QOŞMALAR
Mürği-ruhum təndə durmaz, dövr edər,
Yenə canan düşdü yada, ay mədəd!
Qərib ölkə, baş yastıqda, göz yolda,
Kimim var ki, yetə
dada, ay mədəd!
Diyarı-qürbətdə mən bəxtiqarə
Bir dərdə düşmüşəm,
bulunmaz çarə;
Bilsəm,
badi-səba yetirər
yarə,
Çəkərəm bir qəlbi səda, ay mədəd!
Sübhü şam gözümdən
tökərəm qanlar,
Görüb yar, müsahib üzümü danlar...
Hər diyara qəflə işlər, yapanlar,
Gələn yoxdur bu bərbadə, ay mədəd!
Gözdən saldım gözəllərin
cəmini,
Yəqubun bağladım dərdü
qəmini;
Seyli-əşkim tutdu ruyi-zəmini,
Tapmadım, əyləşəm, ada, ay mədəd!
İzn olmadı qucam incə belindən,
Öpəm dodağından, əməm
dilindən.
Mən Şakirəm, bir zalımın əlindən
Cavan ömrü verdim bada, ay mədəd!
***
Şamü səhər qan
süzüldü didəmdən,
Razi-dilim pərizada yetmədi.
Gah yalvardım, gah döşəndim payinə,
Kar guşinə
nalə, səda yetmədi.
Tora saldı canan könül quşumu,
Aldadıban sərdən aldı huşumu.
Qatdı
fələk qovğalarla
başımı,
Rəhmə gəlib yar imdada yetmədi.
O gözləri şəhla,
qaməti bəstə,
Anlamaz, nə çəkir Şakir şikəstə,
Didari şövqündən düşübdü
xəstə,
Ömür keçib, bir murada yetmədi.
GƏRAYLI
Nə müddətdi o biilqar
Mənimlə göz-gözə gəlməz.
Boş,
bihudə sözdən
ötrü,
Yar yarınnan
sözə gəlməz.
Eşqinə can verə-verə,
Müştaq idim o dilbərə,
Tor qurmuşam nahaq yerə,
Ahu olub düzə gəlməz.
Az qalıb ki, fitnə-feli,
Şakiri
eləyə dəli,
Qapı-qapı gəzər eli,
Yön çevirib
bizə gəlməz.
Baba bəy Şakir
525-ci qəzet.- 2022.- 7 may.- S.23.