Ümumtəhsil məktəblərinin
şagirdləri üçün resurs dəstləri
MÜŞAHİDƏLƏR
BU ÖYRƏDİCİ RESURSLARIN TƏDRİS
MÜHİTİNƏ MÜSBƏT TƏSİRİNDƏN
XƏBƏR VERİR
Tədrisin səmərəliliyini artırmaq,
öyrənməni inteqrasiya
etmək və öyrənilənlərin etibarlılığını
və davamlılığını
təmin etmək məqsədilə dərsliklərlə
yanaşı, tədris
prosesində digər öyrədici resurslardan da istifadə məqsədəuyğun hesab
olunur. Bunu nəzərə alaraq Təhsil Nazirliyi tərəfindən 2021-2022-ci tədris
ilində pilot olaraq ölkənin 27 şəhər
və rayonunun seçilən ümumtəhsil
məktəblərinə dərsliklərlə
yanaşı, resurs dəsti təqdim edilib. Bura lövhə
üçün transporter, kəsmə əlifba, həndəsə taxtası,
şəkilli hərf
kartlar, ədəd və kəsr kartları, 100-lük kartlar,
ölçü vahidləri,
top, idman bayraqları,
şar, fit, qayçı,
vatman kağızı,
müxtəlif rəngli
təbaşir, marker, markerlə
yazılan lövhə,
təbaşirlə yazılan
lövhə və sair daxildir.
Ümumilikdə 45000-ə yaxın I sinifdə
təhsil alan
şagird bu resurs dəstlərindən
yararlanıb. Göstərilən resurslar fənlərin tədrisində müəllim
üçün köməkçi
vasitə rolunu oynamaqla yanaşı, şagird fəaliyyəti üçün də çox əhəmiyyətlidir.
Təqdim olunan resurs dəstinin təlimin keyfiyyətinə təsirinin
qiymətləndirilməsi məqsədilə
Azərbaycan Respublikasının
Təhsil İnstitutu
(ARTİ) tərəfindən xüsusi seçim əsasında müəyyənləşdirilən
məktəblərdə aparılan
tədqiqatda sorğu,
qiymətləndirmə və
müşahidə metodlarından
istifadə edilib.
ARTİ-nin Elmi-pedaqoji Tədqiqatlar Mərkəzinin
direktoru İlham Cavadov deyir ki,
tədqiqat zamanı ilkin olaraq öyrədici
resurs dəsti verilmiş məktəblərdə
dərs deyən 904 nəfər ibtidai sinif müəllimi ilə "Google Forms"-da
onlayn sorğu keçirilib. Sorğuda iştirak edən ibtidai sinif müəllimlərin
98 faizi ümumtəhsil
məktəblərinə təqdim
olunan öyrədici resursların pedaqoji prosesin təşkili üçün mövcud
ehtiyacları ödədiyini,
94 faizi öyrənmə
mühitinə müsbət
təsir göstərdiyini
və təhsilin keyfiyyətinin yüksəlməsinə
imkan yaratdığını,
91 faizi isə şagirdlərin dərsə marağının
artmasına səbəb
olduğunu bildiriblər:
"Statistik göstəricilərdən
aydın olur ki, sorğuda iştirak edən ibtidai sinif müəllimləri
öyrədici resursların
təlim prosesində səmərəli nəticələrin
əldə olunmasına
kömək etdiyi qənaətindədirlər. Onların 96 faizi
öyrədici resurslardan
daha çox dərsin motivasiya, tədqiqatın aparılması,
qiymətləndirmə və
refleksiya mərhələsində
istifadə etdiklərini
bildirib. İbtidai sinif
müəllimlərinin 99 faizi
dərs prosesində öyrədici resurslardan istifadənin şagirdlərdə
idrak fəallığının
artmasına, 92 faizi isə kiçik motorikanın inkişafına
müsbət təsir
göstərdiyini qeyd
edib. Təhsil daim inkişaf edən, fasiləsiz bir proses olduğundan
məktəblərə təqdim
olunan öyrədici resursların da fasiləsiz olaraq yenilənməsi diqqət
mərkəzində olmalıdır.
Bu, sorğunun nəticələrində də
öz əksini tapıb. Belə ki, sorğu
iştirakçılarının 97 faizi resursların mütəmadi olaraq yenilənməsinin təlimin
keyfiyyətinə müsbət
təsir göstərdiyini
bildirib. Sorğuda iştirak
edən ibtidai sinif müəllimlərinin
98 faizi təqdim olunan öyrədici resursların məzmunun mənimsədilməsinə müsbət
təsir etdiyini, 96 faizi isə bu resursların məktəblərdə əlçatan
olduğunu deyib.
Daha sonra öyrədici resurs dəsti verilib 85 məktəbdə təhsil
alan 3600 nəfər, öyrədici
resurs dəsti verilməyən 55 məktəbdə
təhsil alan 1362 nəfər I sinif şagirdi ilə Azərbaycan dili, rus dili (təlim
rus dilində) və riyaziyyat fənlərindən qiymətləndirmə
aparılıb".
İlham
Cavadovun sözlərinə
görə, Azərbaycan
dili və rus dili (təlim
rus dilində) fənlərindən aparılan
qiymətləndirmənin statistik
göstəricilərdən məlum olur ki, resurs dəsti
verilən məktəblərdə
təhsil alan şagirdlərin 87,5 faizi, resurs dəsti
verilməyən məktəblərdə
təhsil alan şagirdlərin isə 60
faizi verilən şəkilə uyğun sözlərin ilk hərfini
düzgün müəyyənləşdirib.
Resurs dəsti verilməyən məktəblərdə
təhsil alan
şagirdlərin 40 faizi
verilən şəkilə
uyğun sözlərin
ilk hərfini müəyyənləşdirə
bilməyib. Resurs dəsti verilən məktəblərdə təhsil
alan şagirdlərin
64,2 faizi, resurs dəsti verilməyən məktəblərdə
təhsil alan şagirdlərin isə 54
faizi hecalara ayırma və hecalarla oxu bacarıqlarına
yiyələndiyi müəyyən
edilib. Resurs dəsti verilməyən məktəblərdə oxuyan
I sinif şagirdlərinin
46 faizinin bu bacarıqlara çox zəif yiyələndiyi aşkar olunub: "Resurs dəsti verilən məktəblərdə
təhsil alan şagirdlərin 68,15 faizi, resurs dəsti
verilməyən məktəblərdə
təhsil alan şagirdlərin isə
54,4 faizi sait səsləri düzgün
müəyyənləşdirib. Resurs dəsti verilməyən məktəblərdə
oxuyan I sinif şagirdlərinin 45,6 faizi sait səsləri
düzgün müəyyənləşdirməyib.
Resurs dəsti verilən məktəblərdə
təhsil alan şagirdlərin 55,85 faizi, resurs dəsti
verilməyən məktəblərdə
təhsil alan şagirdlərin isə
46,2 faizi hərflərin
əlifba sırasına
görə ardıcıllığını
düzgün müəyyən
ediblər. Resurs dəsti verilən məktəblərdə təhsil
alan şagirdlərlə
müqayisədə resurs
dəsti verilməyən
məktəblərdə oxuyan
şagirdlərin 53,8 faizi hərflərin əlifba sırasına görə ardıcıllığını
düzgün müəyyənləşdirməyib.
Resurs dəsti verilən məktəblərdə
təhsil alan şagirdlərin 66,6 faizi, resurs dəsti
verilməyən məktəblərdə
təhsil alan şagirdlərin isə
47,3 faizi verilən şəkillərə əsasən
sait və samit səslərin ardıcıllığını düzgün müəyyənləşdirib.
Resurs dəsti verilən məktəblərlə
müqayisədə resurs
dəsti veyilməyən
məktəblərdə oxuyan
şagirdlərin 52,7 faizi verilən tapşırığı düzgün
cavablandırmayıblar. Riyaziyyat
fənni üzrə aparılan tədqiqatdan məlum olur ki, formaca uyğun
əşyaların ardıcıllığına
görə tapılmasına
dair tapşırığı
öyrədici resurs dəsti verilən məktəblərdə təhsil
alan şagirdlərin
70,3 faizi, resurs dəsti verilməyən məktəblərdə
təhsil alan şagirdlərin isə
57,1 faizi formasına görə uyğun əşyaları düzgün
tapmışdır. Resurs
dəsti verilməyən
məktəblərdə oxuyan
I sinif şagirdlərinin
42,9 faizi bu tapşırığı
düzgün icra etməyib".
Mərkəz direktoru qeyd edib ki, sayma
bacarığının müəyyənləşdirilməsi
üçün verilən
tapşırığı öyrədici resurs dəsti verilən məktəblərdə təhsil
alan şagirdlərin
71,7 faizi, resurs dəsti verilməyən məktəblərdə
təhsil alan şagirdlərin isə
58,5 faizi düzgün
cavablandırıb. Resurs
dəsti verilməyən
məktəblərdə oxuyan
I sinif şagirdlərinin
41,5 faizi sualı düzgün cavablandırmayıb. 10 dairəsində
ədədlərin ardıcıllığının
müəyyənləşdirilməsinə
dair tapşırığı
resurs dəsti verilən məktəblərdə
təhsil alan şagirdlərin 59,2 faizi, resurs dəsti
verilməyən məktəblərdə
təhsil alan şagirdlərin isə
49,8 faizi düzgün
cavablandırıb. Resurs
dəsti verilməyən
məktəblərdə oxuyan
I sinif şagirdlərinin
50,2 faiz bu tapşırığı
düzgün yerinə
yetirməyib: "Həndəsi
fiqurları tanımaya
dair verilmiş sualı öyrədici resurs dəsti verilən məktəblərdə
təhsil alan şagirdlərin 73,1 faizi,
resurs dəsti verilməyən məktəblərdə
təhsil alan şagirdlərin isə
66,5 faizi düzgün
cavablandırıb. Öyrədici
resurs dəsti verilməyən məktəblərdə
oxuyan I sinif şagirdlərinin 33,5 faizi sualı düzgün cavablandırmayıb.
Verilən həndəsi
fiqurların ardıcıllığının
müəyyənləşdirilməsinə
dair tapşırığı
resurs dəsti verilən məktəblərdə
təhsil alan şagirdlərin 87,1 faizi, resurs dəsti
verilməyən məktəblərdə
təhsil alan şagirdlərin isə
69,6 faizi düzgün
cavablandırıb. Resurs
dəsti verilməyən
məktəblərdə oxuyan
I sinif şagirdlərinin
30,4 faizi bu sualı düzgün
yerinə yetirməyib.
Eyni zamanda tədqiqat çərçivəsində öyrədici resurs dəsti verilən 85 ümumtəhsil məktəbində
166 nəfər ibtidai
sinif müəlliminin
dərsi dinlənilib".
Dərslərin müşahidəsi zamanı şagirdlərin 72 faizinin ölçü vahidlərindən sərbəst istifadə etdiyi aşkar edilib: "Müşahidələr zamanı şagirdlərin 82,6 faizinin ədəd kartlarından, 52,5 faizinin isə 100-lük kartlarından dərsdə istifadə etdiyi məlum olub. Şagirdlərin dərsdə ədəd kartlarından və 100-lük kartlardan istifadə etməsi onların ədədləri tanıma, müqayisəetmə bacarıqlarını inlişaf etdirir. Ədədlərin onluq və təklik tərkibə ayrılması, hesab əməllərinin yerinə yetirilməsi bacarıqlarının formalaşmasında xüsusi əhəmiyyət kəsb edir. Tədqiqatdan məlum olur ki, şagirdlərin 92,15 faizi dərsdə topdan istifadə edir. Bu da onlarda kiçik motorikanın inkişafına müsbət təsir göstərir".
Müşahidələrdən alınan nəticələr göstərir ki, müəllimlərin 97 faizi resursları seçərkən onların təlim nəticələrinə uyğunluğunu, şagirdlərə məzmunu rahat mənimsəməkdə yardımçı olmasını və bu vasitələrin təlimin məqsədinə cavab verməsini nəzərə alır: "Müəllimlərin 99 faizi dərsin hər mərhələsinə uyğun müxtəlif resurslardan məsələn, motivasiya mərhələsində şəkil, sxem, cədvəl və s. tədqiqatın aparılması mərhələsində isə vatman kağızı, tapşırıqlar yazılan vərəqlər, rəngli markerlər və sairdən istifadə etməklə şagirdlərə fərqli resurslarla işləmək imkanı yaradır. Statistik göstəricilərə əsasən, müəllimlərin 99 faizi resursları seçərkən yalnız məzmunun mənimsənilməsini deyil, həmçinin, şagirdlərin marağını və sinfin səviyyəsinə uyğunluğunu nəzərə alır. Nəticələr göstərir ki, müəllimlərin 85 faizi şagirdlərdə kiçik motorikanın inkişaf etdirmək üçün "Qayçı ilə iş", "Top oyunları" və sair kimi müxtəlif üsullardan, resurs olaraq isə qayçı, rəngli kağız, karandaş, yapışqan, kiçik əl toplarından istifadə edir. Bu da şagirdlərin əl bacarıqlarını inkişaf etdirir, onların məntiqi düşüncəsini, diqqət və yaddaşını artırır. Araşdırmalar əsasında müəyyən edilib ki, müəllimlərin 96 faizi təqdim olunan resursların sinifdəki bütün şagirdlərin istifadəsini təmin edir. Bu da şagirdlərin öyrənmə imkanlarını genişləndirir, resurslarla müstəqil işləmə, verilən tapşırığı sərbəst və rahat şəkildə yerinə yetirmə bacarıqlarını inkişaf etdirir. Müşahidələrin nəticələrinə əsasən demək olar ki, müəllimlərin 99 faizi dərslərin təşkilində təqdim olunan resurslardan təlim məqsədinə uyğun istifadə etdiyindən şagirdlərin idrak fəallığı artır. Keçirilən sorğunun, I sinif şagirdləri ilə aparılan qiymətləndirmənin və müşahidə edilən dərslərin təhlilindən əldə olunan məlumatlar onu deməyə əsas verir ki, dərsdə müxtəlif çeşidli öyrədici resurslardan istifadə olması yüksək keyfiyyətin təminatı, şagirdlərin şəxsiyyət kimi formalaşmasının, həyati bacarıqlara yiyələnməsinin təkanvericisi qüvvədir. Mövcud resursların çeşidlərinin artırılmasının daim diqqət mərkəzində saxlanılması, məktəblərə təqdim edilən resursların tərkibcə zənginləşdirilməsi məqsədəuyğun hesab olunur".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 18 mart.- S.13.