Ümumtürk dilləri dialekt və şivələri haqqında sanballı əsər

 

 

Qədim ortaq kökə malik türk dilləri dialekt şivələrinin qarşılıqlı inteqrasiya məsələləri bu günədək türkologiyada, demək olar ki, əsaslı fundamental şəkildə araşdırma obyektinə çevrilməmiş, bu sahədə hələ bəzi problemli məsələlər öz həllini gözləməkdədir. Türk xalqları tarixin müəyyən dönəmlərində bir-birindən ərazi cəhətdən müəyyən qədər uzaq yaşasalar da, öz etnik mənsubiyyətlərinə görə dil, dialekt şivə baxımından bir-birini anlaya bilir dillərinin yaxınlığı ilə eyni kökə mənsub olduqlarını sübut edirlər. Qeyd etmək yerinə düşər ki, ümumtürk dillərinin dialekt şivələrinin hər biri ayrı-ayrılıqda öz ilkinliyinə, miqyasına, tarixi-linqvistik faktlarına görə olduqca zəngindir bu dillərin dialektlərində fonetik, leksik, qrammatik xüsusiyyətlərin hərtərəfli araşdırılması türkologiyanın ən aktual vəzifələrindən biridir.

 

Filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynovanın "Ümumtürk dilləri dialekt şivələrinin qarşılıqlı inteqrasiyası" (Bakı, 2020) kitabı bu baxımdan xüsusi maraq kəsb edir. Müəllif Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq, 20-ci əsrin ikinci yarısından başlayaraq bugünkü dövrümüzə qədər aparılmış tədqiqatları çox diqqətlə nəzərdən keçirir müqayisəli şəkildə həmin tədqiqatları ardıcıllıqla araşdırmaya cəlb edir. Monoqrafiyanın I fəslində Azərbaycan dilçiliyində ümumtürk dilləri dialekt şivələrinin müqayisəli aspektdə tədqiqi məsələlərindən bəhs edən müəllif keçən əsrin 50-ci illərindən türk dillərinin dialekt şivələrində burun samitlərinin mövcudluğunu ilk dəfə akademik Məmmədağa Şirəliyevin müşahidə etdiyini yazır türkologiyada burun samitlərinin tədqiq edilmədiyini nəzərə alaraq bunları əmələ gətirən fonetik şərait, deyiliş yeri haqqında fikir bildirir. M.Hüseynovanın araşdırmalarına əsasən demək olar ki, M.Şirəliyevin həm Azərbaycan, həm digər türkcələrin dialekt şivə materialları üzrə apardığı araşdırmaların hər biri ayrı-ayrılıqda təqdirəlayiqdir. Əsərdə akademik Ağamusa Axundovun da tədqiqatlarına xüsusi diqqət yetirilir. Alimin iki məqaləsində iki problemə dair mülahizə irəli sürülüb: dialekt sistemlərinin bir-birinə münasibəti dialekt sistemlərinin aborigenlərin - ölkənin qədim əhalisinin dil sistemi faktlarına münasibəti. Akademik A.Axundov məqalələrində ümumtürk dilləri dialekt şivələrində mövcud dil hadisələrinə dialektoloqların meyarlarından yanaşmış, inteqrasiya məsələləri üçün əhəmiyyətli fikirlər söyləmişdir ki, bunlarsız sözügedən problemlərin düzgün, elmi dəlillərlə əsaslandırılmış şərhini vermək mümkün deyil. M.Hüseynova Azərbaycanın, o cümlədən, ümumtürk dillərinin dialekt şivələrinin tədqiqində akademik Tofiq Hacıyevin böyük xidmətləri olduğunu qeyd edir yazır ki, ümumtürk dillərinin dialekt şivələrinin qarşılıqlı inteqrasiya məsələlərinin tədqiqində T.Hacıyevin "Cəbrayıl şivəsi" monoqrafiyası ciddi əhəmiyyət kəsb edir.

 

Ümumtürk dilləri dialekt şivələrinin tədqiqi tarixində görkəmli türkoloq Fərhad Zeynalovun da müstəsna xidmətlərini nəzərə çatdıran müəllif bu barədə yazır ki, professor F.Zeynalov "Türkologiyanın əsasları" əsərində ümumtürk dilləri dialekt şivələrinin əmələ gəlməsi, inkişafı, təsnifi, tədqiqi onları səciyyələndirən leksik, fonetik, qrammatik əlamətlər barədə məlumatlar verərək, türk dillərinin qəbilə, tayfa, tayfa birlikləri, xalq milli ədəbi dillərə yüksələnə qədərki inkişaf mərhələlərinin dolğun bir şəkildə inkişafını izləyə bilib. Kitabda qeyd olunur ki, F.Zeynalov ümumtürk dilinin dialekt şivələrinin tədqiqatçısı kimi, türkdilli xalqların dialekt şivələrini bir-birindən fərqləndirən spesifik cəhətləri fonetik, leksik qrammatik cəhətləri şərh edib.

 

Ümumtürk dilləri dialekt şivələrinin müqayisəli təhlili professor Həsən Mirzəyevin yaradıcılığında xüsusi yer tutur. Onun uzun illər apardığı araşdırmalar nəticəsində Qərbi Azərbaycanın Dərələyəz mahalının toponimlərinin dialektlərinin toplanılması kimi mühüm həyata keçirilmiş, məhz Həsən Mirzəyevin fəaliyyəti nəticəsində dialekt şivələrimizin öyrənilməsi xalqımızın dil tarixi, dilimizin arxaik leksik qatı, eləcə dilçiliyimizin qohum türk dilləri ilə əlaqəsi ətraflı şəkildə araşdırılaraq monoqrafiya şəklində nəşr edilmişdi. Monoqrafiyada H.Mirzəyev Dərələyəz şivələri üçün səciyyəvi olan bir çox fonetik leksik xüsusiyyətləri üzə çıxarmış, onun dialekt şivələrimiz içərisində yerini, mövqeyini müəyyənləşdirmişdi.

 

M.Hüseynova, haqlı olaraq, professor H.Mirzəyevin Dərələyəz mahalının şivə sözlərinə həsr etdiyi tədqiqatı bütöv sistemli araşdırma kimi qiymətləndirir. Professor H.Mirzəyev Dərələyəz mahalı şivələrində qohum türk dilləri ilə paralellik təşkil edən şivə sözlərini müqayisəli şəkildə araşdırmaqla türkologiyamızda dilimizin tarixinin gizli şivələrini üzə çıxarıb. Onu da nəzərə almalıyıq ki, Dərələyəz mahalına aid olan şivə sözlərini əhatə edən, bu sözlərin mənalarının dəqiq izahını verən bir lüğətə böyük ehtiyac var idi.

 

M.Hüseynovanın tədqiqatında professor Elbrus Əzizovun bu sahəyə aid çoxlu sayda məqalə, monoqrafiya dərs vəsaiti yazdığını qeyd edərək yazır ki, onun "Azərbaycan dilinin tarixinin leksikologiyası" adlı dərsliyi xüsusi əhəmiyyət kəsb edir. Tədqiqatçı alim əsərin müvafiq bölmələrində ümumtürk dilləri dialekt şivələrinin fonetik, leksik qrammatik xüsusiyyətləri barədə müqayisələrə geniş yer ayıraraq, maraqlı fikirlər söyləyib.

 

Müəllif əsərində dialektoloq Bayram Əhmədovun tədqiqatlarına da xüsusi yer verib. B.Əhmədov "Azərbaycan dili söz yaradıcılığında sadələşmə meyli" adlı dərs vəsaitində şivə sözlərinin tarixi-etimoloji təhlilini verərək, Azərbaycan dili ilə bərabər, türk, qaraçay-balkan, kumuk, karaim, Krım tatarları, noqay, başqırd, altay, tatar, çuvaş sair türkcələrin ədəbi dil ya dialekt materiallarına da müraciət edib, olduqca əhəmiyyətli mənbələrdən istifadə edərək qənaətlərini əsaslandırıb.

 

Monoqrafiyada pofessor İsmayıl Kazımovun, Məhərrəm Məmmədlinin, Hüseyn Əsgərovun, Əzizxan Tanrıverdiyevin, Buludxan Xəlilovun, Kamil Bəşirovun yaradıcılığında ümumtürk dialekt şivələrinin müqayisəli təhlili, həmçinin, qarşılıqlı inteqrasiya məsələlərindən bəhs edilir, məqalə əsərləri təhlil olunur.

 

M.Hüseynova "Azərbaycan dilinin qərb qrupu dialekt şivələri", "Naxçıvan MSSR-in dialekt şivələri" əsərlərinin təhlilini verib, ümumtürk dilləri dialekt şivələrinin müqayisəli aspektdə tədqiqində dialektoloji lüğətlərin elmi əhəmiyyətini əsaslı nümunələrlə şərh edib. Müəllif ümumtürk dillərində bəzi yemək adlarının tarixi-etimoloji təhlilini aparıb.

 

II fəsildə ümumtürk dialekt şivələrinin qarşılıqlı inteqrasiyasını təhlil süzgəcindən keçirən M.Hüseynova III fəsildə ümumtürk dilləri dialekt şivələrinin qarşılıqlı inteqrasiyasını Azərbaycan, türk, qırğız, qumuq, yakut, kaşğar, özbək, karaim, şor, tuva, türkmən s. dillərin dialekt şivələri əsasında əhatəli olaraq daha dərindən araşdırıb, sonrakı fəsillərdə uyğunlaşdırılmış sözlərin fonetik, morfoloji xüsusiyyətlərini müqayisəli şəkildə tədqiq edib, leksik-semantik yöndə izahlar verib.

 

Ümumtürk leksik bazası əsasında müxtəlif peşələrlə bağlı leksik vahidləri, tayfa, nəsil adlarını, qohumluq münasibətini bildirən sözləri, təsərrüfat, atçılıq terminlərini və onların ümumtürk dillərinin dialektlərinə qarşılıqlı inteqrasiyasını, həmçinin toy mərasimi leksikası və onların ümumtürk dillərinin dialektlərində qarşılıqlı əksini zəngin nümunələr əsasında şərh edən müəllif qədim və müasir türk ləhçələrində yemək və içki adlarını, habelə söz-cümlə modelli onomastik vahidləri də nəzərdən qaçırmayıb. Monoqrafiyada uyğunlaşdırılmış sözlərin fonetik, qrammatik, leksik-semantik yöndə tarixi-genetikstruktur-funksional xüsusiyyətləri zəngin dialektolojitürkoloji mənbələr əsasında ustalıqla nəzərdən keçirilib.

 

Müəllif əsərində türk dilləri dialektlərinin (Oğuz və Qıpçaq qrupu) buya digər türk dillərinin ədəbi dillərə inteqrasiyasında əsas rol oynayan dialektləri müəyyənləşdirib və bununla qədim türk protodilləri rekonstruksiya edilib.

 

Professor Mahirə Hüseynovanın Azərbaycan dilçiliyində ümumtürk dillərinin dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi və qarşılıqlı inteqrasiyasına həsr etdiyi "Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası" (Bakı, 2020) adlı bu kitab ümumtürk dialekt və şivələrimizin fonetik, leksikqrammatik yaxınlığı, oxşar və fərqli cəhətləri, onların qarşılıqlı inteqrasiyası barədə son dövrdə yazılmış çox qiymətli əsərdir.

 

Türkoloji dilçiliklə bağlı tədqiqat aparan hər bir şəxs bu kitabdan bəhrələnə bilər.

 

 

İbrahim BAYRAMOV,

Filologiya elmləri doktoru, professor

525-ci qəzet.- 2022.- 17 mart.- S.12.