"Fokus"un rakursu
Bütün tərəqqipərvər qüvvələrin
Ukraynadakı müharibəyə
qarşı etiraz səsini ucaltdığı
bu günlərdə,
iki fakt həmin xüsusda bir vətəndaş və kinoşünas kimi mövqeyimi bölüşməyə təkan
oldu.
Birinci fakt ölkəmizdə 8 il fasilədən sonra yenidən işıq üzü görən "Fokus"
kino jurnalının nəşri, baş redaktor Əlisa Cabbarovun jurnaldakı çıxışı və
"Fokus"un çıxmadığı
illər ərzində
orta nəsil kinematoqrafçıların həmişə
faydalandıqları Rusiyanın
məşhur "İskusstvo
kino" jurnalının
redaktoru Anton Dolinin bu gün dünyanı
təşvişdə saxlayan
müharibəyə qarşı
həyəcanlı çağırışı
oldu.
Əlisa
Cabbarov "Fokus" jurnalının nəşriylə
bağlı yazır:
"Müasir Azərbaycan
kinematoqrafçıları çox şanslıdır.
Ona görə ki, Şuşanı sahibinə
qaytarmış bir ordunun, xalqın müasirləri vəhəmvətənləridir.
Xalq topu vurub, indi isə
top sənət adamlarının,
kinematoqrafçıların tərəfindədir".
Qeyd etdiyim ikinci fakt isə
Rusiyanın "İskusstvo
kino" jurnalının
redaktoru Anton Dolinin çağırışı oldu. Çağırışda Rusiyanın tərəqqipərvər
kinotənqidçiləri və
kinoşünasları onun
səsinə səs verərək, Ukraynadakı
hərbi əməliyyatların
dayandırılmasını tələb edirlər.
Bəli, bu iki faktı
müqayisə edib,
"İskusstvo kino"nun
tərəqqipərvər qüvvələri
torpağımıza erməni
təcavüzünə qarşı
çağırışı bəs o vaxt harada qalmışdı?" - kimi məntiqi bir suala cavabı
elə öz jurnalımızda, qalib və müstəqil ölkənin hələlik
yeganə kino jurnalı olan "Fokus" da tapdım.
Yəni
bu bir neçə
il ərzində
kinematoqrafçılarımızın təmasda ola bildikləri, "İskusstvo
kino"dan başqa,
"Fokus" jurnalı
dünyanın aparıcı
kino nəşrlərinin
təcrübəsindən qaynaqlanacaqmı?
Bu xüsusda dünyanın
bir neçə məşhur kino jurnallarına nəzər
yetirmək pis olmazdı. Təbii ki, bu sırada ilk olaraq dünya kinosunun beşiyi Fransanın
"Kaye dyu cinema" jurnalı
gəlir. 1928-ci ildə
əsası qoyulmuş,
"Revyü de cinema"nın bazası əsasında yaranmış
bu jurnalın məşhurluğu Fransa kinosunun böyük sənətkarı Fransua Tryuffonun adıyla bağlıdır. Dünya kinosunun
şah əsərlərini
yaradan Tryuffo kinoda ilk addımlarını
bir kinotənqidçı
olaraq bu jurnalda atıb.
Kinematoqraf tarixində "aye dyu
cinema" həm də
kinoda yeni cərəyanın - "Fransa
yeni dalğası"nın nümayəndələrinin
"inkubatoru" adlanır.
Belə ki, Tryuffo kimi
bu dalğanın korifey nümayəndələri
Qodar, Şabrol, River və digərləri məhz bu nəşrin
səhifələrində ilk əvvəl kinotənqidçi
kimi tanınıblar.
"Kaye dyu sinema"nı
bugünkü müstəqil
kino jurnalımızın
sələfi saymaq cəhdlərim təsadüfi
deyil.
"Fokus" jurnalının
səhifələrində öz
kino tənqidi və nəzəri məqalələriylə çıxış
edən qadın yazarlarımızın əksəriyyətini
şəxsən tanıdığımdan,
sözün həm hərfi, həm də müstəqim mənasında, onları müstəqil kinomuzun ana (qadın sözü də bura daxildir) xətti sayıram. Sevda Sultanova, Aygün Aslanlı, Aliyə Dadaşova və digərləri bu günün kino tənqidçisi olaraq, gələcəyin rejissoru,
ssenaristi, prodüsseri,
bir sözlə, ekran əsərlərimizin
potensial qüvvəsidirlər.
"Ze Hollivud ripotə" (ABŞ) jurnalının
digərlərindən fərqi
onun Hollivudun "Ulduzlar xiyabanı"nda öz ulduzunun olmasıdır. Bəli, məşhur Hollivudun öz kino jurnalı
da ulduz ola bilir.
Pis nümunədeyil, elə
"Fokus" üçün
də.
Əlbəttə ki, buna görə gərək rəqabət olsun, bizdə isə hələlik tək "Fokus" var. Amerikada çıxan kino nəşrləri isə tək deyil: "Amerikan sinematoqraf",
"Amerikan Film Magazin"
və sair. Mövzumla bağlı burada "Vomen ənd film" ("Qadın və film") jurnalına fokuslanmağı
məqsədəuyğun bilirəm.
1972-ci ildəçıxan bu jurnal kino
tarixində ilk feminist (gender bərabərliyi mübarizəsi)
kinojurnal olaraq qəbul edilmiş və nəşr olunan kimi də
üstündə qapaqap
düşmüşdü. Feministlər
kinonun ilk yarandığı
zamandan məhz qadın gözəlliyi və cazibəsinə rəğmən, populyarlıq
qazanması və sevilməsini əldə dəstəvüz edib, beləbir jurnal nəşr etməyi öz haqları bilmişlər.
Tanınmış kinematoqrafçılardan biri
kino tarixini həm də qadın hərəkatı
ilə əlaqələndirərək
yazır ki, müxtəlif incəsənət
vəsənaye sahələri
sırasında qadının
fəaliyyətinə kino
qədər geniş imkan və şans
yaradan digər bir sahə ağıla
gəlmir.
Hollivudun
korifey aktrisası Bet Devis isə deyirdi ki, Hollivud
yarandığı ilk 20 il
ərzində məhz
qadın qüvvəsi
sayəsində ayaqda durub, daha doğrusu,
onun varlığını
aktrisa, ssenarist, montajçı vədigər
sahələrdə çalışan
qadınlar idarə edib.
Bəli,
kinonu digər sahələr kimi kişi monopoliyası
saymamaq kinonun məhz öz mahiyyətinə bağlıdır.
Ancaq bununla beləmonopoliyanın
hökmranlığını danmaq da düzgün
deyil. Belə ki, iki il ərzində cəmi 7 sayı işıq üzü görən jurnal tez bir zaman
ərzində qapadılmışdı.
Bu jurnalı indi
xatırlatmağımın təsadüfi olmadığını
bildirərkən, "Fokus"
jurnalının qlobal
dəyərlərdən kənar
qalmadığını vurğulamaq
istərdim. "Vomen ənd film" hələ
də gender bərabərliyi
mübarizəsində bir
sələf kimi, dünyanın kino jurnallarına intuitiv impulslar ötürə bilir.
Fakt isə odur ki,
bizim "Fokus"un redaksiya heyəti də 4 qadın və4 kişi nisbətilə tam gender bərabərliyi
nümunəsidir.
"Sayt ənd
Sound" - Londonda çıxan
bu beynəlxalq kinojurnal 1932-ci ildən bəri nəşr olunur. Əsas oxucuları professional kinematoqrafçılardır. Müstəqil kinonun təbliğiylə
məşğul olsa da, səhifələrində
blokbasterlər də yer alır. Tez-tez ilin ən
yaxşı filmləri
siyahısıyla çıxış
edən bu jurnal film seçimini beynəlxalq səviyyədə
reallaşdırsa da,
2012-ci ildə onun
"Bütün zamanların
ən yaxşı 50 filmi siyahısı" çoxsaylı tənqidlərə
məruz qalmış
vəjurnal qeyri-obyektivlikdə
günahlandırılmışdı.
Təbii ki, belə siyahıların
Azərbaycanla birbaşa
bağlılığı olmur. Ancaq bu fakt müasir Azərbaycan kinosuna dünya kino prosesindən kənarda qalmağa əsas vermir.
Həmin
o 2012-ci ildə "Fokus"
jurnalının nəşri
müvəqqəti dayanmış
olsa da, kinematoqrafçılarımızın birgə səyi nəticəsində"Ölməzdən öncə izləməli
olduğumuz 111 film" adlı
bir kitab nəşr edilərək,
kino ictimaiyyətimizin
dünyadakı kinotənqidi
prosesiyləyaxından tanış
olmasına imkan yaradıldı.
Kitabda dünyaca
məşhur kino tənqidçilərindən Rocer
Ebert, Dan Jardin, Vinsent Kanbi və digərlərinin
artıq kinematoqrafın
qızıl fonduna daxil olan ekran
əsərlərinə resenziyaları
geniş yer almışdı.
Göründüyü kimi, dünya kinosu tək kinoteatrlardakı tamaşaçı
auditoriyasında dəyərləndirilmir,
o, həm də elmi, nəzəri əsasları olan kinematoqrafın analitik materialıdır. Bunun üçünsə təkcə ələkamera
alıb çəkilişlər
reallaşdırmaqla kifayətlənmək
doğru deyil. Kinonun nəzəriyyəsi, mövqeyi,
siyasəti olmalıdır.
Belə halda kino nəşrlərinin
yeri görünür.
Bəli, bizdə artıq filmlər müstəqil kinomuzun məhsulu olaraq artmaqdadır, beynəlxalq film festivallarımız da bu kinonun dünya ilə əlaqəsinə təkan verir. Bu xüsusda "Fokus" jurnalı özünün ilk səhifəsində jurnala dövlətimiz adından maliyyə dəstəyi göstərən Mədəniyyət Nazirliyinin hesabatını təqdim edib oxucularına: Mədəniyyət və yaradıcılığın inkişafı məzmunun zənginləşdirilməsi hədəfi üzrə Azərbaycan film komissiyasının yaradılması, "Azərbaycanfilm" kinostudiyasında aparılan islahatlar, 12-ci Beynəlxalq Qısametrajlı Filmlər Festivalı, 4-cü Beynəlxalq Animasiya Festivalı, "Böyük qayıdış" qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi və digər layihələri qeyd etmək olar. Məhz bu hədəf üzrə 2021-ci ilərzində 40-dək bədii, sənədli və animasiya filmi çəkilib. Filmlərimiz beynəlxalq festivallarda iştirak edərək mükafatlara layiq görülüb.
Göründüyü kimi, məhz kinematoqrafımızın belə
irəliləyiş mərhələsinin zərurətidir
"Fokus"un nəşri.
Bu halda o, müstəqil kinomuzun həm
təbliğatçısı və həm də nəzəri
əsaslarının hazırlanması missiyasını öz üzərinə
götürdüyünə görə tarixi
nəşr kimi dəyərlidir.
Sədaqət KAMAL
525-ci qəzet.- 2022.- 11 mart.- S.14.