Milli Kitabxanada Bahar sərgisi

 

Novruz bayramı xalqımızın əsrlər boyu qeyd etdiyi bir bayramdır. Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir. Tədqiqatçılar Novruz bayramının məhz yaxın şərqin qədim əkinçiliklə məşğul olan xalqlar arasında meydana gəldiyini söyləyirlər. Təbiətin, həyatın oyanması Novruzdan başlanır.

Novruz bayramı münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Yurdumuza bahar gəlir" adlı virtual sərgi açılıb.

Kitabxanadan 525.az-a bildirilib ki, virtual sərgidə Novruz bayramı haqqında məlumatlar, fotolar, Novruz adət-ənənələri, çərşənbələr, Novruz deyimləri s. haqqında kitab dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Azərbaycan xalqı yeni ilin, yeni günün - Novruzun gəlişini ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi Torpaq çərşənbəsi qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su su mənbələri təzələnir hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel nəhayət dördüncü çərşənbədə təbiət oyanır bu, baharın gəlməsindən xəbər verir.

 

525-ci qəzet.- 2022.- 19 mart.- S.13.