“Şuşa İli” çərçivəsində  Haaqada ədəbi  gecə

 

Azərbaycanın Niderland Krallığındakı Səfirliyinin dəstəyi, Niderland Milli Teatrı və “Avrasiya Türk Qadınları” İctimai Birliyinin təşkilatçılığı ilə beynəlxalq ədalət şəhəri HaaqadaŞuşa İli” çərçivəsində ədəbi-bədii gecə keçirilib.

Niderland Milli Teatrının binasında təşkil olunan “Natəvanın ayaq izləri” adlı proqram Şuşanın 270 illiyinə, Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə və Azərbaycan-Niderland diplomatik münasibətlərinin 30 illiyinə həsr edilib.

Tədbirdə Niderlandda fəaliyyət göstərən diplomatlar, Azərbaycan və türk icmalarının, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Holland dilində keçirilən ədəbi-bədii gecədə Qarabağ xanlığı, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa, eləcə də Xan qızı Xurşidbanu Natəvanın həyat və yaradıcılığı haqqında məlumat verilib, rəqslərimiz və mahnılarımız təqdim edilib. Azərbaycan icmasının üzvü Fatma Aktaşın iştirakı ilə Natəvanın həyatından bəhs edən səhnəcik göstərilib.

Azərbaycanın Niderland Krallığındakı səfiri Fikrət Axundov çıxış edərək təşkilatçılara təşəkkür edib. Bildirib ki, 2020-ci ilin 44 günlük müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz tərəfindən mədəniyyət paytaxtımız Şuşa 28 illik erməni işğalından azad edilib. Şuşada aparılan bərpa işlərindən danışan səfir bildirib ki, qədim şəhərə yenidən mədəni həyat qayıdır. Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci ilŞuşa İlielan edilib. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşanın 270 illiyi bu il təntənə ilə qeyd ediləcək.

Qeyd olunub ki, Şuşada böyük şəxsiyyətlər, şairlər, musiqiçilər yetişib. Onlardan biribu il 190 illiyi qeyd olunan şairə, xeyriyyəçi Xurşidbanu Natəvandır. Vurğulanıb ki, bu yubileylər həmçinin Azərbaycan-Niderland diplomatik münasibətlərinin 30 iliyinə təsadüf edir.

 

525-ci qəzet.- 2022.- 6 mart.- S.9.