“Ağlayan
qadın” - "Bir rəsmin dedikləri" rubrikası
XX əsr incəsənətinin
ən tanınmış
şəxsiyyətlərindən biri Pablo Ruiz Pikasso 25 oktyabr 1881-ci ildə İspaniyada dünyaya gəlib. Rəssam, heykəltəraş, xoreoqraf, fotoqraf, dizayner kimi fəaliyyət
göstərib və
1907-ci ildə kubizm cərəyanının əsasını
qoyub. Rəssamlığa çox erkən
yaşlarında başlayan
gənc Pikasso rəsm dərslərini atası Xose Ruizdən alıb. Məşhur
əsərləri sırasında
“Avinyonlu qızlar” və İspaniya vətəndaş müharibəsinə
həsr edilmiş “Gernika” əsəri xüsusi qeyd edilir. Adı tarixdə ən
çox öyrənilmiş
şəxsiyyətlər siyahısına
daxil edilib. Pikassonun yaradıcılığı
“Mavi “ və
“Çəhrayı” dövrlərə
bölünür. Kubizm cərəyanına
aid olan rəsm əsərləri tez-tez anlaşılmazlığı və
müəmmalığı ilə diqqət çəkir.
“Bir
rəsmin dedikləri”
rubrikasının budəfəki
qonağı sənətşünas
Gülnar Əsədlidir.
Gülnar xanımla Pikassonun
“Ağlayan qadın” əsəri haqqında danışmışıq.
- Gülnar xanım, “Ağlayan qadın” əsəri necə yaranıb?
- Birinci Dünya
müharibəsi illərinə
qədər rəssam
kubizm cərəyanından
öz yaradıcılığında
peşəkarlıqla istifadə
edib. Bu üslubun ən yüksək zirvəsi isə 1937-ci ildə yaratdığı
“Gernika” əsəridir.
Kubizm üslubunda bu əsər elə həmin il “Ağlayan
qadın” əsərinin
yaranmasına təkan
oldu. Əsərin təməli “Gernika”dan
əvvəl qoyulmuşdu.
Lakin “Ağlayan qadın” əsərində
qadının üzündəki
ağır kədər
və iztirabın “ Gernika” əsərindəki
ağlayan dörd qadını geridə qoyacağını və
onlara nisbətən daha çox diqqət çəkəcəyini
bildiyi üçün
rəssam bu əsəri ayrıca təsvir etmişdi. “Gernika” əsərini
tamamladıqdan sonra rəssam bir neçə ay “Ağlayan
qadın”əsəri üzərində
işləməyib.
- Bildiyimiz qədərilə
ağlayan bu qadın Pikasso yaradıcılığında nə ilk, nə də son qadın idi.
- Bəli, rəssam 1937-ci il 8 iyun-6 iyul
arasında yağlı
boya ilə kətan üzərində
dörd tablo hazırlamışdı. 26 oktyabr 1937-ci ildə isə toplam 36 “Ağlayan qadın” təsvir etmişdi.
- Əsərin rəng
koloriti haqqında nə deyə bilərsiniz?
-Əsərin rəng
koloriti olduqca zəngindir. “Ağlayan
qadın” kədərli
qadının təsvir
edildiyi və kubizm üslubunda olduğu üçün
anlaşılması çətin
olan bir portret əsəridir.
61?50 sm ölçülərində
olan əsər kətan üzərində
yağlı boya ilə təsvir olunub. Əsərin sağ hissəsində
mərkəzə yaxın
bir yerdə Pikassonun imzasını görə bilərik.
Bu əsərin rəng koloriti olduqca parlaq rənglərdən və
qalın cizgilərdən
ibarətdir.
- Rəng koloriti ilə mövzu sanki ziddiyyət təşkil edir. Sizcə, bu məqam nədən
irəli gəlir?
- Əsərdəki kədərlə
rəng koloriti əlaqəsiz görünsə
də, rəssam burada qadın kədərini öz təxəyyülü ilə
təsvir edib. Daha çox
qırmızı və
sarı rənglərin
kubizm üslubu ilə qarşılaşdırılması
rəssamın peşəkarlığını
bizlərə bir daha sübut edir. “Ağlayan
qadın” bütün
ağlayan qadın əsərləri içərisində
ən qarışıq,
ən kədərli, ən rəngli əsər kimi tanınıb.
- Əsərin kompozisiyası
haqqında nə deyə bilərsiniz?
- Əsərin mərkəzində
qarışıq əl,
ağız, dəsmal,
göz yaşı və qadının gözləri böyük
ölçüdə təsvir
edilib. Dəsmalın yuxarı hissəsində
olan gözlər diqqəti daha çox cəlb edir. Burada təsvir edilən
qadının hüznü
və kədəri “Gernika” əsərində olan dörd qadın ilə eyni iztirab və
qarışıq baxış
formasını paylaşır.
Əsərdə qadının həm
kədərli, həm
də fərqli görkəmdə olması
diqqət çəkir.
Diqqətlə fikir versək,
rəngli şlyapa, axan saçları və sağ qulağının üzərində
göz yaşlarını
özünə çəkən
kəpənək təsvir
olunub.
- Əsərdə kimin
təsvir olunmasına
dair məlumat varmı?
- Fərqli mülahizələr
var. Bir qisim təsvir olunan kədərli qadının
“Gernika” əsərində
körpəsi ölmüş
qadının təsvir
edildiyini, başqa bir qisim rəsmin
Məryəm ananın
oğlu İsa Məsihin yasını tutan xristian motivindən yarandığını
deyir. Lakin əsərdə təsvir olunan qadın Pikassonun məşuqəsi Dora Maar
idi. Əslpeşəsi fotoqraf olan
Dora bir dəfə Pikassonun onun üzüntüsündən ilhamlandığını
da etiraf etmişdi.
- Əsərin maraqlı
bir oğurluq hekayəsi də var.
- Pikasso əsəri 1937-ci ildə Roland Penroseya satır. 1969-cu ilin
aprelində “Ağlayan
qadın” əsəri
25 digər rəsmlə
birlikdə Londonda, Penrosenin evindən oğurlanır. Oğurluq böyük
maraq doğurur və BBC-nin 24 saat proqramında bu məsələ ilə bağlı bir sıra araşdırmalar
aparılır. Penrose əsərin onun ən dəyərli varlığı olduğu
və onun rəngləndikdən dərhal
sonra boyası qurumamış 60 və ya 80 min funt-sterlinqə satın aldığını
deyir. Oğurluq haqqında o, Pikassoya
yazaraq bunun qorxunc bir fəlakət
olduğunu bildirir.
Daha sonra iyul ayında
bütün əsərlər
Londonda uğurdulması
plnlaşdırılan bir
evdə işçilər
tərəfindən tapılır.
Kolleksiya
tapılanda, deyilənə
görə, Penrose sevincindən
göz yaşlarını
saxlaya bilmir.
- Hazırda tablo hara saxlanılır?
- Əsər 1987-ci ildən
etibarən Tate Liverpool İncəsənət
qalereyasının qalıcı
kolleksiyasının bir
parçası olaraq mühafizə olunur.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Qadınlar göz yaşlarından güc alar. Lakin o göz yaşlarının səbəbini heç vaxt unutmaz. Onlara güc verən, bəlkə də budur. Buradan anladığımız qadının kədərli göz yaşları içərisində olmasına baxmayaraq, gələcəyin gözəl olmasına ümidi insanlara fərqli yollarla çatdırılıb. Qadınların xarici görünüşü onların daxili aləmindən həmişə fərqli olub.
Aytac SAHƏD
525-ci qəzet .-2022.- 16 mart.- S.20.