UNEC-in elmmetrik göstəriciləri barədə hesabat təqdim olunub

 

HƏYATA KEÇİRİLƏN MƏQSƏDYÖNLÜ TƏDBİRLƏR UNİVERSİTETDƏ ELMİ TƏDQİQATLARIN SAY VƏ KEYFİYYƏTİNİN YÜKSƏLMƏSİNƏ TƏKAN VERİB

Bugünlərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tədqiqat Mərkəzləri 2018-2021-ci illər üzrə elmmetrik göstəricilər barədə hesabat təqdim edib. UNEC rektoru  professor Ədalət Muradovun sədrliyi, UNEC-in Elm üzrə prorektoru professor Sakit Yaqubovun Tədqiqat Mərkəzlərinin iştirakı ilə keçirilən tədbir hibrid formada təşkil olunub. ABŞ-da, Almaniyada, Türkiyədə yaşayıb çalışan Mərkəz rəhbərləri onlayn formada tədbirə qatılıblar.

UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi təşkili şöbəsinin müdiri Rəna Hüseynovanın sözlərinə görə, rəhbəri olduğu şöbənin əsas məqsədi universitetdə tədqiqat mərkəzlərinin fəaliyyətinin əlaqələndirilməsi təşkili, aparılan elmi-tədqiqat işlərinin səviyyəsinin artırılması professor-müəllim heyətinin elmi-tədqiqat fəaliyyətinin yüksəldilməsi, dünyanın bir sıra universitetlərinin müvafiq təşkilatları ilə elmi əməkdaşlığı genişləndirmək, müasir elmi təcrübələrin universitetdə tətbiqinə nail olmaqdır. Həmçinin, təhsil alan gənclərin tədqiqat mərkəzlərinə cəlb edilməsi, tədqiqat mərkəzlərinin apardığı elmi-tədqiqat işlərinin nəticələrinin beynəlxalq səviyyəli jurnallarda çap olunma intensivliyinin sayının artırılmasıdır. Şöbənin əsas vəzifələri  universitetdə yaradılan tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi, təşkili onların fəaliyyətinin dəstəklənməsi, elmi-tədqiqat işlərinin təşkili aparılması təcrübəsini öyrənmək, Azərbaycanın xarici dövlətlərin elmi-tədqiqat müəssisələri ilə əlaqə yaratmaq elmi mübadilələri həyata keçirməkdir. Azərbaycan xarici ölkələrin universitetlərində fəaliyyət göstərən tədqiqat mərkəzləri ilə birgə elmi-tədqiqat işlərinin aparılması proqramlarında, qrant layihələrdə iştirak etmək, tədqiqat mərkəzlərinin rəhbərlərini mütəmadi olaraq universitet rəhbərliyi tərəfindən qəbul edilən qərar verilən göstərişlərlə məlumatlandırmaq, professor-müəllim heyətini planlaşdırılan elmi tədbirlər haqqında məlumatlarla tanış etmək əməkdaşların bu elmi tədbirlərdə iştirakını təşkil etməkdir.

 

Rəna Hüseynova deyib ki, UNEC- müxtəlif tarixlərdə 33 Tədqiqat Mərkəzləri yaradılıb, 25 Tədqiqat Mərkəzinə rəhbər təyinatı olub, fəaliyyət göstərən Tədqiqat Mərkəzlərinə 114 tədqiqatçı cəlb olunub. Tədqiqatçılar həm ölkədə, həm xaricdə yaşayan alim tədqiqatçılardır. Onların arasında türk, italyan, alman, yəhudi, rus, qırğız digər mütəxəssislər var.

 

Təqdimatdan sonra tədbir müzakirələr sual-cavabla davam etdirilib. Tədqiqat Mərkəzlərinin gələcək fəaliyyətlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib. Yüksək nəticələr əldə edən Mərkəzlərin institutlaşdırılması məsələsi, nəzərdə tutulan şərtlərə cavab verən Mərkəzlərin beynəlxalq Qrant layihələri nəzərdən keçirilib. 5 Tədqiqat Mərkəzi tərəfindən qrant üçün müraciət olunub. UNEC TM tərəfindən müxtəlif elmi mövzuları əhatə edən 82 tədbir keçirilib (Elm həftəsi, Elm Aylığı, Qarabağ müzakirələri kimi respublka beynəlxalq tədbirləri göstərmək olar).

 

Şöbə müdiri bildirib ki, 2018-2021-ci illər üzrə Scopus elmi bazasında indeksləşən UNEC əməkdaşlarına məxsus 380 məqalədən 200 məqalə (53 faizi) UNEC Tədqiqat Mərkəzlərinin payına düşür. 2018-2021-ci illər üzrə Scopus elmi bazasında indeksləşən UNEC əməkdaşlarına məxsus 380 məqaləyə 1248 dəfə (ümumi istinad), UNEC Tədqiqat Mərkəzlərinin tədqiqatçılarına məxsus 200 məqaləyə isə 892 dəfə istinad olunub. UNEC əməkdaşlarının məqalələrinə olunan ümumi istinadların 71,5 faizi UNEC Tədqiqat Mərkəzlərinin payına düşür: "2018-2021-ci illər üzrə UNEC Tədqiqat Mərkəzləri tərəfindən Scopus elmi platformasında ümumilikdə 200 məqalə nəşr olunub ki, onlardan 107 məqalə Tədqiqat Mərkəzlərində çalışan UNEC əməkdaşlarının (53.5 faiz), 93 məqalə isə Tədqiqat Mərkəzlərində çalışan kənar təşkilatların əməkdaşlarınındır (46.5 faiz). 2018-2021-ci illər üzrə UNEC Tədqiqat Mərkəzləri tərəfindən Scopus elmi platformasında ümumilikdə 200 məqalə nəşr olunub ki, onlara edilən ümumi istinadların sayı 892 təşkil edir. Ümumi istinadlarda 280 istinad Tədqiqat Mərkəzlərində çalışan UNEC əməkdaşlarının (31.4faiz), 612 istinad isə Tədqiqat Mərkəzlərində çalışan kənar təşkilatların əməkdaşlarının (68.6faiz) işinə aiddir. Ümumi istinadlarda xarici istinadların ümumilikdə sayı 657 təşkil edir ki, onlardan 209 xarici istinad Tədqiqat Mərkəzlərində çalışan UNEC əməkdaşlarının (31.8faiz), 448 istinad isə Tədqiqat Mərkəzlərində çalışan kənar təşkilatların əməkdaşlarının (68.2 faiz) payına düşür. 2018-2021-ci illər üzrə Web of Science bazasında indeksləşən UNEC əməkdaşlarına məxsus 456 məqalədən 221 məqalə (48,5 faizi) UNEC Tədqiqat Mərkəzlərinə məxsusdur.

 

2018-2021-ci illər üzrə Web of Science bazasında indeksləşən UNEC əməkdaşlarına məxsus 456 məqaləyə ümumi 1190 dəfə, UNEC Tədqiqat Mərkəzlərinin tədqiqatçılarına məxsus 221 məqaləyə isə ümumi 899 dəfə istinad olunub. UNEC əməkdaşlarının məqalələrinə olunan ümumi istinadların 75,5 faizi UNEC Tədqiqat Mərkəzlərinin payına düşür".

 

Rəna Hüseynovanın dediyinə görə, 2018-2021-ci illər üzrə UNEC Tədqiqat Mərkəzləri tərəfindən Web of Science elmi platformasında ümumilikdə 221 məqalə nəşr olunub ki, onlardan 137 məqalə Tədqiqat Mərkəzlərində çalışan UNEC əməkdaşlarının (62 faiz), 84 məqalə isə Tədqiqat Mərkəzlərində çalışan kənar təşkilatların əməkdaşlarının (38 faiz) işinə aiddir.

 

Tədqiqat Mərkəzlərində çalışan UNEC əməkdaşlarına məxsus 137 məqalə 39 tədqiqatçı tərəfindən, Tədqiqat Mərkəzlərində çalışan kənar təşkilatların əməkdaşlarına məxsus 84 məqalə isə 32 tədqiqatçı tərəfindən yazılıb: "2018-2021-ci illər üzrə UNEC Tədqiqat Mərkəzləri tərəfindən Web of Science elmi platformasında ümumilikdə 221 məqalə nəşr olunmuşdur ki, onlara edilən ümumi istinadların sayı 899 təşkil edir. Ümumi istinadlarda 280 istinad Tədqiqat Mərkəzlərində çalışan UNEC əməkdaşlarının (31.1 faiz), 619 istinad isə Tədqiqat Mərkəzlərində çalışan kənar təşkilatların əməkdaşlarının (68.9faiz) payına düşür.Ümumi istinadlarda xarici istinadların ümumilikdə sayı 760 təşkil edir ki, onlardan 231 xarici istinad Tədqiqat Mərkəzlərində çalışan UNEC əməkdaşlarının (30.4 faiz), 529 istinad isə Tədqiqat Mərkəzlərində çalışan kənar təşkilatların əməkdaşlarının (69.6 faiz) işi ilə bağlıdır. 2018-2021-ci illər üzrə UNEC Tədqiqat Mərkəzləri tərəfindən Web of Science Scopus elmi platformasında ümumilikdə 421 məqalə nəşr olunmuşdur ki, onlardan 244 məqalə Tədqiqat Mərkəzlərində çalışan UNEC əməkdaşlarının (58 faiz), 177 məqalə isə Tədqiqat Mərkəzlərində çalışan kənar təşkilatların əməkdaşlarının (42 faiz) payına düşür. 2018-2021-ci illər üzrə UNEC Tədqiqat Mərkəzləri tərəfindən Web of Science Scopus elmi platformasında ümumilikdə 421 məqalə nəşr olunub ki, onlara edilən ümumi istinadların sayı 1791 təşkil edir. Ümumi istinadlarda 560 istinad Tədqiqat Mərkəzlərində çalışan UNEC əməkdaşlarının , 1231 istinad isə Tədqiqat Mərkəzlərində çalışan kənar təşkilatların əməkdaşlarının payına düşür. Ümumi istinadlarda xarici istinadların sayı 1417 təşkil edir ki, onlardan 440 xarici istinad Tədqiqat Mərkəzlərində çalışan UNEC əməkdaşlarının, 977 istinad isə Tədqiqat Mərkəzlərində çalışan kənar təşkilatların əməkdaşlarının işi ilə əlaqədardır".

 

Şöbə müdiri vurğulayıb ki, UNEC Enerji İqtisadiyyatı Mərkəzi tərəfindən təsis olunan ENECO jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə iqtisad elmləri sahəsi üzrə Azərbaycanda məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilib. UNEC-in digər bir uğuru da Mühəndislik tətbiqi elmlər üzrə ingilis dilində nəşr olunan yeni jurnaldır. Professor Rövnəq Rzayevin rəhbərlik etdiyi Kompozit materiallar elmi tədqiqat mərkəzinin tədqiqatçılarının bu jurnalın ərsəyə gəlməsində böyük rolu var: "Bu ildən hər ilin ilk 6 ayını 1 illik göstəricilərini əhatə edən Hesabat Şöbə tərəfindən hazırlanıb UNEC Rektoruna təqdim olunacaq. İnanırıq ki, Tədqiqat Mərkəzlərimiz bundan sonrakı fəaliyyətlərində daha gözəl nəticələr əldə edəcəklər".

 

UNEC-in rektoru professor Ədalət Muradov elmi fəaliyyətin stimullaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, elmi tədqiqat mərkəzlərinin yaradılması nəticəsində universitetdə elmi tədqiqatların sayının keyfiyyətinin yüksəldiyini deyir. Rektorun sözlərinə görə, Scopus Web of Science beynəlxalq bazalarında indeksləşən məqalələrin sayının ildən-ilə artır, 2018-ci ildə ölkə üzrə həmin bazalardakı məqalələrin 25 faizi məhz UNEC-in payına düşür bütün bunlar qürur hissi doğuran nəticələrdir.

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2022.- 15 mart.- S.12.