İradə Əlilinin Qarabağ haqqında  kitabları təqdimatı olunub 

 

Martın 30-da Azərbaycan Respublikası

Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İradə Əlilinin (Əliyeva) müəllifi olduğu Qarabağ mövzusunda “Zəfər yolu”, “Bir damla göz yaşında torpaq həsrəti və “Laçın həsrətim” adlı kitablarının təqdimat mərasimi keçirilib.

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib kikitablar Azərbaycaningilis  rus dillərində çap olunub.

Tədbirdə əvvəlcə soyqırımı qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov təqdim olunan kitablar haqqında məlumat verərək bildirib kihər üç kitabda Qarabağın tarixicoğrafi ərazisiMilli qəhrəmanlarışəhidləriqaziləri haqqında məlumatlar öz əksini tapıb.

Kitabın xarici dillərdə nəşrinin əhəmiyyətini vurğulayan direktor deyib: “Biz ölkəmizin tarixi haqqında olan müxtəlif dillərdə dərc olunan kitablara ehtiyacı ən çox xaricdə keçirilən sərgilərtədbirlər zamanı hiss edirik”.

Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Bilal Haye qeyd edib ki, bir pakistanlı olaraq azərbaycanlılar arasında olmaq çox xoşdur. O, Pakistan ilə Azərbaycan arasında daim mövcud olan qardaşlıq əlaqələrindən bəhs edibBildirib ki, 44 günlük II Qarabağ müharibəsi dönəmində qardaş Pakistan xalqı və hakimiyyəti daim Azərbaycanın yanında olaraq öz siyasi və mənəvi dəstəyini əsirgəməyib. Səfir çıxışında vurğulayıb kiədəbiyyatçı olmasa dabelə kitabların nəşr olunması onu fərəhləndirir: “Texnologiyaların inkişafı müasir dönəmimizdə kitablara olan ehtiyacı azaldıbməhz bu dövrdə belə əhəmiyyətli nəşrlərin olması çox vacibdir”.

Səfir müəllifi kitabların nəşri münasibətilə təbrik edib.

Türkiyə  Azərbaycan İş Adamları İctimai Birliyinin (TÜİB) direktoru Hüseyn Böyükfırat çıxışında bildirib kiTürkiyə  Pakistan 44 günlük II Qarabağ savaşı dönəmində daim qardaş Azərbaycanın yanında olub: “Savaşın ilk dönəmlərindən daim öz çıxışlarımda vurğulamışam kiqələbəyə görə şəhidlərimizəqazilərimizə borcluyuqonların bu əzmkeşliyini heç vaxt unutmamalıyıq”.

Rumıniya Mədəniyyət Mərkəzinin rəhbəri İosefina Batto tədbirdə iştirakından məmnunluğunu ifadə edib. Tədbirin əhəmiyyətindən danışan natiq İradə Əlilinin Xocalı faciəsindən bəhs edən kitabının rumın dilinə tərcümə olunması layihəsindən bəhs edib.

Azərbaycan DilləUniversitetinin Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova çıxış edərərektor Kamal Abdullanısalamlarını çatdırıb. Qeyd edib ki, İradə Əlilinin Xocalıya həsr olunan kitabının ispan, italyan, fransız dillərinə çap olunması nəzərdə tutulur.

Tədbirdə çıxış edən digər natiqlər müəllifin yeni kitablarının mövzu baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

İradə Əlili çıxış edərək tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya öz minnətdarlığını bildirib və kitabların çapında əməyi keçən hər bir şəxsə təşəkkürünü çatdırıb.

Sonda iştirakçılar Milli Kitabxananın fondunda olan İradə Əlilinin müəllifi olduğu kitabların sərgisi ilə tanış olublar.

 

 

525-ci qəzet. - 2022.- 31 mart.- S.9.