Vətən savaşının və parlaq zəfərin bədii ifadəsi
Naxçıvan ədəbi mühitində
özünəməxsus yeri
olan şair və nasir Şükür
Qafarın "Savaş
hələ bitməyib..."
romanının II hissəsi
kimi qələmə alınmış "Savaş
zəfərlə bitdi"
romanı işıq üzü görüb. Kitabın redaktoru
və ön sözün müəllifi
Naxçıvan MR Yazıçılar
Birliyinin sədri Asim Yadigardır. "Zəfərlə bitən savaşımız"
adlı ön sözdə A.Yadigarın da vurğuladığı
kimi, 44 günlük müharibə və zəfər tarixini bədii sözün və faktların, sənədlərin verdiyi
imkanlar daxilində qələmə almaq müəllifin əsas məqsədi olub. Bədii ədəbiyyatın əzəli
mövzusu olan atalar və oğullar qarşıdurması
bu əsərdə ataların və oğulların vətən
torpaqlarının bölünməzliyi
uğrundakı mübarizədəki
sarsılmaz vəhdəti,
qorxmazlığı və
misilsiz cəsarəti,
müqəddəs torpaqlara
yenidən üçrəngli
bayrağımızın sancılması
kimi bir vəzifəni şərəflə
yerinə yetirmək üçün birləşməsi
ilə əvəzlənib.
Romanın I hissəsində əsas qəhrəman ata Cahanşir və onun hərbiçi
dostlarının, II hissədə
isə onun şəhidlik məqamına
yüksəlmiş dostunun
adını verdiyi oğlu Ənvərin başçılıq etdiyi
Əlahiddə Ümumqoşun
Ordunun Xüsusi Təyinatlı əsgərlərinin
Qarabağda, xüsusən
də Şuşada apardıqları döyüşlərdəki
qəhrəmanlıqlarından söz açılır.
Əsərin I hissəsində
hadisələr 2020-ci ilin
sentyabr ayının
25-də bitir və Cahanşirin dilindən deyilmiş bu cümlələrlə tamamlanır:
"Mən qələbəyə
gedən yolu yazdım. Zəfəri oğlum yazacaq.
Bu roman savaşla birlikdə bitəcək!"
Eyni ilin sentyabr ayının 26-dan müəllifin bədii təxəyyülünün məhsulu
olan və təbii ki, minlərlə igid şəhid övladlarımızın
ümumiləşdirilmiş obrazı, prototipi ola biləcək
Ənvər və onun xüsusi təyinatlıları zəfər
tariximizə öz adlarını əbədi
həkk etdirmək kimi haqq işinə
başlayırlar. Əslində, mərd oğullar atalarının uzun illərdən bəri ürəklərindəki ən
ümdə arzusunu - üçrəngli dövlət
bayrağımızı Qarabağımızda
ən yüksək zirvəyə sancmağı
həyata keçirirlər.
Əsər II Qarabağ müharibəsində
qələbənin əldə
olunmasında Naxçıvan
xüsusi təyinatlılarının
xidmətlərini, yüksək
vətənsevərliyini, düşmənə
qarşı nifrət
və qəzəbini,
yağılardan fərqli
olaraq, insanpərvərliyi
və humanizmini real əks etdirir. Şuşa qalası uğrunda gedən döyüşlərdə heyrətamiz
cəsarət göstərən
xüsusi təyinatlılar
qrupu və "Yaşma" adlandırılan
xüsusi təyinatlıları
müəllif böyük
sevgi və qürur hissilə təsvir edir: "Ənvər və qrupu Laçın yolu istiqamətindən şəhərin qala divarlarına çatanda burada şiddətli atışmanın getdiyinin
şahidi oldular və özləri də döyüşə
qoşuldular. Dina "Yaşma" adlandırılan
bu əfsanəvi xüsusi təyinatlıların
cəsarətinə heyran
qalmışdı. Onlar bütün
ləvazimatlarını, ağır,
iri həcmli silahlarını qalanın
divarları yanında
qoyaraq tapança və soyuq silahlarla
düşmən atəşi
altında kanatlarla qala divarlarına dırmaşırdılar. Güllə yağışı altında
qalaya dırmaşan xüsusi təyinatlılar
şəhid və yaralı yoldaşlarını
düşmən əlinə
keçməsin deyə
çiyinlərinə alıb
qalaya qalxırdılar".
Azərbaycan əsgərinin
düşmənin gözləmədiyi
istiqamətdən şəhərə
hücum etməsi, qala uğrunda gedən əlbəyaxa döyüşlər, xüsusi
təyinatlıların cəldliyi
və güclü iradəsi, vətən sevgisi və Şuşa həsrəti
amillərinin qələbə
qazanılmasında əsas
rolu əsərdə
son dərəcə təbii
ifadəsini tapıb.
Ətraflı
Ad - 00:25
Müəllifin özünün hal-hazırda
Əlahiddə Ümumqoşun
Ordunun zabiti olması və hərbi üsluba aid söz və ifadələrin, terminlərin
ətraflı və dərindən izahı müharibə mövzusunda
yazılmış bu əsəri daha da oxunaqlı və maraqlı edib.
"Savaş zəfərlə
bitdi" əsərində
müharibənin başlanması,
gedişatı, hərbi
təlimlər, Naxçıvandan
Qarabağ istiqamətində
gedən döyüşlərə
göndərilən hərbi
qulluqçular, onlardan
şəhidlik məqamına
yüksələnləri, qəhrəmanlıqla
döyüşərək qazi olanları, I Qarabağ müharibəsi
ilə bağlı (Sədərək döyüşləri,
Daşaltı əməliyyatı
və s.), tarixi ekskurslar (Topxana meşəsi) və hətta hərbi texnikalar, düşmənin
qurduğu istehkamların
dəqiq təsviri, vəhşicəsinə dağıdılmış
kəndlərimizin görünüşü
haqqında faktların
və sənədlərin
dililə zəngin məlumat verilir. Hərbi qulluqçularımızın cəldliyi,
çevikliyi, tüstü,
duman, soyuq demədən qarşılarındakı
maneələri aşaraq
verilmiş tapşırıqları
böyük əzm və iradə göstərərək yerinə
yetirməkləri nə
qədər qürur və fərəh hissləri doğurursa, onların qəhrəmanlıqla
şəhid olmaqları
sonsuz təəssüf
və kədər yaradır.
Əsərin son cümləsi olan
"Bu roman zirvələrin fəthi ilə bitəcək!" nidasıyla
müəllif gələcəkdə
bütün tarixi torpaqlarımızın tamamən
birləşib bütövləşəcəyini,
bu yolda aparılacaq
şanlı mübarizəni
və həmin zəfərdən bəhs
edən əsərin üçüncü hissəsinin
qələmə alınacağını
nəzərdə tutub.
Aygün
ORUCOVA,
Filologiya
üzrə fəlsəfə
doktoru, dosent
(AMEA Naxçıvan Bölməsi)
525-ci qəzet.- 2022.- 29 mart.- S.12.