Yaddaşlara köçən şair

 

UNUDULMAZ ƏNVƏR ƏHMƏDİN XATİRƏSİNƏ

 

 

İmzası özü qədər hamıya yaxın, doğma olan gözəl şairimiz Ənvər Əhmədin itkisi təkcə Ağcabədi adlı bir elin deyil, bütöv Qarabağımızın, müasir Azərbaycan poeziyasının itkisidir. Uzun müddət bu itki hamımızı için-için göynədəcək. Lirik, kövrək Ənvər Əhməd şeiri daha onun şirin, şairanə dilindən səslənməyəcək. Onları ancaq mətbuat səhifələrində, kitablarında oxuyacağıq.

O ağrılı gündən, Ənvər Əhməd dünyasının dəyişməsindən qırx gün keçdi. Beləcə, bir sənət fədaimiz də əbədi dünyanın əbədi sakini oldu.  Bənzərsiz özünəməxsuz yaradıcılığı, poetik sanbalı Ənvər Əhmədin istedatlı, geniş oxucu auditoriyalı bir şair kimi ədəbiyyatımızda yerinirolunu çoxdan müəyyən etmişdi. Bu baxımdan ədəbiyyatımızın və milli mücadiləmizin korifeylərindən biri olan Xəlil Rza Ulutürkün onun haqqında vaxtilə yazdığı bu sözləri xatırlamaq yerinə düşər: “Ənvər Əhməd poeziyası, məncə, çağdaş şeirimizin tarixində olduqca parlaqyeni bir hadisədir. Bu poeziya bizi ümumən sənətin, şeirin, şairliyin mahiyyəti haqqında düşünməyə, bunu yenidən öyrənməyə, min dəfə verilmiş suallara yenidən qayıtmağa vadar edir”.

 

Ənvər Əhmədin zəngin yaradıcılıq yolunda üç mövzu: xalq həyatı ilə bağlılıq, Ana məhəbbəti, həmçinin Vətən və Torpaq məhəbbəti xüsusilə diqqət cəlb edir.

 

İstəkli anasını vaxtsız itirən şair bütün həyatını bu ağrı ilə yaşayıb. Ana haqqında şeirlərinin müxtəlif illərdə yazılması da buna sübut edir. Onun bu mövzuda yazdığı iyirmidən çox şeir tək öz anası haqqında deyil, bütövlükdə analar haqqında həzin bir nalədir. Şair sanki ana mövzusuna epiqraf olaraq bu sözləri seçib:

 

Qəbrimin üstündə bir kəlmə yazın:

Dünyanın ən ağlar ana şairi.

         (“Anamsız günlər”)

 

Şair anaya müqəddəs bir varlıq tək baxdığından onun yollar üstə sərilmiş izlərinə müqəddəs iz kimi baxır, onun tapdalanmasını istəmir:

 

Götürün yolları üfüqdən asın,

Bir ana izi tapdalanmasın...

         (“Anamın izləri”)

 

Ananı vətən torpağı qədər, vətən torpağını isə ana qədər sevən sənətkar bunları şeirdə bir-birindən ayırmır, hər iki müqəddəs varlığı bir vəhdətdə görür:

 

Torpağa qatıb anamı,

Oldum torpaqla ortaq.

İndi bilmirəm, -

Ya torpağı ana çağırım,

Ya anamı torpaq!

 (“Ana torpaq”)

 

Şairin xalq həyatına xüsusilə elat camaatının həyatına dərindən bələd olması, uşaqlığını ilk gəncliyini keçirdiyi bu həyata dərin məhəbbəti onu məşhurTərəkəməpoemasını yazmağa sövq etmişdi.Tərəkəməpoeması elat-tərəkəmə  camaatının xalq həyatını geniş bədii boyalarla əks etdirən canlı eposdur.

 

Hər şeydən əvvəl əsərin dili olduqca aydın, şirin, şifahi xalq dilinə yaxındır. Geniş əhatəliliyinə bədii dəyərinə görə bu əsər poemadan daha çox tərəkəmə elinin həyatını olduqca dolğun əks etdirən bir poetik dastandır. El-obanın qayğılarından qayğılanan şair, tərəkəmə camaatının həyatını, məişətini, adət ənənəsini yüksək poetik dillə qələmə alır. Bu dil xalq dilinin şirin-şərbətinə bələnir, öz axıcılığı aydınlığı ilə əsər boyu oxucunu özünəəsiredir:

 

Ayaq yalın şeh üstündə gəzərdik,

çiçəkdən dəstə-dəstə düzərdik.

Qonşu qızın saçlarına düzərdik,

Xalçamızdı, gəbəmizdi göy çəmən,

Günlərimiz ötüşərdi gözəl şən.

                          (“Tərəkəmə”)

 

Ənvər ƏhmədTərəkəməpoemasında xalq deyimləri, şifahi xalq ədəbiyyatı nümunələri ilə öz şeirlərini elə sintezdə verir ki, onıları bir-birindən ayırmaq olmur. Hətta elə misralar var ki, Dədə Qorqud boylar ilə səsləşir:

 

Qumral qoyun boyun görüm,

Qara kürə tayın görüm,

Qış gəlməmiş kürün hörüm...

 

ya:

 

Əriş-əriş calandım

Arğac-arğac söküldüm

Yumaq-yumaq açıldım

Xurcun-xurcun közəndim

Naxış-naxış saçıldım.

 

Yaxud:

 

Badya-badya içərdik biz koramaz,

Yaz günündə atılama pis olmaz,

Ağuz, sığıb bişirərdik kətəmaz,

Ərik kimi yağ çıxardı tuluqdan,

Qoz altında bişirərdik suluqdan.

                        (“Tərəkəmə”)

 

Misallardan da göründüyü kimi, “Tərəkəməpoeması Ənvər Əhməd yaradıcılığında ən qiymətli incilərdən biridir.

 

Son illərin Qarabağ hadisələri sənət adamlarımızın yaradıcılığında vətənpərvərlik mövzusunda əsərləri xeyli artırıb. Qələm sahiblərindən çox az adam tapılar ki, bu mövzuya müraciət etməsin. Ancaq sevindirici haldır ki, Qarabağ hadisələri zamanı öz şeirləri ilə alovlu bir tribun kimi kükrəyən Ənvər Əhməd vətənpərvərlik mövzusuna çox-çox illər əvvəl, sovetlər dönəmində açıq-aşkar müraciət etmişdi.Heç nəyin bölünməsini istəməyənrus şairi Yevgeni Yevtuşenkoya xitabən Ə.Əhməd yazırdı:

 

Göz açıb bölünən gördüm Vətəni,

Bölünmüş torpağım-Qibləgahım var.

 

Lakin şair ikiyə bölünmüş Azərbaycanın bir parçasında yaşasa da, vətənin zamansa birləşib bütöv olacağına varlığı qədər inanaraq öz qəlbinin hökmünü verir:

 

...Bütöv varlığımın sabahı haqdır,

Mənim taleyimin qızıl kitabı

Bütöv düşünülüb yazılacaqdır.

 

Maraqlıdır ki, o dövrdə tanınmış rus şairinə xitabən belə şey yazmaq rus şovinizminə bir xəbərdarlıq kimi səsləndiyindən onu demək qələm sahibindən milli qeyrətlə, bərabər, həm milli cəsarət tələb edirdi.

 

Ənvər Əhməd ömrünü bir parçasını Dağlıq Qarabağda, Qarabağın tacı Şuşada yaşadığından o, hadisələrin başlanğıcında bu odun içində olmuş, erməni millətçilərinin quduz hərəkətlərini öz gözləri ilə görərək bu ağrını yaşamışdı. Başqa həmvətənlərimiz kimi onun da şəxsi əmlakı, ən başlıcası onun üçün ən qiymətli varidatı olan zəngin kitabxanası erməni işğalının qurbanı olmuşdu. Azərbaycanı Qarabağsız, Qarabağı isə Azərbaycansız təsəvvür edə bilməyən şair yazırdı:

 

Dərd birmi, ikimi, bağrımız yandı,

Hanı içdiyimiz bu Vətən andı?!

Ölümlə-olumun qəfəsindəyik,

Bir dəli cənginin həvəsindəyik.

            (“Oxuma, Arif”)

 

Onun Qarabağ mövzusunda yazdığı əsərlərin içərisindəİbrahim xanmənzum dramı xüsusi yer tutur. Bu dram şairin bütün yaradıcılığını təhlil edib qiymətləndirmək baxımından əhəmiyyətlidir. İbrahim xanmənzum dramı məşhurQarabağnamə”lərin Azərbaycan oxucusuna yüksək poetik təqdimatı kimi qiymətləndirilə bilər. Əsəri yazarkən şair əsərin tarixi həqiqətlərlə tam səsləşməsinə çalışmış demək olar ki, buna nail olmuşdu. Müəllif tarixi şəxsiyyətlərin hər birini öz adları xarakter xüsusiyyətləri ilə ədəbiyyata gətirmişdi.

 

Qarabağ ağrısı başlayan gündən şair bunun əzabını hər gün yaşayır müntəzəm olaraq onu əks etdirirdi. ŞairinDaş qanıkitabındakı doqquz poemanın dördü ancaq Qarabağ ağrısına həsr olunmuşdu. Bunların içərisindəDaş qanıpoeması daha çox diqqət çəkir. Əsərdə şair Qarabağ itkisinin nədən qaynaqlandığı, bu fəlakətin başımıza gəlməsində bəzisapı özümüzdən olan baltaların fəallığıilə yanaşı, vaxtiləböyük qardaşdediyimizin qara əməllərini real, təsirli bədii boyalarla oxucusuna çatdırır. Bəlalı doxsanıncı illərdə Azərbaycanın gözəzörünməz siyasi oyunların meydanına çevrildiyini şair ürək ağrısı ilə qələmə alıb. Ağrılı cəhət budur ki, meydanda millətini sevən , millətinə qənim kəsilən vətən, millət adından danışır, ona görə şair demişkən, kim kimdir, tanımaq olmur:

 

Kim kimdir, bilinmir, bilmək çox çətin,

Dolaşır kələfi bütün millətin.

Bəli, xəyanətdən xalq doyur cana,

Fəlakət tökülür Azərbaycana.

Qardaş silah çəkir qardaşın üstə,

Bir qan ləkəsi var hər daşın üstə.

 

Şair göstərir ki, Qarabağ itkisinin yolu Qanlı Yanvar faciəsindən keçir. Məkirli düşmən əli bu faciəni törətməklə bir tərəfdən xalqın gözünü qorxudub onun mübarizlik ruhunu qırmağa, digər tərəfdən isə Qarabağda ermənilərin daha çox əl-qol atmasına imkan yaratdı. Çox təəssüf ki, bu yolda bəzi satqınlarımız da bilərəkdən bilməyərəkdən onlara yardımçı oldular:

 

Əriyir qan kimi küllü Qarabağ,

Səngərə çevrilib hər qaya, hər dağ.

Erməni qurd kimi torpağı oyur,

Qansızlar vətəni hərraca qoyur. 

 

Xarı bülbülümpoemasında şair Şuşa ağrısını, Şuşasız yaşamağın mümkünsüzlüyünü olduqca təsirli dillə oxucuya çatdırır. Şuşanın tacı Xarı bülbüllə şair həsrət yanğısıyladərdləşir”:

 

Sən əsirsən, mən əsir,

Ruhum sönür, əlim əsir.

Dərd bağrımı oyur, kəsir,

Xarı bülbülüm, bülbülüm.

 

Şuşam yoxdu, yoxam mən də,

Kirsdə azdım duman, çən də.

Gözlə məni, gözlə sən də,

Xarı bülbülüm, bülbülüm.

 

Şuşanın işğalı dövründə hər birimizvaxtsa Şuşaya qayıdacağımıza inanır və bu istəklə yaşayırdıq. Lakin Ənvər Əhmədin poetik məni, şair qəlbi həmin xoşbəxt günə o qədər inanıb ki, hətta Şuşaya qayıdacağı barədə Qurana and içir:

 

Gəlin içək Quran andı,

Mən Şuşaya qayıdacam.

 

Şairin Şuşaya içdiyi Quran andı çin oldu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 2020-ci il noyabrın 8-də qalib ordumuz Şuşanı erməni işğalçılarından azad etdi. Həmin gün Şuşaya qayıdış günü, bayram günü oldu. Ancaq heyif ki, qüdrətli şair özü Şuşanı görə bilmədi. Dəfələrlə dövlət tədbirlərində, sonuncu dəfə Vaqif poeziya günlərində Şuşaya dəvət olunsa da amansız xəstəlik imkan vermədiyindən, gedə bilmədi. Şuşaya qayıdış istəyinə qovuşa bilməyən şair, Şuşanı görmədən əbədiyyətə qovuşdu.

Ruhu şad olsun!

 

Şirxan ARANLI

yazıçı-publisist

 

525-ci qəzet.- 2022.- 29 mart.- S.13.