Plastik tullantılar: ekoloji
tarazlığın qənimi
Ətraf mühiti çirkləndirən
əsas faktorlardan biri də plastik
qablaşdırma tullantılarıdır. 1960-cı illərdə bərk məişət tullantılarının
tərkibində plastik
tullantıların miqdarı
1 faizə qədər
idi. Lakin hazırda bu
göstərici 12 faizdən
çoxdur. Ən əsası
isə plastik tullantılar təbiətdə
yüz illər ərzində parçalanmır,
miqdarı isə ilbəil artır. Araşdırmalar göstərir ki,
bu tullantılar düzgün idarə olunmadığından ətraf
mühiti və sututarları çirkləndirir,
kənd təsərrüfatı
torpaqlarının dərin
qatlarına keçərək
bitkilərin normal inkişafını
ləngidir və məhsuldarlığın aşağı
düşməsinə səbəb
olur.
Hər il dünyada
500 milyon ton plastik məhsul istehsal olunur. Plastik və polietilen məhsulların parçalanaraq
yox olması üçün torpaqda
800, dənizdə isə
400 il vaxt
lazım gəlir. Həmçinin yarım əsrdən
sonra da plastik məhlul torpağa qarışaraq onu çirkləndirməyə
davam edir. Plastik qablar hər il
120 milyon ton əlavə
tullantının yaranmasına
səbəb olur. Belə ki, dünyada plastik tullantıların yalnız 20 faizi təkrar emal olunur. Okeana atılan tullantıların
90 faizi də məhz plastikin payına düşür.
Hər il
okeanlara 150 ton plastik tullantı atılır. Okeanlarda böyük tullantı adaları əmələ
gəlib. Hazırda 5 belə
ada var. Onlardan ikisi Sakit, ikisi
Atlantik, biri isə Hind okeanındadır.
Plastik tullantılar vəhşi heyvan və quşların, balıqların
ölümünə səbəb
olur. Hər il milyonlarla
dəniz canlısı
plastik tullantılar səbəbindən tələf
olur.Plastik və polietilen məhsullar yandırılarkən insan
orqanizmi üçün
zərərli kimyəvi
maddə - dioksin ifraz olunur. Dioksin bənzər
quruluşa malik kimyəvi maddələrin
birləşməsindən formalaşır. Bu birləşmələr hidrogen,
karbon, oksigen və xlor atomlarından
ibarətdir.
Mütəxəssislərin fikrincə, plastik materialların isti su və ya
birbaşa isti ilə təması nəticəsində də
dioksin yaranır. Beynəlxalq Xərçəng
Araşdırma İnstitutunun
açıqlamasına görə,
dioksin xərçəng
xəstəliyi əmələ
gətirir. Orqanizmə
daxil olub yağ toxumasında
yığılan maddənin
xaric olması qeyri-mümkündür. Onun təsirinin
azaldılması üçün
dərman vasitələri
yoxdur.
Alimlər qida məhsullarının
plastik qablarda saxlanılması və qızdırılmasını da
tövsiyə etmirlər. İstifadə müddəti orta hesabla 20 dəqiqə olan polietilen paketlər ümumi tullantıların təxmini
10 faizini təşkil
edir. Statistikaya görə, bir ailə il
ərzində təqribi
500 polietilen paket istifadə edir. Həmin paketlərin çürüməsinə
500 ildən çox vaxt lazımdır.
Polietilenin üzərindəki bakteriyaların
çoxluğu səbəbi
ilə paketlərdəki
ərzaqlar daha tez xarab olur. Kip bağlanmış şəffaf
paketdə kondensat əmələ gəlir və müxtəlif göbələklər inkişaf
edir. Polietilen məhsullar dondurulduqda
isə ondan insan üçün zərərli olan toksinlər ayrılır.
Ekoloq Aysəf Bayramov deyir ki, ölkədə plastik tullantıların ətraf
mühitə mənfi
təsirinin azaldılması,
alternativ qablaşdırma
materiallarından istifadənin
genişləndirilməsi məqsədilə,
Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən
təbliğat və maarifləndirmə işləri
aparılır. Eyni zamanda, plastik qabların toplanması üçün şəhərlərdə
və rayon mərkəzlərində
əhalinin cəmləşdiyi
ərazilərdə xüsusi
konteynerlər qoyulub.Məqsəd
plastik tullantıların
idarə olunması sisteminin təkmilləşdirilməsi,
alternativ qablaşdırma
vasitələrindən istifadənin
genişləndirilməsi, beynəlxalq
təcrübədən istifadə
etməklə müasir
texnologiyalar əsasında
yeni müəssisələrin
yaradılması, təkrar
emal bazarının möhkəmləndirilməsi, yeni
iş yerlərinin açılmasından idarətdir.
Əsas
məsələ plastik
torbaların alternativi
olan kağız, parça və sair bu kimi çox işlənən qablaşdırma
vasitələrindən istifadənin
genişləndirilməsidir. Bunun üçün plastik torbaları əvəz edən qablaşdırma vasitələrinin istehsalının
genişləndirilmə və
istifadəçilərə təklif edilməsi nəzərdə tutulur.
Respublikamızda ilkin olaraq təkrar istifadəyə yaramayan qalınlığı 15 mikronadək
olan polietilen torbaların və birdəfəlik istifadə
üçün nəzərdə
tutulan plastik qarışdırıcı çubuq,
çəngəl, qaşıq,
bıçaq, boşqab
və stəkanların
istehsalı, idxalı,
satılması qadağan
olunub. Prezidentin fərmanı ilə
"Ətraf mühitin
mühafizəsi haqqında"
Qanuna dəyişiklik
edilməsi barədə
Qanun qəbul olunub. "Ətraf mühitin mühafizəsi
haqqında" Qanunun
46-maddəsinə "Qalınlığı
15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə
üçün nəzərdə
tutulan plastik qarışdırıcı çubuq,
çəngəl, qaşıq,
bıçaq, boşqab
və stəkanların
sahibkarlar tərəfindən
idxalı, istehsalı,
həmçinin ticarəti,
ictimai iaşə və digər xidmət obyektlərində
istehlakçıya satılması
və ya verilməsi qadagandır"
əlavə olunub. Bu qanunun müddəaları
polietilen torbalara münasibətdə 1 yanvar
2021-ci ildən, birdəfəlik
çubuq, çəngəl,
qaşıq, bıçaq
və stəkanlara münasibətdə isə
1 iyul 2021-ci ildən qüvvəyə minir.
İnzibati Xətalar Məcəlləsinə
yeni 275.4 və 275.5-ci
maddələri əlavə
olunmuşdur. Bu maddələrin
tələbləri pozulduqda
inzibati xətanın bilavasitə obyekti olmuş plastik material müsadirə edilməklə
vəzifəli şəxslər
1000 manatdan 1500 manatadək,
hüququ şəxslər
isə 3000 manatdan 4000
manatadək cərimə
edilirlər. İnzibati
xəta cərimə qərarı qüvvəyə
mindikdən 1 il müddətinə təktar
törədilərsə onda
plastik materiallar müsadirə olunmaqla vəzifəli şəxslər
1500 manatdan 2000 manatadək,
hüquqi şəxslər
isə 4000 manatdan 5000
manatadək cərimə
edilirlər.
Hər birimiz ətraf mühitin mühafizəsi və insanların sağlamlığı
məqsədilə polietilen
torbaların, plastik qabların alternativlərindən
olan şüşə
qablardan, parça və kağız torbalardan istifadəyə üstünlük verməliyik.
Ekologiya Təbii Sərvətlər
Nazirliyindən verilən
məlumata görə,
plastik və polietilen qablaşdırma tullantılarının ətraf
mühitə mənfi
təsirinin azaldılması
məqsədilə genişmiqyaslı
təbliğat kampaniyası
aparılıb, plastik
tullantıların ətraf
mühitə mənfi
təsirinin azaldılması
və alternativ qablaşdırma materiallarından
istifadənin əhəmiyyəti
haqqında maarifləndirici
xarakterli çap və video materiallar hazırlanıb. Bu materialların
yayılması ilə
bağlı tədbirlər
görülmüş, kütləvi
informasiya vasitələrində
və televiziya kanallarında davamlı olaraq maarifləndirici proqramlar və təbliğat-təşviqat tədbirləri
həyata keçirilmiş,
plastik qablaşdırma
tullantılarının ətraf
mühitə mənfi
təsiri barəsində
ictimai məlumatlılıq
artırılıb.
Plastik qablaşdırıcıların
selektiv toplanması və utilizasiya müəssisələrinə təhvil
verilməsi sahəsində
stimullaşdırıcı vasitələrin tətbiqi
ilə bağlı təkliflər, təkrar istifadəyə yararlı
qablaşdırma materiallarının
və onların komponentlərinin tələb
olunan təhlükəsizlik,
gigiyena və sair tələblərə
uyğunluğunu təmin
etmək məqsədilə
standartlara dair təkliflər hazırlanıb.
Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasının və ya verilməsinin qadağan edilməsi ilə əlaqədar "Ətraf mühitin mühafizəsi haqqında" Qanununda və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə" Qanun təsdiq olunub.
Nazirlikdən bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik qablaşdırma tullantılarının toplanması üçün 37 şəhər və rayonda 153 konteyner yerləşdirib. Alternativ qablaşdırma materiallarından istifadənin genişləndirilməsi məqsədilə təbliğat işləri davam etdirilir, polietilen torbalara alternativ olan parça və kağız torbaların istehsalı ilə məşğul olan müəssisələrin nümayəndələri ilə görüşlər keçirilir. Həmçinin nazirlik tərəfindən plastik qablaşdırma tullantılarının idarə edilməsi üzrə beynəlxalq təcrübə öyrənilir: "Ətraf mühitin mühafizəsinə töhfə vermək hər kəsin borcudur. Burada məsuliyyət təkcə nazirliyin üzərinə düşmür. Hər kəs ana təbiətin qorunmasında pay sahibi olmalıdır. Bunun üçün ekoloji tərbiyə də əhəmiyyətlidir. Azyaşlılara əllərindəki plastik qabları onlar üçün ayrılmış xüsusi konteynerlərə atılmasını başa salmaq ətraf mühitin mühafizəsinə dair atılmış kiçik, amma gələcəkdə nəticəsi böyük olacaq bir addımdır. Bundan başqa, hər birimiz plastik qabların alternativlərindən - şüşə qablardan, polietilen torbaların əvəzləyicisi olan parça və ya kağız torbalardan istifadəyə üstünlük verməliyik".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 12 mart.- S.21.