"Repressiya qurbanlarının maarifçilik ideyaları"na elmi baxış

 

Bütün dövrlərdə xalqda milli mənlik şüurunu oyatmaq əhəmiyyətli bir vəzifə olub. Bu məqsədlə gənc nəslin tərbiyəsində keçmiş təcrübədən, soykökümüzün pedaqoji irsindən istifadə etmək, milli kökə, xalq ruhuna bağlı olan şəxsiyyətlər yetişdirmək aktuallıq kəsb edib, böyük əhəmiyyət daşıyıb. Bu baxımdan xalqımızın bir çox görkəmli ictimai xadim ədəbi simalarının irsi fəaliyyəti bu sahədə əhəmiyyətli nümunəyə çevrilib. Görkəmli ədəbi simalarımız olan Firidunbəy Köçərlinin, Ömər Faiq Nemanzadənin, Hüseyn Cavidin, Salman Mümtazın,Yusif Vəzir Çəmənzəminlinin, Hənəfi Zeynallının, Seyid Hüseynin, Tağı Şahbazi Simurğun pedaqoji irslərinin öyrənilməsi bu baxımdan yüksək əhəmiyyət kəsb edir.

Fikrimizcə, hər hansı bir tarixi şəxsiyyətin dünyagörüşünə düzgün qiymət vermək üçün tədqiqatda bir neçə şərtə riayət edilməlidir. Hər şeydən əvvəl, tarixi şəxsiyyətin - pedaqoqun, filosofun, siyasi xadimin, ədibin, şairin ya başqalarının dünyagörüşü yaşadığı dövrün iqtisadi sosial-siyasi şəraiti ilə qırılmaz əlaqədə götürülməlidir. Bunsuz şəxsiyyətin dünyagörüşünün elmi tədqiqindən bəhs etmək çətindir. Sonra şəxsiyyətin dünyagörüşü öz dövrünün bütün elmi-pedaqoji, fəlsəfi, ideoloji görüşləri sistemində öyrənilməli, dövrün bütün başlıca ideya-fəlsəfi cərəyanları fonunda tədqiq edilməli bu yolla onların dünyagörüşünün tarixi yeri müəyyənləşdirilməlidir. Bu mənada Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqogika elmləri doktoru Kamal Camalovun "Repressiya qurbanlarının maarifçilik ideyaları" adlı monoqrafiyası olduqca əhəmiyyətli, qeyd edilən kriteriyalara uyğun ərsəyə gəlmiş, aktual mövzuya həsr edilən ciddi bir elmi əsərdir. Pedaqogika elmləri doktoru Kamal Camalovun monoqrafiyasında Azərbaycan məktəb pedaqoji fikir mədəniyyətinin görkəmli xadimləri olan Firidunbəy Köçərlinin, Ömər Faiq Nemanzadənin, Hüseyn Cavidin, Yusif Vəzir Çəmənzəminlinin Tağı Şahbazi Simurğun pedaqoji görüşləri geniş təhlil obyektinə çevrilib. Əsərdə bu görkəmli şəxsiyyətlərin əxlaqi fikirləri, elm, maarif təhsil haqda fikirləri, ictimai ideyaları, ana dili haqqında qayğıları, müəllim müəllim hazırlığı haqqında tələbləri tədqiq təhlildən keçirilib, sərf-nəzər edilib.

 

Azərbaycan məktəb pedaqoji fikrinin inkişafı tarixində böyük rol oynamış repressiya qurbanları olan bəzi ziyalılarımızın, o cümlədən, ədəbi şəxsiyyətlərimizin pedaqoji ideyalarını araşdırmaq olduqca əhəmiyyətli aktual məsələdir. Adlarını qeyd etdiyimiz Firidunbəy Köçərli, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Salman Mümtaz, Tağı Şahbazi Simurğ, Hənəfi Zeynallı, Seyid Hüseyn digər bu kimi milli ziyalılar xalqın gələcək taleyinin böyüyən nəslin məqsədəmüvafiq vətəndaşlıq tərbiyəsindən çox asılı olduğunu aydın dərk edirdilər. Bu baxımdan bu görkəmli şəxsiyyətlər həm fikirlərində alovlu maarifçilik ideyalarını səsləndirmiş həm xalqın maariflənməsi yolunda fədakarlıqla çalışmışlar. Fikrimizcə, bu böyük mütəfəkkirlərin: "Hər bir millət üçün nicat yolu balaca uşaqları məktəbə aparıb tərbiyə vermək ilə əmələ gəlir. Əgər belə olmasa heç bir şey fayda bağışlamayacaq", - deyə irəli sürdükləri təkcə bir ideya, bir fikir onların Azərbaycan pedaqoji fikir tarixində dərəcədə mühüm bir yerə sahib olduqlarını göstərir bu baxımdan da xalqımızın pedaqoji fikir nümayəndələri sırasına daxil etməyə tam əsas verir.

 

Belə hesab edirəm ki, Kamal Camalovun "Repressiya qurbanlarının maarifçilik ideyaları" adlı monoqrafiyası aktual olan bir mövzuya həsr olunduğundan əhəmiyyətlidir, xalqımızın inkişafı oyanışında görkəmli xidmətləri olan repressiya qurbanlarının ruhuna ehtiramın bir ifadəsidir. Adıgedən monoqrafiyada repressiya qurbanlarının vətəndaşlıq ideyaları fəaliyyəti elmi-pedaqoji aspektdən təhlil edilmiş, yaradıcılıqlarındakı vətəndaşlıq ideyalarının müasir dövr üçün əhəmiyyəti göstərilib həmçinin, vətən fədailərinin yaradıcılığındakı milli düşüncə vətəndaşlıq ideallarının təcəssümü müəllif tərəfindən uğurla səciyyələndirilib.

 

Monoqrafiyada böyük maarifçilərin həyatı, yaradıcılığı maarifçilik ideyalarının yeri rolundan bəhs edilir. Tədqiqatçı vətənpərvərlik duyğuları ilə zəngin olan nakam maarifçilərin tarixin çarxını yeni yola salmasından, dünyanı çirkablardan təmizləməsindən, yer üzünə yeni baxış, yeni düşüncə, azadlıq səadət gətirmək uğrunda yorulmaz fəaliyyətlərindən, dönməz mücadilələrindən danışır. Həmçinin, Firidunbəy Köçərli, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Tağı Şahbazi Simurğ digər nəhəng fikir adamlarının məsuliyyətli ömür yollarından, Vətənin istiqlalı naminə maarif elm səngərində keçən mübarizə xidmətlərindən söz açır. Bu görkəmli şəxsiyyətlərin ictimai həyatda həmişə azərbaycançılıq mövqeyində dayanan böyük müdafiəçisi olmalarından da aydın dillə bəhs edilib.

 

 

 

Monoqrafiyada tədqiqatçı tərəfindən repressiya qurbanlarının fikirləri vətəndaş mövqeyi şəxsi ləyaqət məsələsi, azərbaycanlılıq xarakteri, əsl insana məxsus mənəvi keyfiyyətlər əqidə sahibi olmaq cəhətindən təsnif edilərək tədqiq olunub. Ən başlıcası isə, bu görkəmli ziyalıların fikirlərindəki Azərbaycan torpağının hər qarışının belə dünyada hər şeydən qiymətli əziz, müqəddəs olduğunu, vətən xalq sevgisini inama, məfkurəyə, ideala, amala çevirmək yolunda maarifçilik xidmətlərini təhlildən keçirmək qarşıya qoyulan əsas məqsədə çevrilib.

 

Fikrimizcə, pedaqogika elmləri doktoru, Əməkdar müəllim Kamal Camalov repressiya qurbanlarının yaradıcılığında vətəndaşlıq tərbiyəsinin aşılanması ideyasının əsl ruhunu tuta bilib, bu ideyaların bu gün istifadə üçün aktual olduğunu elmi dəlillərlə sübut edib, həmçinin, onların yaradıcılığındakı ictimai-mədəni şəraiti səciyyələndirib, vətəndaşlıq tərbiyəsində nəzərə alınması məsələləri eləcə tərbiyə sistemində psixoloji-pedaqoji xüsusiyyətləri elmi-pedaqoji aspektdən təhlil obyektinə çevirməyi bacarıb.

 

Monoqrafiyada, həmçinin, repressiya qurbanlarının ailə tərbiyəsi haqqında fikirləri müvəffəqiyyətlə işlənib. Xüsusilə, ailə tərbiyəsinin xüsusiyyətləri, ailədə ananın müstəsna rolu barədə Hüseyn Cavidin, Yusif Vəzir Çəmənzəminlinin ideya görüşlərinin düzgün ümumiləşdirilməsi Kamal müəllimin həm mövzuya yaxından bələd olduğuna, həm müasir pedaqogika elmini lazımi səviyyədə bildiyinə dəlalət edir. Müəllif haqlı olaraq vurğulayır ki, bu görkəmli ziyalılar ailə tərbiyəsi, estetik tərbiyə, əmək tərbiyəsi sair məsələlərə geniş yer vermişlər. Hüseyn Cavidin Yusif Vəzir Çəmənzəminlinin əsərlərindəki fikirlərinin təhlili göstərir ki, milli mədəniyyətimizin bu görkəmli nümayəndələri tərbiyə tərəqqi işində ailəyə çox böyük diqqət vermiş onun möhkəmləndirilməsini cəmiyyətin mütərəqqi inkişafı üçün zəruri hesab etmişlər. Repressiya qurbanları haqlı güman etmişlər ki, ailə münasibətləri, eləcə qadına qarşı münasibətlər qaydaya düşərsə, cəmiyyətdə baş verən bir sıra pozğunluqların qarşısını almaq mümkün olacaqdır. Düzdür, Cavid Çəmənzəminlidən fərqli olaraq yaradıcılığının ilk illərində qadınların çadraya örtünməsi, bürünməsi tərəfdarı olsa da ("Pənbə çarşaf" şeirində olduğu kimi), çox çəkmir ki, bu ideyanın qəti əleyhinə çıxır qadınların çadradan birdəfəlik uzaqlaşacağının çox yaxında olduğunu da hiss edir. Həmçinin, "Maral" əsərində xanımların açıq gəzməsində "heç bir məhzur" görməyən Hüseyn Cavid bununla bərabər, "əcnəbilərdə olan mənasız sərbəstliyə əsla tərəfdar" olmayıb.

 

Monoqrafiyada ailə tərbiyəsində özülü qoyulan, cəmiyyətdə möhkəmlənən vətəndaşlıq kredosu, ailədə vətəndaşlıq tərbiyəsinə hazırlıq işinin imkan və yolları məsələləri də tədqiqatçı tərəfindən bacarıqla araşdırılıb. Tədqiqatçı Kamal Camalov mənəvi tərbiyənin əhəmiyyətini, təsvirini, təşəkkülü və inkişafını repressiya qurbanlarının görüşü baxımından təhlil edib, gənclərin milli ruhda tərbiyəsi məsələlərini, həmin tərbiyəvi örnəklərin rolunu elmi əsaslarla müəyyənləşdirib. Burada da tədqiqatçı böyük mütəfəkkirlərin əxlaq tərbiyəsi, əmək tərbiyəsi, böyüyən nəslin vətənpərvərlik tərbiyəsi, dostluq-yoldaşlıq tərbiyəsi haqda fikirlərindən müasir pedaqoji mühitdə müvəffəqiyyətlə istifadə oluna biləcəyini inandırıcılıqla əsaslandıra bilib. Tədqiqatçı haqlı olaraq əbədiyaşar sənətkarların tərbiyəyə dair fikirlərində vətənpərvərlik ideyasının aparıcı yer tutduğu qənaətinə gəlib. Firidun bəy Köçərlinin, Ömər Faiq Nemanzadənin, Hüseyn Cavidin, Yusif Vəzir Çəmənzəminlinin və Tağı Şahbazi Simurğun satqınlığa, xəyanətkarlığa qarşı mübarizəsinin əsasında uşaqlara, yeniyetmələrə, gənclərə düzgün əqli və əxlaqi tərbiyə verilməsinin zəruriliyi ideyasının doğurduğunu söyləməkdə də tədqiqatçı haqlıdır. Müəllif Kamal Camalov yazır ki, repressiya qurbanlarına görə tərbiyənin məqsədi saf əxlaqa malik, əqlli, kamil, vətənpərvər insan tərbiyə etməkdir. İnsan adını yüksək tutan, ən ülvi hisslərlə ona ehtiram bəsləyən humanist nasir və şairlər insanlıq borcunu yerinə yetirmək üçün onun tərbiyə olunmasının zəruriliyini irəli sürmüşlər.

 

Ümumiyyətlə, əsər elmi üslubu ilə seçilən, aydın, səlis, oxunaqlı bir dillə yazılmış bitkin, mükəmməl monoqrafiyadır. Fikrimizcə, Kamal Camalov "Repressiya qurbanlarının maarifçilik ideyaları" adlı monoqrafiyasında qarşısına qoyduğu məqsəd və vəzifələri tam yerinə yetirib, Azərbaycan məktəb və pedaqoji fikir tarixində repressiya qurbanlarının özünəməxsus əhəmiyyətli yer tutduğunu müvəffəqiyyətlə sübut edib.

 

 

Əbülfəz QULİYEV

AMEA-nın müxbir üzvü

 

525-ci qəzet.- 2022.- 19 mart.- S.21.