Hegemon brendlər
SƏN
NƏYMİŞSƏN, Coca-Cola, SƏN
NƏYMİŞSƏN, McDonald's?
Bu
yazını mənə son günlər baş verən hadisər
- lap dəqiqi Rusiyaya qarşı tətbiq olunan
genişmiqyaslı sanksiyalar və bu sanksiyalara qoşulan
şirkətlərin siyahısındakı iki ad
yazdırdı. Söhbət adlarını, demək olar, hər gün eşitdiyimiz, hər yaşın nümayəndəsini ovuclarının
içərisində saxlamağı
bacaran iki brenddən - Coca-Cola və
McDonald's-dan gedir.
Coca-Cola Amerika Birləşmiş
Ştatları mənşəli
sərinləşdirici içki
brendidir. Dünyanın ən çox
istehlak edilən sərinləşdirici içkisi
Coca-Cola 2005-2016-cı illərdə Interbrandin beynəlxalq araşdırma agentliyi tərəfindən dünyanın
ən bahalı brendi kimi tanınıb.
Coca-Cola və müxtəlif
sərinləşdirici içki
markalarının sahibi
isə ABŞ-ın
Atlanta şəhərində yerləşən "The Coca-Cola Company" şirkətidir. Brendin adı kola qozunun,
kofein məhsulunun və koka yarpaqlarının
adlarının birləşməsindən
yaranıb. Coca-Cola-da istifadə olunan maddələr və kimyəvi məhsullar paylaşılsa
da, dəqiq formulası bu günə qədər kommersiya sirri olaraq qalır. 1886-cı ildə əsası qoyulan şirkət dünyanın
200-dən çox ölkəsində
lisenziyalı Coca-Cola məhsulları,
süzülmüş su,
ətirli maddələr
və konsentratlar istehsal edir.
Coca-Cola ilk dəfə 1886-cı ildə öz reklamında əsəblərə
və yorğunluğa
yaxşı təsir göstərən içki
kimi təqdim edilib. Hətta kosmosa da gedib çıxsa da, dünyada Coca-Cola satmayan iki ölkə
hələ də var.
Bunlar Kuba və Şimali Koreyadır. Yox, səhv
oxumadınız, 1985-ci ildə
Coca-Cola kosmosa gedən
ilk sərinləşdirici içki
oldu.
Bu şirkət haqqında
ən çox danışılan məqamlardan
biri isə onun Pepsi şirkəti ilə rəqabətidir. Ancaq bir gerçək də var ki,
Coca-Cola-nın illik qazancı 83,8 milyard dollar olaraq qiymətləndirilir və
bu, təxminən,
Subway, Pepsi və KFC-nin
bütün gəlirlərinin
toplamına bərabərdir.
McDonald's isə dünyanın
ən böyük
fast-food restoran şirkətidir
və gündə 69 milyon müştəriyə
xidmət göstərir. McDonald's
hamburger, çizburger, kartof
qızartması və
soyuq içkilər satır.
Təbii ki, bunlar işin
bəsit tərəfidir. Statistikaya görə,
hər gün dünyada 85 milyon insan McDonald's restoranlarına
daxil olur. Beləliklə, saniyədə 75 burger satılır. World Atlas-a görə, McDonald's dünyanın
119 ölkəsinə daxil
olub. Onun daxil ola
bilmədiyi ölkələrə
nümunə olaraq, Şimali Koreya, Boliviya və İslandiyanı göstərmək
olar. Ən böyük McDonald's filialı isə ABŞ-ın Orlando şəhərində
yerləşir. Sahəsi
təxminən 1800 kvadratmetr
olan bu filial o qədər böyükdür
ki, konsertlərə və müxtəlif beynəlxalq şoulara da ev sahibliyi edir.
Amma bu məşhur brend üçün işlər
həmişə yolunda
getməyib. 1992-ci ildə
McDonald's-dan aldığı
isti qəhvənin üstünə tökülməsi
səbəbiylə 3-cü dərəcəli yanıq
diaqnozu qoyulan bir qadın şirkəti məhkəməyə
verib və məhkəmə restoranı
tam 3 milyon dollar təzminat
ödəməyə məhkum
edib. Davam edən seanslarda
məbləğ 640 min dollara
endirilib. McDonald's-ın
bu iddiadan sonra isti içkilərinin
üzərinə "Diqqət,
istidir" xəbərdarlığı
yerləşdirdiyi deyilir.
Yeddidən yetmişə hər
kəsin diqqətini çəkən bu restoran, eyni zamanda hər yaşda insanın çalışdığı iş yeridir. McDonald's-ın ən
yaşlı əməkdaşının
indi 92 yaşı var.
Goh Gwek Eng adlı bu qadın
McDonald's-ın Sinqapurdakı
filialında işləyir.
10 övladı və 20 nəvəsi olan Eng övladları evdən çıxandan bəri evdə çox sakitlik olduğunu və bunun da evdə
olmağı çətinləşdirdiyini
bildirib. Ona görə
də səhhəti imkan verdikcə burada işləməyə
davam etmək istəyir.
McDonald's adını Rekordlar
Kitabına dəfələrlə
yazdıra bilib. Məsələn, bir dəfə Ebay-da bir Nugget 8100 dollara satıldı.
Niyə?
Çünki sözügedən toyuq parçası Corc Vaşinqtona bənzəyirdi. Normalda
heç vaxt köhnəlmiş məhsulların
satışına icazə
verməyən E-bay üçün
də istisna olan bu yeməyin
istehsal tarixindən 3 il keçmişdi.
Başqa
bir qəribə fakt odur ki,
McDonald's dünyada tanınmış
oyuncaq şirkətləri
olan Hasbro və Matteldən daha çox oyuncaq satır - ildə təxminən 1,5 milyard ədəd. Şirkət
bunun fərqinə vardıqdan sonra bəzi ölkələrdə
"Happy Meals" ilə birlikdə
oyuncaqlar əvəzinə
uşaq kitabları da satmağa başlayıb. McDonald's hazırda dünyanın ən böyük kitabxanası olan "Konqres kitabxanası"nda
uşaq kitablarının
sayından daha çox kitab paylayır.
Məşhur palyaço Ronald McDonald bütün
dünyada uşaqlar tərəfindən ən
çox tanınan bədii personajdır. Bu personaj bütün dünyada aparılan sorğuda uşaqlar tərəfindən Şaxta
babadan daha çox tanınıb (Sorğuda iştirak edən uşaqların 96 faizi fotoşəkildəki
personajı tanıyıb).
Siz hələ
də bu restoranı ciddiyə almırsınız? Bu restoranı
kifayət qədər
insan həddindən artıq ciddiyə alır. 10 min dollar ödəməklə Honq-Konqda
siz təkcə ad günlərinizi deyil, hətta toyunuzu da McDonald's filialında keçirə bilərsiniz.
Təzə xəbər isə odur ki, bu
şirkət son günlərdə
siyasi məsələlərə
də ayaq uydurmaq məcburiyyətində
qalaraq satışını
bəzi ölkələrdə
dayandırmalı olub. Halbuki
McDonald's-ın "lovin'
it" devizinin özü
bunu inkar edir. Sevgi yalnız paylaşdıqca
çoxala bilər.
"The New York Times"ın köşə yazarı
Tomas Fridman tərəfindən
ötən əsrdə
irəli sürülən
nəzəriyyəyə görə,
hər ikisində
McDonald's olan iki ölkənin müharibə
etməsi mümkün
deyil. Fridmana görə, McDonald's-ın
bir ölkədə olması onu göstərir ki, o ölkə iqtisadi yetkinlik və istehlakçı rahatlıq
səviyyəsinə çatdığından,
qonşusu ilə müharibəyə girərək
öz rahatlığını
pozmaq istəmir. Bu ölkələrin insanları döyüşmək
əvəzinə, burger üçün
növbə gözləməyə
üstünlük verirlər.
Məşhur nəzəriyyəyə görə, McDonald's-a sahib olan
ölkələrin sayı
artdıqca dünyanın
daha təhlükəsiz
planetə çevrildiyi
güman edilir.
Bu il Rusiya-Ukrayna
müharibəsinin başlaması
ilə həmin nəzəriyyə tamamilə
çökdü və
nəzəriyyə bir
əsrdir əlində
saxladığı doğruluq
payını ilk dəfə
olaraq itirdi. McDonald's Rusiyada öz
fəaliyyətini dayandırdı
və 850 restoranını
bağladı.
Azərbaycanın apardığı 44 günlük
Vətən müharibəsi
dövründə McDonald's-ın buraxdığı böyük bir səhv də yəqin ki, hər birimizin yadındadır. Necə olur ki, Azərbaycanın
ərazi bütövlüyünə
qəsd edənlərə
qarşı apardığı
ədalətli müharibədə
buna bənzər addımların sonradan peşmançılığı çəkilir və
"siyasətə qarışmaq"
hesab olunur, amma başqa bir ölkədə bu, "təcavüzə
etiraz" sayılır?
Gəlin o vaxt olanları yada salaq. "McDonald's Azerbaycan" şirkəti
müharibə günlərində
özünün feysbuk
hesabında əvvəlcə
Azərbaycana dəstək
paylaşımları yerləşdirir,
lakin az
sonra həmin dəstək paylaşımlarını
silir. Bu addım
sosial şəbəkənin
azərbaycanlı istifadəçilərinin
böyük narazılığına
səbəb olur və istifadəçilər
öz etirazlarını
şirkətin səhifəsində
#baycotmcdonalds həştəqilə
bildirirlər. Etirazlara
cavab olaraq
"McDonald's Azerbaycan" açıqlama
yayır: "Bütün
dünya üzrə
McDonald's öz qapılarını
hər kəsin üzünə açaraq
dadlı yeməklər
təqdim edir və xidmət etdiyimiz bütün insan qrupları üçün məsuliyyətli
partnyor kimi fəaliyyət göstərir.
Bir müddət bundan əvvəl sosial şəbəkələrdəki səhifələrimizdən bəzi postları silməkdə bir məqsədimiz var - əsas amalımıza, yəni insanları qida ilə təmin etmək fikrinə sadiq qalmaq. Cari dəyişkən zamanda bunun önəmi xüsusilə yüksəkdir və biz bu təşəbbüsü dəstəkləyən növbəti xeyirxah addımlarımız barədə məlumatları tezliklə açıqlayacağıq. İstəyimiz odur ki, insanların bir yerdə toplanaraq yemək və xoş anları birlikdə paylaşa biləcəkləri bir məkan yaradaq".
Amma nədənsə şirkət Rusiyada "əsas amalına - insanları qida ilə təmin etmək" fikrinə sadiq qalmadı və bu ölkədəki fəaliyyətini dayandırdı.
Siyasi səbəbləri başa düşdük, bəs Avropanın göbəyində yerləşən İslandiyada McDonald's-ın ümumiyyətlə, fəaliyyət göstərməməsinin səbəbi nə ola bilər?
McDonald's İslandiya bazarına 1993-cü ildə daxil olur və 2009-cu ilə qədər fəaliyyətini davam etdirir. Şirkət 2009-cu ildə İslandiya hökumətinin transmilli fast-food şirkətlərinə tətbiq etdiyi yüksək vergi səbəbilə fəaliyyətini dayandırır. Bura kimi hər şey normaldır.
Hekayənin maraqlı tərəfi isə buradan etibarən başlayır. 31 oktyabr 2009-cu il tarixində Hjortur Smarason adlı vətəndaş McDonald's-ın İslandiyadakı son menyusunu yemək üçün deyil, bir növ xatirə kimi alıb saxlayır. Daha sonra Smarason menyunu qutusu ilə birlikdə qarajına qoyur. Menyunun hətta orada olduğunu unudan Smarason 3 il sonra qarajını təmizləyərkən McDonald's qutusunu tapır, onu açır və aldığı hamburgerin hələ də orada olduğunu görüb şoka düşür. Smarason İslandiya Milli Muzeyi ilə əlaqə saxlayır və menyu muzeydə sərgilənir.
El ROMAN
525-ci qəzet.- 2022.- 12 mart.- S.24.