Ulu öndər Heydər Əliyev
və Azərbaycan dili
Dil hərbi
bir millətin varlığını müəyyənləşdirən
amillərdən biridir. Bu baxımdan hər bir millət
özünün dilinin
mühafizəkarı olmalıdır.
Azərbaycan Demokratik Respublikasının
süqutundan sonra yaradılan imperiya respublikalarda milli dili dövlətin vahid dilindən - rus dilindən sonraya keçirmişdi. SSRİ deyilən imperiyanın dil siyasəti belə idi, on illərlə, daha dəqiq desək, 1991-ci ilə kimi belə
davam etdi. Hələ sovetlər dönəmində müttəfiq
respublikalarda dil məsələsinə xüsusi
diqqət yetirilirdi: Moskva rus dilinin
hegemonluğunu saxlamağa,
respublikalar milli dili fəallaşdırmağa
çalışırdı.
SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da
gücləndirildi. Belə bir
şəraitdə ana
dili məsələsinin
təbliği ilə məşğul olmaq cəsarət tələb
edirdi. Hətta milli respublikaların
rəhbərləri də
ana dili məsələsini gündəmə
gətirməkdə aciz
idilər. Bütün bunlara
baxmayaraq, o vaxt Azərbaycan Respublikasının
rəhbəri olan Ulu öndər Heydər Əliyev dil məsələsində
öz mövqeyini çox cəsarətlə,
qətiyyətlə bildirirdi.
1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan
SSR Ali Sovetinin Azərbaycan
Sovet Sosialist Respublikası Konstitusiyasının
layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına
həsr olunmuş VII sessiyasında məruzə
ilə çıxış
edən Ulu öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada
vermək təklif olunmuşdur: "Azərbaycan
Sovet Sosialist Respublikasının dövlət
dili Azərbaycan dilidir". Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel
tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır.
Azərbaycan dilinə dövlət
dili statusunun verilməsi Ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən
böyük tarixi xidmətlərindən biridir.
Ulu öndər bununla gələcək müstəqil
dövlətçiliyin milli
rəmzlərindən birini
dahiyanəliklə. Azərbaycançılığın
təntənəsi olmaq
etibarilə belə qorumuşdu.
Hər bir xalq tarixən müəyyən milli dəyərlərə malik
olur. Onları formalaşdırır, yaşadır. Milli dəyərlərin
ən gərəklisi
onun dilidir. Dil sosial həyatın yaşam vasitələrindən
biiri kimi həmişə gərəkli
olub. Digər tərəfdən, dil həm də
dövlətlərarası münasibətlərin qurulmasında
başlıca amillərdən
biridir. Heç bir dövlət
milli dilinə ehtiramla yanaşmayan dövlətlə dostluq münasibətləri qurmaq
istəməz.
Azərbaycan dilinin incəliklərini mükəmməl bilən
Ulu öndər dövlət idarəçiliyi
sistemində işləyənlərdən
də bunu tələb edirdi, bunu dövlətə sevginin təzahürü,
təsdiqi kimi dəyərləndirirdi.
Dövlət dili uğrunda ardıcıl mübarizə
aparan Ümummilli lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq
hüququ uğrunda mübarizəyə cəlb
edərək bütün
qüvvələri səfərbər
etmişdi. Böyük tarixi şəxsiyyət
SSRİ Konstitusiyası haqqında
nitqində böyük
sevgilərlə xüsusi
olaraq vurğulamışdı
ki, Konstitusiya vətəndaşlara təhsil
hüququ vermişdir.
Bu hüquq ana
dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana
dilinin dövlət dili statusunu qorumaq məqsədinin təzahürü idi.
Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi
istiqamətində müxtəlif
vasitələrdən istifadə
edirdi. Azərbaycanda dilçi alimlərə
yüksək diqqət
və qayğı göstərilməsi, milli
dildə nəşr edilən kitabların tirajlarının artırılması
və digər tədbirlər ana dilinin daha da
inkişaf etdirilməsi
məqsədi daşıyırdı.
Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə
xüsusi önəm yetirən Ümummilli lider Azərbaycan dilinin adını özümüzə qaytarmışdır. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası
hazırlanarkən dövlət
dilinin necə adlandırılması ilə
bağlı müxtəlif
təkliflər irəli
sürülmüşdü. Bu təkliflərin çox böyük əksəriyyətində ana
dilimizin Azərbaycan dili adlandırılması
dəstəklənirdi. Geniş müzakirələrdən sonra
1995-ci ildə ümumxalq
səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın
21-ci maddəsində Azərbaycan
Respublikasının dövlət
dilinin Azərbaycan dili olması öz əksini tapmışdı. Bundan sonra
ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdi.
Ulu öndər
Heydər Əliyev ana dilimizin tarixi
keçmişi ilə
yanaşı, mövcud
durumunu və problemlərini daim diqqət mərkəzində
saxlayıb və bu yöndə bir sıra mühüm
tədbirlərin həyata
keçirilməsinə dair
imza atıb. Ulu öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf
dönəmində yaranmış
vəziyyəti nəzərə
alaraq 2001-ci il
iyunun 18-də "Dövlət
dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında" Fərman
imzalamışdır. İlk növbədə
müstəqil Azərbaycan
dövlətinin dil siyasətinin müəyyənləşməsi,
formalaşması və
möhkəmləndirilməsi baxımından müstəsna
əhəmiyyət daşıyan
bu tarixi Fərman dövlət dili ilə bağlı
hərtərəfli və
geniş məlumatları
özündə ehtiva
edir. Sözügedən Fərmanla Azərbaycan
Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdı.
Belə bir komissiya Ulu
öndərin rəhbərliyi
ilə dil siyasətini uğurla tamamlayacaqdı.
Dövlət dili uğrunda ardıcıl mübarizə
aparan Ümummilli lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq
hüququ uğrunda mübarizəyə cəlb
edərək bütün
qüvvələri səfərbər
etmişdi. Böyük tarixi şəxsiyyət
SSRİ Konstitusiyası haqqında
nitqində böyük
sevgilərlə xüsusi
olaraq vurğulamışdı
ki, Konstitusiya vətəndaşlara təhsil
hüququ vermişdir.
Bu hüquq ana
dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana
dilinin dövlət dili statusunu qorumaq məqsədinin təzahürü idi.
Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi
istiqamətində müxtəlif
vasitələrdən istifadə
edirdi. Azərbaycanda dilçi alimlərə
yüksək diqqət
və qayğı göstərilməsi, milli
dildə nəşr edilən kitabların tirajlarının artırılması
və digər tədbirlər ana dilinin daha da
inkişaf etdirilməsi
məqsədi daşıyırdı.
Ulu öndərin "Azərbaycan
əlifbası və Azərbaycan dili gününün təsis
edilməsi haqqında"
2001-ci il 9 avqust tarixli Fərmanına əsasən
hər il avqustun 1-i ölkəmizdə
Azərbaycan əlifbası
və Azərbaycan dili günü kimi qeyd edilir.
"Azərbaycan Respublikasında
dövlət dili haqqında" Azərbaycan
Respublikasının Qanunu
2002-ci il 30 sentyabr tarixində qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası
Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini
öz müstəqil dövlətçiliyinin başlıca
əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır,
dünya azərbaycanlılarının
Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə
ehtiyaclarının ödənilməsi
üçün zəmin
yaradır. Həmin Qanun Azərbaycan
Respublikası Konstitusiyasına
uyğun olaraq Azərbaycan Respublikasında
Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.
Ulu öndər Heydər Əliyev Azərbaycan dili haqqında dediyi kəlamlar tarixən yaşadılacaqdır: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm"; "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir"; "Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir". Bu kəlamlar Azərbaycan dövlətçiliyinə sevgidir, Azərbaycan dilinə sevgidir, azərbaycançılıq ideologiyasını yaşatma niyyətinin təzahürüdür.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycan
klassik ədəbiyyatını da, müasirləri də böyük
sevgilərlə oxumuşdu, oxuyurdu. Onun Azərbaycan dilinin ən böyük
mühafizəkarı olması dilimizə vaqifliyin
nəticəsi idi, dilimizə sevginin nəticəsi idi...
Səbinə XASAYEVA
Milli Məclisin deputatı
525-ci qəzet.- 2022.- 7 may.- S.9.