Yeni sərgi Mismarlar incəsənətin keşiyində”  

 

 

Xətai Sənət Mərkəzində dekorativ tətbiqi sənət ustası Aytən Əliyevanın “Mismarlar incəsənətin keşiyində” adlı ilk fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Milli Məclisin Mədəniyyət komitəsinin, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”, “Regional Hüquqiİqtisadi Maarifləndirmə” və “Nəfəs” İctimai birliklərinin dəstəyi ilə keçirilib.

Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı bildirib ki, “Mismarlar incəsənətin keşiyində” adlanan fərdi sərgidə A.Əliyevanın mismarların və onlara dolanmış müxtəlif rəngli iplərin ahəngindən yaratdığı gözəlliklər nümayiş olunub. Vurğulanıb ki, mismarlarsaplarla yaradılan dekorativ tətbiqi sənət bir Azərbaycan sənət brendinə çevrilə bilər. Macarıstanın “Hunqariumu kimi bizimöz “Azərbaycanium”ımız ola bilər.

Tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva soyuq mismarlarla rəngli sapların isti harmoniyasından yaranan gözəl əsərlərin 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadınlarımız üçün yaxşı bayram hədiyyəsi olacağını qeyd edib: “Aytən xanımın 9 illik əl əməyi, göz nurunun bəhrəsi olan bu sənət əsərləri qarışıq texnikalı, müxtəlif mövzulu olması ilə diqqət çəkir. Müəllifin sənətlə elmi bir araya gətirməsi, konkret olaraq, riyaziyyatı, necə deyərlər, ruhunun həndəsəsini, mühəndisliyi də ustalıqla şəkilləndirməsi xüsusi ilə vurğulanmalıdır. Etiraf edək ki, kətan, taxta, dəmir, şüşə səthlərdən fərqli olaraq, mismar dekorativ tətbiqi sənətdə qeyri-ənənəvi vasitədir, odur ki, onunla yaranan, məsələn, mükəmməl ağac, adam fiqurları böyük maraq doğururzövq oxşayır”.

Komitə sədri diqqətə çatdırıb ki, sərgiyə gələnlər burada nümayiş etdirilən sənət əsərlərinə yiyələnməklə mismarlarla, saplarla işlənmiş gözəl əsərləri öz doğmalarına hədiyyə etməklə sənətə, sənətçiyə dəstək vermiş olarlar: “Bu il, “Şuşa İlidir, müxtəlif tədbirlər keçiriləcək, yeni əsərlər sərgilənəcək. Paytaxtımızın ən gözəl sənət ocaqlarından birinə çevrilmiş Xətai Sənət Mərkəzində Aytən Əliyevanın 9 illik zəhmətinin bəhrəsi olan əsərlərdən ibarət ilk fərdi sərgisinin açılmasını özlüyündə bir mədəniyyət, sənət hadisəsi hesab edirəm. Burada sərgilənən əsərlər həm mövzu genişliyi, o genişlik içində etnoqrafik etüdləri ilə, həm də bir Azərbaycanlı xanımın əl işləri olması ilə seçilir”.

A.Əliyeva tədbirin təşkilatçılarına təşəkkür edərək, öz ürək sözlərini dilə gətirib. O, həyatda üzləşdiyi çətinliklərin öhdəsindən məhz məşğul olduğu sənət sayəsində gəldiyini vurğulayıb.

Açılış mərasimində çıxış edən natiqlər sərgilənən əsərlərin ideya, estetik dəyərlərindən danışıb, ürək sözlərini bölüşüblər.

Sərgidə nümayiş olunan əsərlərin 21-i təşkilatçılar, 10-a yaxın əsər isə digər sənətsevərlər tərəfindən satın alınıb.

 

525-ci qəzet.- 2022.- 6 mart.- S.9.