Sənətə həyat kimi baxanda...  

 

ƏDƏBİYYATIMIZDA VƏ KİNOMUZDA BİR HƏSƏN SEYİDBƏYLİ İMZASI PARLAYIR

 

 

Onun dünyaya gəldiyi XX yüzillik kiçik lampa əsri sayılır, nəhəng atom əsri ! Amma... həm kinematoqraf rejissor əsri kimi tanınır. Yəni taleyin xoşbəxt gərdişi ilə gələcəyin böyük rejissoru Həsən Seyidbəyli tam yerində zamanında - öz epoxasında dünyaya gəlmişdi. Azərbaycan sovet ədəbiyyatında kinematoqrafiyasında önəmli yeri olan H.Seyidbəyli xüsusi mərhələ başlayan incəsənət ustası kimi tanındı sevildi. XX yüzilliyin 20-ci ilinin 22 dekabrında Azərbaycan Cümhuriyyətinin Bakı qəzasında anadan olmuşdu. Mənsub olduğu Seyidbəylilər Bakıda Nardaranda məşhur ailə-nəsil kimi tanınırdı, babası Mirsalam bəyin, ulu babası Səhər bəyin Çəmbərəkənddə böyük mülkləri varmış.

 

Onun yazıçılıq yolunun başlanğıcı, ədəbi debütü sonradan işıq üzü görəcək onlarla nəşrə yol açan "Kənd həkimi" sayılır. Bu əsəri yazanda H.Seyidbəylinin 22 yaşı var idi, qəhrəmanı ilə həmyaş sayılırdı. İlk qələm təcrübəsi olsa da, mövzu, dəst-xətt tam əksini deyir, gələcək ədəbi uğurlardan xəbər verirdi. "Kənd həkimi" 1950-ci ildə çapdan çıxmışdı. Gənc yazıçının istedadının parlayacağı 30 il isə hələ qarşıda idi. H.Seyidbəyli yaratdığı ədəbiyyatda həyatın mənası, məhəbbət, xoşbəxtlik nədir, keçmiş, gələcək, Vətən nədən başlanır, olum-ölüm kimi insanlığı əbədi düşündürən suallara bitməyən yaradıcılıq həvəsi ilə cavab axtarırdı. Onun əsərlərində oxucunu cəlb edəcək hər şey var: hadisələrin həyəcanlı cərəyanı, məhəbbət, maraqlı surətlərlə tanışlıq, yaddaqalan dialoqlar əlbəttə ki, xoşbəxt sonluq! Professional kino rejissoru olsa da, 1962-ci ilə qədər kino çəkməyə müvəffəq olmamışdı. Ancaq "hər işdə bir xeyir var" deyirlər. Kino təşnəsini bədii yaradıcılıqla səngidən yazıçının bu dövrü məhsuldar olmuş, ədəbiyyatımızı gözəl əsərlərlə zənginləşdirmiş, özünü ruhdan düşməyə qoymamışdı. Əsas mövzusu müəssisə, hasilat, müşavirə olan əsərlərində , ikinci plana H.Seyidbəylinin yazı tərzinə xas məhəbbət, dostluq, qadın-kişi münasibətləri hakimdır. Onun istər bədii, istərsə kino yaradıcılığında mütləq beynəlmiləl motivlər vardır. Personajlar arasındakı bu beynəlmiləl ülfət sovet quruluşunun tələbi kimi yox, bədiiliyə toxunmamaq şərti ilə əsərin süjet xəttinə daxil edilib. Əsərlərin yazılma tarixinə nəzər salanda nəinki yamaq kimi görünür, heç təəccüb doğurmur. O zaman üçün sıradan bir hadisə olub əsərin içində əriyir.

 

Yazıçı əsasən irihəcmli nəsr əsərləri ilə tanındı. Yaradıcılığının çiçəklənən vaxtı sovet hökumətinin qızıl dövrünə təsadüf edən H.Seyidbəyli bir-birinin ardınca "Kür sahillərində", "Telefonçu qız" povestlərini, "Cəbhədən-cəbhəyə", "Tərsanə", "Çiçək" romanlarını yazdı. Qeyd edim ki, H.Seyidbəylinin əsərlərinə verdiyi adlar cəlbedici, bir qədər təhrikedicidir. Oxucu əsərin adını oxuyub məzmununa maraq göstərir. Bu əsərlərdə dövrün  problemləri, müxtəlif təbəqə, peşə adamlarının həyatı əməyi əks olunur, mənəvi-əxlaqi  dəyərlər önə çəkilir.

 

"Tərsanə" romanı 70-ci illər ədəbi mühitində bir hadisə idi. Romandakı əhvalatlardan az qala yarım əsr ayırsa da, əsər öz dövrünün inikası olsa da,  müasirlik ruhu onu "qocalmağa" qoymur. Misal üçün, "Tərsanə"də oxuyuruq: "Deyirəm, bizim bu konstruktorlardan xahiş eləyək, bir gəmi hazırlasınlar. Gəmi dənizi gəzib zir-zibili, taxta-şalbanı yığsın, suyun üzündəki nefti, mazutu sovurub içəri çəksin". Bu gün dünya su hövzələrinin vəziyyəti 70-ci illərdən acınacaqlıdır. Covid-19 virusunun tullantıları (maska, əlcək, test, dezinfeksiya vasitələri) onsuz da bərbad olan ekologiyanı tamam katastrofik hala gətirir. Bu baxımdan müasirlik H.Seyidbəyli əsərlərinin şah damarı olub həyatın bütün sahələrini əhatə edir. Digər tərəfdən, insan mənəviyyatının deformasiyası heç ekologiyanın məhvindən az əhəmiyyətli deyil. Çoxplanlı roman olan "Tərsanə" nasirin  heç bir əsərində sezilməyən qədər maraqlı, fərqli, tam, dolğun obrazlarla zəngindir. H.Seyidbəylinin əsərlərində "yoldan keçən", təsadüfi surətlər yoxdur, hər obraz düşünülmüş, yerli-yerindədir. Romanın "qədimlərdə deyərmişlər, insan qəlbi elə bir dəryadır ki, rəvvas olub baş vursan da, dibini görməzsən" cümləsi ilə başlanması sonrakı səhifələrdə veriləcək mətləblərə bir işarə, ipucudur.

 

 

 

Onun dəniz "obraz"ının epizodik olsa keçmədiyi bir əsəri belə yoxdur. Ölçülərinə görə dəniz sayılan, Yer kürəsinin ən böyük axmaz gölü olan Xəzər yazıçı üçün həyatın son dərəcə böyük sevinclərindən idi. "Onun haqqında gözəl insan kimi danışırlar, yazıçı kimi , ssenarist, rejissor kimi . Ancaq Seyidbəyli alim adam idi. Dənizi onun kimi istəyən yox idi. Fikri, düşüncəsi dənizlə bağlı idi" - bu fikirlər "Kinorejissor Həsən Seyidbəyli" filmindəndir. Xəzərin sahilində doğulub böyüyən gələcək yazıçı yeniyetməliyindən "dənizin bu başından vurub o başından çıxırdı". H.Seyidbəylinin yaradıcılığına kiçik bir ekskurs etsək görərik ki, "Tərsanə", "Uzaq sahillərdə", "Dəniz cəsurları sevir", "Xəzər üzərində şəfəq" - bunların hər biri ya birbaşa, ya dolayı şəkildə dənizlə bağlıdır.  "Möcüzələr adası"nın "sevgilisi dəniz"dir... "Onun bəlalı məhəbbəti"ndə "fikri qədər uzaqlara aparsa da, dəniz həm adamı özünə qaytarır"...  Mövzusu bilavasitə dəniz olmayan "Cəbhədən-cəbhəyə" romanında da Xəzərlə bağlı qədər epizod vardır. H.Seyidbəyli yazıçı İ.Qasımovla sıx əməkdaşlıq etmiş, bu tandemdən "Dəniz cəsurları sevir", "Sən üçün yaşayırsan",  "İllər keçdi" kimi  əsərlər yaranmışdı. "Uzaq sahillərdə" bu yaradıcı harmoniyanın kuliminasiyası olub həmmüəlliflərə böyük şöhrət gətirdi. Bu povest müharibə mövzusunda yazılan ən gözəl əsərlərdəndir. Əsərin qəhrəmanları - Mixaylo, Anjelika, Veselin əsl rəşadət ikonasına çevrilmişdilər (Hər iki Qarabağ müharibəmiz belə misallarla doludur. Düşmənə "təslim oluram" - deyərək yaxınına buraxan, sonra da özünü qumbara ilə partladıb onlarla erməni faşistinin meyitini yerə sərən şəhid Tahir Həsənov əsl Mehdi nümunəsi deyimi? Hələ yaralı vəziyyətdə 5 saat döyüşən, Şuşada şəhidlik qazanan Mehdi Şıxaliyev var, onu uşaqlıqdan "Mixaylo" çağırırmışlar. Mixaylonun yolunu gedib bu qədər şəhid verdik. Budur, "əsərin tərbiyəvi əhəmiyyəti"nə parlaq örnək, ciddi ədəbiyyatın təsiri!).

 

 

 

Sovet bestselleri kimi şöhrət tapan "Uzaq sahillərdə"nin ekran həyatı estafeti müvəffəqiyyətlə davam etdirərək, 1958-ci ildə sovet kino prokatının lideri olmuşdu. Vaxtilə "Vətən" kinoteatrında nümayiş etdirilən filmə bilet almaq üçün düzülən növbə "Azneft" meydanından başlayırdı. "Biz yalnız azadlıq üçün vuruşuruqheç bir qüvvə bizi saxlaya bilməz" şüarı - mübarizə kredosu idi. Qarabağ müharibəmizdə düşmən xüsusi fərqlənən, onların anasını ağladan qəhrəman oğullarımızın başına pul qoyanda keçmişdən gələn səda ilə ilk yadımıza düşənlərdən biri də məhz Mixaylo olmuşdu. Əsər tarixi faktlar əsasında, özüMehdinin qəhrəmancasına şəhadətindən cəmi 8 il sonra, "isti-isti" yazılmışdı, Mehdi rəssam olmaq istəyirdi, biz bunu yazıb-oxumağa başlayandan bilirik. Onun  Novxanıda anadan olmasını, Q.İsmayılov küçəsində yaşadığını ibtidai sinifdə öyrəndiyimiz kimi. Mehdi hər azərbaycanlının sevimlisi, qürur yeri idi, bədii obrazı, qəhrəmanlığına layiq də yaradılmalıydı, necə ki, yaradıldı. Ədəbiyyatşünaslıqla arxeologiya, tədqiqatla qazıntı işləri arasında oxşarlıq görənlər haqlıdırlar... İ.Qasımov İtaliya, Triyest, keçmiş Yuqoslaviya arxivlərində işləmiş, xeyli qiymətli sənəd-sübut əldə etmişdi. H.Seyidbəyli və İ.Qasımov işbirliyinin nizamnaməsi - yoldaşlıq-tərəfdaşlıqdan doğan qarşılıqlı bərabərlik idi. Bu "ikiyə bölünmüş talant deyildi, ikiyə vurulmuş əməkdaşlıq" idi. Belə-belə, addım-addım "üfüqlərin sakit olmadığı" uzaq sahillərə - "oxucunu maraqlı səyahətə cəlb etməyə" doğru irəliləyirdilər. Hər iki sənətkarın "ürəyincə olan" bu ədəbi dostluğun ayrılığı da il fərqi ilə oldu, Tanrının izn verdiyi qədər. Hər bir qəhrəmanlıq dastanına xas macəra ruhu bu əsərdən də yan keçməyib. Bu xüsusiyyət bəzən tənqid kimi səslənsə də, əsəri korlamır, əksinə, daha oxunaqlı edir. Mehdi bütöv Azərbaycanın rəşadətli oğlu olmaqla bərabər, həm də H.Seyidbəyli və İ.Qasımov "duetinin övlad"ı idi. Hər zaman müəlliflərlə qəhrəmanın adı qoşa çəkilir və biri digəri ilə assosiasiya olunur. Hətta, təsadüfdənmi, ya zərurətdənmi, 2018-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə İ.Qasımovla M.Hüseynzadənin 100 illik yubileyləri "Uzaq sahillərdə" filminin 60 illiyi ilə bərabər qeyd edildi. M.Hüseynzadənin Bakının ən baxımlı yerlərindən birində möhtəşəm abidəsi ucalır. "Şeirin dili Allaha ən yaxın olandı", deyirlər... Bəs nəsr dili necə? F.Əbdürrəhmanovdan xeyli qabaq H.Seyidbəyli və İ.Qasımovun birgə əsəri ilə  ölümündən sonra  üç xalqın - İtaliya, YuqoslaviyaSovet İttifaqının qəhrəmanı olmuş əfsanəvi partizan Mixayloya sözdən heykəl ucaldıldı. Həmişə 26 yaşda qalacaq M.Hüseynzadə "Uzaq sahillərdə"nin limanında özünə əbədi lövbər saldı.

 

(Ardı var)

 

Dilarə ADİLGİL

 

525-ci qəzet.- 2022.- 30 mart.- S.14.