin inkişafını hədəfləyir. Düşünürük ki, bu fondlarla yaxından əməkdaşlıq edərək özəl şirkətlərin cəlb edilməsini bu istiqamətdə təbliğat təşviqatın idarə olunması üzrə müxtəlif istiqamətdə işlər apara bilərik. Müəllimlərin inkişafı üçün proqramlar hazırlanır. Təhsilin İnkişafı Fondunun müxtəlif mexanizmləri var. Hər bir halda şəffaflıq hesabatlılıq əsas meyarlardan biri olmalıdır".

Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov qeyd edib ki, Təhsilin İnkişafı Fondunun qurulması daha əvvəl müzakirə edilən məsələlərdən biri idi. Onun yaradılması müsbət hall kimi qiymətləndirilə bilər, çünki ölkədə müəyyən qədər maddi resursu olan şirkətlər, fiziki hüquqi şəxslər var: "Onlar bu fonda maliyyə dəstəyi göstərə bilər. Bizdə müxtəlif təhsil müəssisələri dövlətdən maliyyələşir. Bu baxımdan da fiziki hüquqi şəxslər təhsil sahəsinə yardım etdikdə müəyyən problemlər yaşayırlar. Çünki bu məsələnin hüquqi bazası yox idi belə bir model tətbiq edilməmişdi. Fondun yaradılması da həmin məsələnin inkişafına töhfə verəcək. Valideyn övladının oxuduğu məktəb üçün maddi yardım etmək istəyirsə, həmin prosesi bu fond vasitəsi ilə həyata keçirilə bilər. Bu fond vasitəsi ilə valideyn qeyd olunan məktəbə maliyyəni təqdim edərək baş verən prosesə nəzarət etmək imkanı əldə edəcək. Bu, tələbə şagirdlərin təhsilə yardımını təmin edəcək, həmçinin, bu addım məktəblərin fiziki infrastrukturunun inkişafı istiqamətində müsbət olaraq qiymətləndirilə bilər. Eyni zamanda, insanların maddi yardımının da hüquqiləşdirilməsi legitimləşdirilməsi baxımından gözlənilən lazımlı məsələdir. Təklif edirəm ki, hər məktəbin bu fondun daxilində hesabı olsun ora köçəcək pul da həmin məktəbə xərclənsin. Bu, təmin oluna bilsə, proses qanuniləşəcək, nazir bunu ötən brifinqlərin birində vurğulamışdı. Bu fondun fəaliyyəti həmin prosesin qanuniləşdirilməsi kimi qiymətləndirilə bilər".

Ekspert Kamran Əsədov hesab edir ki, təhsilin maliyyələşdirilmə mexanizminin təkmilləşməsinə ehtiyac vardır. Ona görə də təhsil müəssisələrində adambaşı maliyyələşdirmə artıq başlanmalıdır. Eyni zamanda, təhsil müəssisələrində ödənişli təhsil xidmətləri dəstəklənməlidir. Bunun üçün Təhsilin İnkişaf Fondunun yaradılması müasir təhsil sisteminin tələbidir. Beləliklə, qabaqcıl təhsil sisteminə əsaslanan strateji istiqamətdə səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması, təhsil sahəsində insan resurslarının yaradılmasını müasirləşdirmək, səmərəli, şəffaf, cavabdeh, idarəetmə mexanizmlərini yaratmaq, təhsildə müasir tələblərə uyğun infrastruktur qurmaq, dünya təhsil standartlarına uyğun maliyyələşdirmə modelini formalaşdırmaq əsas hədəf kimi götürülür.

K.Əsədov vurğulayıb ki, Təhsilin İnkişafı Fondu dövlət ortaali təhsili müəssisələrinin büdcədənkənar gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasını təmin edəcək və peşə təhsilinin inkişafında maliyyələşmə mexanizmi rolunu oynayacaq.

Ekspert Təhsilin İnkişafı Fonduna böyük ümidlər bəslədiyini deyir: "Ən azından ona görə ki, ölkədə təhsilin maliyyələşdirilməsi sahəsində ciddi problemlər mövcuddur. Təhsilin kreditləşməsi, imkansız ailələrə təhsil kreditinin verilməsində problem yaşayırıq. İnanıram ki, yaradılan fondun qeyd etdiyim problemlərin həllində rolu olacaq".

K.Əsədov düşünür ki, fond öz fəaliyyətini əsasən bölgələrdə qurmalıdır: "Bu istiqamətdə fəaliyyət zamanı dünya təcrübəsinə əsaslanmalıyıq. Yəni tək təhsil alanların təhsil haqqını maliyyələşdirməməliyik. Həmçinin, tədqiqatları da maliyyələşdirmək olar. Fikrimcə, daha çox bölgələrə diqqət ayrılmalıdır".

Təhsil eksperti Elçin Əfəndi isə qeyd edib ki, Fondun büdcəsi qrantlar hesabına, əlavə sahibkarlıq fəaliyyəti ilə, müxtəlif ianələr, fond pulu hesabına formalaşacaq. Büdcədən də müəyyən təhsil layihələrinin həyata keçirilməsi üçün istifadə olunacaq.

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2022.- 6 mart.- S.11.