Süleyman Rüstəmin satira-yumor
güzgüsü
Bugünlərdə Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qafar Əsgərzadənin
Xalq şairi Süleyman Rüstəmə
həsr olunmuş
"Belələri də
var" (satira-yumor) adlı kitabı işıq üzü görüb. Nəfis şəkildə tərtib
olunmuş bu kitabda sairin müxtəlif illərdə
qələmə aldığı
54 satirik şeiri,
1934-cü ildə qələmə
alınan oxucular tərəfindən maraqla
sevilə-sevilə qarşılanan
"Dramaturq Səfdər
əmioğlu" əsəri
və Q.Əsgərzadənin
S.Rüstəmə həsr
olunmuş və dövri-mətbuatda işıqlandırılan
yazıları yer alıb.
Uzun onilliklər ərzində
S.Rüstəm əsasən,
vətənpərvərlik, lirik ruhda yazılmış
şeirlər, həzin,
duzlu qəzəllər,
dram əsərləri, Cənub
mövzusundan bəhs edən şeirlər və qəzəllər müəllifi kimi tanınsa da, onun satirik şeirləri
sanki kölgədə
qalmış, ona bir satirik kimi
populyarlıq qazanmaq bir növ müyəssər
olmamışdı. Hərçənd, pyeslərində yumoru sezməmək mümkün
deyildi.
Bu kitab Süleyman
Rüstəmə irsinə,
belə demək mümkünsə, ikinci nəfəs gətirəcək. Yəni, bu
kitabda dərc olunmuş şeirlərlə
S.Rüstəm Azərbaycan
ədəbiyyatı tarixində
satirik şair kimi mövqeyi olan bir sənətkar
kimi də oxunacaq, tanınacaq, xatırlanacaq. Haqlı olaraq,
S.Rüstəmi bu janrda yazan çox
görkəmli ədiblərin
- S.Ə.Şirvaninin, M.Ə.Sabirin,
C.Məmmədquluzadənin, C. Cabbarlının davamçıları
sırasında qeyd etmək olar. Məsuliyyətlə söyləmək olar ki, S.Rüstəm
bu ədəbi məktəbin ən layiqli davamçılarından
biri olmaqla, qüdrətli satirik şair kimi özünü təsdiq edə bilmişdi.
Müasirlərinin söylədiyi kimi,
təbiətində yumor
hissi, baməzəlik,
zarafat olan S. Rüstəm yaşadığı
və yaratdığı
çox çətin,
ziddiyyətli, mürəkkəb,
senzuralı sovet rejimində heç də hər bir ədibin cürət etmədiyi satirik şeirləri ilə oxucularının qəlbinə yol tapıb.
Şeirlərini vərəqlədikcə şairin
qüdrətli söz
sərrafı kimi hədəfini düzgün
seçdiyini açıq-aşkar
görmək mümkündür. Belə
ki, kitaba daxil olunmuş satirik şeirlərində
ziddiyyətli və mürəkkəb dövrün
mənəvi-əxlaqi kodeksinə
zidd olan yerlibazlığa, boşboğazlığa,
proteksionizmə, gözdən
pərdə asmağa,
gözə kül üfürməyə, qohumbazlığa,
özündən razı
olmağa, yaltaqlığa,
mütiliyə, riyakarlığa,
vəzifə hərisliyin,
böhtançılığa satirik atəş açan odlu misralar var. Bu şeirlər
arasında "Mən
varlıyam, sən yoxsul", "Böhtanzadə",
"Yaxşı ki, yoxsan", "Sənin canın cibindədir",
"Moda qurbanı",
"İnsan vəzifəni
bəzəsin gərək",
"Dünya bir şey itirməzdi" və digərləri xüsusilə diqqət çəkir.
Kitabda bir özəllik də vardır. Həmin şeirlərdə eləcə
də "Dramaturq
Səfdər əmioğlu"
əsərində bu gün dilimizdə işlənilməyən arxaik
və alınma sözlərin Azərbaycan
dilində qarşılığı
da kitabda öz əksini tapıb.
Bununla yanaşı,
kitabın müəllifi
və tərtibçisi
Qafar Əsgərzadə
kitaba yazdığı
ön sözdə S. Rüstəmin bir satirik şair kimi yaradıcılığına
qiymət verir, ədəbin bu sahədə rolunu xüsusi vurğulayır.
Müəllif kitabın "Süleyman Rüstəm yaradıcılığı
dövri-mətbuatda" bölümündə
şairin yaradıcılığından
bəhs olunan 7 məqaləsi ilə S.Rüstəm şəxsiyyəti
və yaradıcılığı
barədə oxucuda müfəssəl məlumat
yaratmağa müvəffəq
olub.
300 tirajla
"Təhsil Nəşriyyat-Poliqrafiya" MMC tərəfindən
nəşr olunmuş 141 səhifəlik kitab, inanıram ki, yeni nəsil ədəbiyyatçılara,
alimlərə, şair və
yazıçılara, tələbələrə, aktyor və jurnalistlərə, ədibin
qüdrətli bir satirik
şair kimi də
tanımaqda xeyli kömək edəcək.
Azadə
ƏSGƏRZADƏ
525-ci qəzet.- 2022.- 31 mart.- S.11.