Uğurlu portretlər ustası  

 

XALQ RƏSSAMI TAĞI TAĞIYEVİN 105 İLLİYİ TAMAM OLUR

 

 

XX əsr Azərbaycan təsviri sənət dünyasının tanınmış nümayəndələrindən olan Xalq rəssamı Tağı Tağıyevin (1917-1993) yaratdığı əsərlər hər zaman könülləri ehtizaza gətirir. Tağı Əzizağa oğlu Tağıyev Bakı şəhərində, zərgər ailəsində anadan olub. İxtisas təhsilini Azərbaycan Dövlət Rəssamlıq Texnikumu (1931-1935)   Moskva Dövlət Rəssamlıq İnstitutunda (1940-1941) alıb. 1932-ci ildən sərgilərdə iştirak etməyə başlayan rəssamın Bakı, Moskva başqa şəhərlərdə fərdi yaradıcılıq sərgiləri təşkil olunub. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Moskva Şərq Xalqları İncəsənəti Muzeyində, ölkəmizdə xaricdəki  şəxsi kolleksiyalarda saxlanılır.

 

T.Tağıyevin hələ 16 yaşında olanda ərsəyə gətirdiyi süjetli tablo portret əsərləri o zaman təşkil olunan nüfuzlu sərgilərdə nümayiş olunaraq müvəffəqiyyət qazanıb. Rəssamın süjetli tablolarından "Kolxoz bazarı" (1932), "Koroğlu dəstgahı" (triptix, 1944), "Qəhrəman ana" (1948), "Pambıq təhvili məntəqəsi" (1957), "Badamlı" (1960), "Nənə , baba da mənimdir" (1969) başqalarını qeyd etmək olar.

 

T.Tağıyev müəllifi olduğu çoxsaylı portretlər qalereyası ilə daha çox şöhrət qazanıb. Məşhur portret ustasının portret əsərlərindən "Koroğlu" (1942), "Xalça ilə avtoportret" (1944), "Rəssam Bəhruz Kəngərli" (1947), "Bəstəkar Qara Qarayev" (1948), "Rəssam Kamil Xanlarov" (1950), "Avtoportret" (1953), "Rəssam Səttar Bəhlulzadə" (1955), "İmtahandan qabaq" (1955), "Atamın hədiyyəsi" (1957), "Məktəbli oğlan" (1957), "Qarayanız qız" (1957), "Rəssam Maral Rəhmanzadə" (1959), "Qaynaqçı" (1960, "Xalq şairi Səməd Vurğun" (1967), "Rəssam Sultan Məhəmməd" (1971), "Hüseyn Cavid" (1973), "Üzeyir Hacıbəyov" (1985)  başqaları bu janrın seçim nümunələridir.

 

 

 

"Koroğlu" dastanı xalqımızın mənəviyyatında kodlaşmış ədəbi abidədir. T.Tağıyev qəhrəman Koroğlu obrazının təsvirini yaratmağa cəhd edən uğurlu sənət əsəri yaradan ilk rəssamlarımızdandır. Yadelli işğalçılara təcavüzkar qüvvələrə qarşı mübarizədə belə sənət nümunələrinin işlənilməsi təşviqi təqdirəlayiqdir. 1944-cü ildə Azərbaycan Milli İncəsənət Muzeyində İkinci Dünya Müharibəsi mövzusunda rəssamların əsərlərinə baxış  üçün xüsusi komissiya təşkil olunub. Komissiyanın tərkibinə Heydər Hüseynov, Üzeyir Hacıbəyli, Səməd Vurğun, Sadıq Dadaşov, Kazım Kazımzadə başqa tanınmış elm sənət xadimləri daxil imiş. T.Tağıyevin sərgidə nümayiş olunan "Koroğlu" "Koroğlu dəstgahı" (triptix) əsərləri dahi Üzeyir bəyin xoşuna gəlmiş, bəstəkar gənc rəssamı təbrik edib demişdi: "Portret süjet xətti ilə bağlıdır. Elə bil Koroğlu pusquda durub: münasib anda düşmən üstünə atılacaq. Psixoloji vəziyyətin bu aydınlığı sizə imkan verib ki, üzündəki cizgiləri daha fəal emosional göstərə biləsiniz... "Koroğlu" dastanını yaxşı öyrənibsiniz. Koroğlunu aşıq kimi görmək xoşdur. Görünür, qılıncın aça bilmədiyi qapılara musiqi açar salır... Səhnə süjetə uyğundur... Şəlalə, gölməçələr, çətin keçilən yerlər... Alı kişi Qıratla Düratı belə yerlərdə qalib gəlmək üçün hazırlayıb. Şahə qalxmış qıratın üstündəki Koroğlu da yaxşı işlənilib. Təbrik edirəm!"

 

 

 

T.Tağıyev sənət adamlarının, uşaqların, qadınların portret cizgilərini yaratmağa üstünlük verib. O, çalışıb ki, obrazlarını yaradacağı qəhrəmanlarının zəngin mənəvi dünyaları ilə zahiri bənzəyişləri arasında olan cəhətləri rənglərin dili ilə kətanda əks etdirə bilsin. Rəssamın  yaradıcı şəxsiyyətlərin portret cizgilərini, onların mənəvi yaradıcılıq dünyalarını təsvir etmək məharəti xüsusi qeyd olunmalıdır.

 

Rəssamlıq sənətimizin tanınmış nümayəndəsi, nakam taleli Bəhruz Kəngərlinin yaddaqalan obrazı, məşhur rəssam Səttar Bəhlulzadənin emalatxanada zamanı diqqəti cəlb edən surəti, tanınmış rəssamlar Kamil Xanlarov Maral Rəhmanzadənin dəqiqliklə təsvir edilmiş portret cizgiləri tamaşaçıda onlara xas zəngin yaradıcılıq dünyalarını sezdirir. Rəssam sadə əmək adamları balaca uşaqların surətlərini ustalıqla təsvir edib.

 

T.Tağıyev Təbriz miniatür məktəbinin ən parlaq nümayəndəsi, məşhur miniatür ustası Sultan Məhəmmədin diqqəti cəlb edən bədii obrazını yarada bilib.

 

Dahi Azərbaycan şairi dramaturqu Hüseyn Cavidin bədii təsir qüvvəsinə dərin fəlsəfi fikir tutumuna malik portreti tamaşaçını ilk baxışdaca cəlb edir.

 

Üzeyir Hacıbəylinin yaddaqalan portretini yaratmış rəssam "Ustadın əlini sıxıram" adlı xatirə yazısında bəstəkarla görüşünü əsərin yaranma  tarixçəsini ətraflı şəkildə qeyd edib.

 

 

 

T.Tağıyevin mənzərə əsərlərinə lirizm, mənəvi saflıq, dekorativlik kimi yüksək bədii-estetik məziyyətlər xasdır. O, daha çox lokal rəng yaxılarına, təmiz rəng keçidlərinə üstünlük verib. Rəssamın mənzərə əsərlərindən "Bakı" (1947), "Göygöl mənzərəsi" (1947, 1952), "Sənaye mənzərəsi. Bakı" (1950), "Emalatxanamdan Bakının görünüşü" (1959), "Qarlı yollar. Estakada" (1960), "Mənzərə. İlandağ" (1961), "Ay işığında" (1961), "Bakının təzadları" (1965), "Şəhər kənarı" (1965) başqalarını qeyd etmək olar. Füsunkar ilahi gözəlliyə malik Göygöl, Xəzər dənizi, Abşeronun çılpaq təbiəti, orijinal memarlıq abidələri rəssamın ən çox təsvirə gətirdiyi guşələrdir. Naxçıvanın əsrarəngiz təbiəti, minilliklərin sirrini özündə yaşadan sıldırım qayaları, nağılvari dağları, zəhmətsevər adamları bir çox rəssamlarımızın ilham qaynağı olub, onların yaradıcılığının yaddaqalan obrazlarına çevrilib. Bu baxımdan, T.Tağıyev "Mənzərə. İlandağ" adlı tablosunda əzəmətli dağların fonunda əfsanəvi İlandağın bir qədər dekorativ biçimdə uğurlu bədii görüntüsünü təsvir edib. Dağlar qoynunda məskən salmış insanların evlərinin əks olunması əsrin intonasiyasını qüvvətləndirir. Tablonun kolorit həlli olduqca təbiidir bədii təsir gücünə malikdir. Rəssamın Bakı, Neft daşları, Xəzər mövzusuna həsr edilmiş mənzərələri ayrılıqda bəhs olunmağa layiq əsərlərdir.

 

Rəssam yaradıcılığı boyu bir çox yaddaqalan diqqəti cəlb edən natürmortlar yaradıb. T.Tağıyevin yaradıcılığında xarici ölkə mövzusu qırmızı xətt kimi keçir. O, Afrika ölkələrinə yaradıcılıq səfərləri nəticəsində çoxlu rəngkarlıq əsərləri yaradıb, rəssamlıq manerasını yeni üfüqlərə qaldırıb. Rəssamın Afrika ölkələrinə həsr olunmuş əsərlərindən ibarət fərdi sərgisi təşkil olunub (1963). Onun belə mövzulu əsərlərindən "Afrika qızı" (1965), "Afrika motivi" (1956), "Tanjer limanı" (1962),  "Ana səadəti" (1961), "Afrika mənzərəsi" (1971) digərlərini qeyd edə bilərik.

 

T.Tağıyevin bədii pedaqoji yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Rəssam Azərbaycanın Əməkdar İncəsənət xadimi (1962) Xalq rəssamı (1982) fəxri adlarına layiq görülüb, həyat yaradıcılığına həsr olunmuş  kitab kataloqlar nəşr olunub. Azərbaycanın tanınmış sənətşünas alimləri M.Nəcəfov, N.Həbibov, M.Tərlanov, P.Hacıyev başqaları rəssamın bədii yaradıcılıq fəaliyyətini yüksək qiymətləndiriblər.

 

"Lövhələrim də övladlarım kimidir" deyən tanınmış rəssamın bu il 105 illik yubleyi tamam olur. Onun ərsəyə gətirdiyi təsviri sənət əsərləri var olduqca Xalq rəssamı Tağı Tağıyev də  yaşayacaq.

 

 

Əsəd QULİYEV

Sənətşünas, AMEA-nın dissertantı, Rəssamlar İttifaqının üzvü

 

525-ci qəzet.- 2022.- 31 mart.- S.14.