“Akademik qadınların kitab
sərgisi” açılıb
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın alim qadınlarının, şəhid anaları və xanımlarının, eləcə də kitabxana oxucuları və əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki,
MEK-in baş direktoru
professor Məmməd Əliyev
layiqli övladlar böyüdən əsgər
analarını, Vətənin
müdafiəsində və
dövlətin idarə
olunmasında daim fədakarlıq nümayiş
etdirən xanımları,
ümumilikdə Azərbaycan
qadınlarını qarşıdan
gələn bayram münasibətilə təbrik
edib, onlara fəaliyyətlərində uğurlar
arzulayıb. O bildirib ki, bu gün
təqdim olunan və kitabxanada həftə boyu davam edəcək “Akademik qadınların kitab sərgisi”ndə Azərbaycanın görkəmli
alim qadınlarının
məhsuldar elmi fəaliyyətlərini özündə
cəmləşdirən nəşrlər
təqdim olunur.
AMEA-nın vitse-prezidenti
vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva
ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi
ilə qadınların
hər sahədə,
o cümlədən akademiyanın
ictimai və mədəni həyatında
fəal təmsil olunduqlarını diqqətə
çatdırıb. Dahi liderin
yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını
təmin etdiyini vurğulayıb. Natiq, həmçinin
qadın alimlərimizin
elmin inkişafındakı
rolundan və elm sahəsinə verdikləri
töhfələrdən bəhs
edib.
“Qadın ailənin,
cəmiyyətin təməlidir. Qadınlar
nə qədər xoşbəxt olsa, cəmiyyətimiz də bir o qədər xoşbəxt olar”,- deyə akademik
Nərgiz Axundova bildirib.
Xocalı sakini Dürdanə Ağayeva, AMEA-nın əməkdaşı, 44 günlük
Vətən müharibəsinin
iştirakçısı Rəqsanə
Əsgərova və çıxış edən
şəhid anaları
Azərbaycan xanımı
olduqlarını fəxrlə
söyləyiblər.
Tədbirin bədii hissəsində
“Ana” mahnısı səsləndirilib. Sonda
MEK-in qadın əməkdaşlarına təşəkkürnamələr
təqdim olunub.
525-ci qəzet.- 2022.- 6 mart.- S.8.