Şuşa qazisi Mirzə
Əbülqasıma
Matəmi böylə tutarmış məgər adəm, qazi,
Edə lənət ona bəs sahibi-matəm, qazi.
Sən necə zamin olurdun, kişi,
dava olmaz,
Bu sözü rus
yanında dediniz həm, qazi.
Siz məgər halını öz əhlinizin bilmərsiz,
Zərrəcə bəd əməlindən
eləməz qəm, qazi.
Özgə davada olan kəslər alır simü zəri,
Qırdırır şişəlini müftü
müsəlləm qazi.
Zahirən qələlinin qətlə
gedərdi nisfi,
Olmasaydı aralıqda yenə Rüstəm, qazi.
Daima vəz eləyir xalqa ki, ehsan
eləyin,
Özü heç dışqara
verməz ola
gər nəm qazi.
Daş daş üstə belə Şişədə
durmaz hərgiz,
Bəzi işlərdə əgər
olmasa ələm, qazi.
Adını molla qoyan xalqa
deməz rast yolu?
Onların dərdi edibdir qədimi xəm, qazi.
Unudurlar
hamısı tarı,
peyəmbər əmrin,
Gər aralıqda ola
söhbəti-dirhəm, qazi.
Bir para vaxt danışmaq
bizə lazımdır,
leyk
Bir para vaxtda yegdir əbhəm,
qazi.
Demişəm mən sənə
heç vəqt inanma xalqa,
Bəzi övqat eşit pəndimi kəm-kəm, qazi.
Bundan artıq nə yazım dərdi-dili, mövlana,
Deyərəm baqi sözümü səni görsəm, qazi.
Nəzər ağaya
Sənsən İran padşahının
oğlunu
Qırx
səkkiz gün çöldə alladan, Nəzər,
Qulluğuna Yermolofun yanına
Hiyləkarlıq ilə tulladan Nəzər.
Çoxlara dəgibdi xeyrin,
nə şərin,
Kimyadır əlhəqq feyzi-nəzərin.
Bir yalqız bud kimi sənin hünərin
Düşmənin Tiflisdən tovladan
Nəzər...
...El içində divan-dərə
qurdurub,
Ərzəçinin ərzin yaxşı sordurub,
Palana layiqə palan urdurub,
Çula layiqini çulladan Nəzər.
Axtarırlar səni əhli-vilayət,
Səbəb budur olmuşdular
fəraqət,
Budur sözüm: məndən
sənə əmanət.
Həzər etməlidir molladan Nəzər.
Sənin
qədrin hərgiz bilən olmadı,
Töhmət qubarnı silən
olmadı,
Tökülən stəkan neçin
dolmadı,
Çörəgi çayında bolladan Nəzər.
Bu səhmü səlabət
ki vardı səndə,
Həqqüçünə yoxdur bir Əhriməndə.
Kişilərin bir təqsiri düşəndə,
Boşadıb arvadın dulladan Nəzər.
Qızılbaşa dedi yalan sözünü,
Xətaya
salmışdı kişi, özünü.
Şahzadənin elçisinin gözünü
Qələyə gələndə bağladan
Nəzər.
Aşıq Pəriyə
Sən ey Pəri, məlik
pərvərdəsisən,
Həmə vəqt degərdik biz çakər ona.
Nədən ötrü bizdən
kənar gəzirsən,
Nə tabe olubsan sərasər ona.
Nə xoş göftarı var, nə xoş
sadədir,
Bu dərdim hamıdan bir ziyadədir,
Doğrudur, dibaçə mələkzadədir,
Bəs nədən
deyirlər zülmkar ona.
Geyinibsən yasılını, alını,
Nə çəkirsən
qovğasını, qalını?
Büzürg xidmətində gördük
halını,
Səmadan gələcək səbəbkar
ona.
Əzəl başdan Mirzəcandır
ustadın,
Cəmi-Dizaqidə söylənir adın.
Nə səbəbdən sizin bala Fərhadın
Gah xüxən
deyirlər, gah püsər ona?
Arifəm,
bu yerdə yarı görəndə,
Mən nə deyim bu düxtəri
görəndə?
Əql itirdim sən əğyarı görəndə,
Neçin göstəribsən etibar
ona?
Aşıq Pəriyə ikinci
məktub
Aşıq Pəri, kağız
sənə yetişkəc,
Durmuyuban
gərək bura gələsən,
Bir tavus quşutək, ya mürği-tuti,
Gəzəcəksən yəqin əldən-ələ sən...
...Dəymək üçün
zülfə əzmə
şanəni,
Yola apar görəndə divanəni.
Səpibsən üzünə xaldan
danəni,
Qurubsan zülfidən
damü tələ sən.
Pəşminə saymırsan paşanı,
xanı,
Eyləyirsən şahlar kimi divanı.
Sən Qədirdə olan neyü surnanı
Görməyibsən, görsən məgər gələsən.
Üçüncü məktub
Aşıqlığın lafı amma dürüstdür,
Çəkərin yox Süleymandan,
ey Pəri,
Əgər görsən bala
Allahverdini,
Keçərsən baş ilə candan, ey Pəri.
Bilirəm halını, ey şuşi-tənnaz.
Səni sevən çoxdur, ey mədəni-naz.
Qabağında durub söhbəti-yay,
yaz
Vəqtidir çıxmaq gülüstandan,
ey Pəri.
Günki
bunlar bir sünnətsiz tərsadır,
Hər bir işdə rəsiddir, həm zibadır.
Görən deyər, aya bu nə qovğadır?
Səda
gəlir hər bir yandan, ey
Pəri
Ehtiyat lazımdır hər bir insanə,
Dutmaya böylə iş, batmaya qanə,
Qədr
ilə Qədirlə girmə meydanə,
Həzər eylə bu meydandan,
ey Pəri.
Cəfərqulu xan Nəva
525-ci qəzet.- 2022.- 7 may.- S.23.