Ulu öndər şəxsiyyəti: zamanın fövqündə

 

 

Azərbaycan xalqının XX yüzillikdə dünyaya bəxş etdiyi, zamanın fövqünə yüksələn ən böyük tarixi şəxsiyyət, Ümummilli liderimiz Heydər Əliyevdir. Dahi Heydər Əliyevin Azərbaycan xalqı, dövləti dövlətçiliyi üçün gördüyü nəhəng işlər, uzaqgörənliklə atdığı misilsiz addımlar onun ümumən zamanın, bütün dövrlərin müstəsna şəxsiyyətinə çevirib. Bu dahi dövlət xadiminin adı bütövlükdə Azərbaycan dünya tarixinin səhifələrinə parlaq hərflərlə yazılıb. Zaman keçdikcə daha aydın şəkildə məlum olur ki, müstəqil müasir Azərbaycanın memarı kimi Ümummilli liderimiz Heydər Əliyevin tariximizdəki yeri rolu təkrarsızdır. Çünki dünya siyasətinin ən nəhəng simalarından olan Ulu öndər ölkəmiz üçün ən mürəkkəb keşməkeşli günlərdə yaranmış çox ağır vəziyyətlərdən çıxmağın ən düzgün, qüsursuz yolunu tapmağı bacardı. Heydər Əliyevi tarixdə bu uca mövqeyə, Ümummilli lider səviyyəsinə yüksəldən, fəaliyyətini zamanlara sığmaz edən ən ali keyfiyyətlərdən birincisi doğma xalqına sonsuz bağlılığı, sevgisi inamı idi. Xalq da öz liderinə sadiqlik nümayiş etdirir, ona qəlbən inanırdı, o böyük övladını özünə əbədi mayak sanırdı. Bənzərsiz şəxsiyyəti, siyasət dövlət xadiminə xas olan böyük istedadı ilə dərhal seçilən Ümummilli lider Heydər Əliyev hələ sağlığında xalqın qəlbində, zehnində abidələşmiş, dünya azərbaycanlılarının tükənməz məhəbbətini qazanmışdı.

 

Azərbaycanlı olmağı ilə həmişə fəxr edən bunu qürurla dilə gətirən Ümummilli liderimiz bütün şərəfli ömrünü xalqının rifahına, Azərbaycanı qurub-yaratmağa müstəqil ölkəsini bütün dünyada tanıtmağa sərf etdi. qədər çətin olsa, güclü, qüdrətli yenilməz bir dövlət qurdu. Tərəqqiyə, yüksəlişə xidmət edən amalları, ölkəmizi davamlı inkişaf yoluna çıxaran nəcib əməlləri ilə həm tarixdə, həm Azərbaycan xalqının yaddaşında silinməyən izlər qoydu.

 

Artıq səhifələnib tarixə dönmüş ötən əsrin yetmişinci illərindən etibarən Heydər Əliyev Azərbaycana böyük ustalıq sədaqətlə rəhbərlik etməyə başlamışdı. Ulu öndərin bənzərsiz təşəbbüskarlığı, müdrik siyasəti, qeyri-adi əzm bacarığı ilə həmin dövr Azərbaycanın tarixinə yüksəliş dövrü kimi düşüb. Bu o vaxtlar idi ki, Azərbaycan keçmiş Sovetlər Birliyinin tərkibində birbaşa Moskvadan idarə olunurdu. Lakin Ulu öndərimiz onda da Azərbaycanın çiçəklənməsi davamlı inkişafı naminə böyük çətinliklər bahasına mərkəzin diqqət qayğısını ölkəmizə yönəltdi. Bu inanılmaz dərəcədə cəsur addımı o illərdə atmaq sarsılmaz iradə, dönməz qətiyyət, hər şeydən öncə isə öz xalqına sonsuz məhəbbət tələb edirdi. Böyük tarixi şəxsiyyət Heydər Əliyev bütün bunlara sahib bir şəxsiyyət olaraq, qarşısına qoyduğu ali planları özünəməxsus qüdrət məharətlə həyata keçirdi.

 

Keçmiş İttifaq süquta uğradıqdan sonra Azərbaycan Respublikası da öz dövlət müstəqilliyini bərpa etdi. Həmin günlərdə ölkəmiz Ermənistanla müharibə vəziyyətində idi. O zaman Azərbaycana rəhbərlik edən şəxslər qətiyyətsizlik iradəsizlik nümayiş etdirərək dövlətçiliyimizi, torpaqlarımızın bütövlüyünü qoruya, bunun üçün zəruri olan güclü iqtisadiyyat ordu yarada bilməmişdilər. Bundan bacarıqla istifadə edən təcavüzkar ermənilər qanla yoğrulmuş işğalçılıq planlarını həyata keçirmək yolunda xeyli irəlilədilər, ölkəmizin dilbər guşələrindən ibarət 20 faiz ərazimizi işğal etdilər. 1993-cü ilin iyununda ölkədə baş verən hadisələr çox ağır xarakter almışdı, vəziyyət son dərəcə gərginləşmişdi. Elə həddə çatmışdı ki, yenicə müstəqillik qazanmış Azərbaycan dövləti dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Bu fəlakətlərin qarşısını yalnız bir sarsılmaz qüvvə kəsə bildi: Heydər Əliyev şəxsiyyəti onun öz doğma xalqı ilə sarsılmaz birliyi!

 

Görkəmli alman filosofu Hegel tarixdə şəxsiyyətlərin rolu ilə bağlı yazırdı: "Sürətlə siyasi tənəzzülə yaxınlaşan xalqların taleyini yalnız dahilər xilas edə bilərlər". Filosofun düşüncələri bir daha həyatda öz təsdiqini tapdı. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan üçün çox çətin bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə gəldi ölkəni real təhlükələrdən, eləcə gələcəkdə üzləşə biləcəyimiz maneələrdən xilas etdi.

 

Ulu öndərin yenidən hakimiyyətə gəlişi ilə proseslər Azərbaycanın xeyrinə inkişaf etməyə başladı, vətənimizin başı üstünü almış qara buludlar tez bir zamanda dağıldı. Xalqın tələbi ilə hakimiyyətə qayıdandan sonra heyrətamiz iradə və qətiyyət nümayiş etdirən Ümummilli liderimiz ölkəni düşdüyü fəlakətdən qurtarmağa müvəffəq oldu. Ulu öndər hakimiyyətə qayıdan kimi parlaq uğurlara hesablanmış səmərəli işlahatlara başladı. Böyük sürətlə həyata keçirilən bu səmərəli islahatlar sayəsində qısa müddət ərzində ölkəmizin həyatının bütün sahələrində ciddi dönüş yarandı. İstər hüquqi dövlət quruculuğu istiqamətində, istər iqtisadiyyatın dirçəldilməsi yolunda, istərsə də cəmiyyətdə kütləviləşmiş cinayət hallarının qarşısının alınmasına və ən başlıcası - ordu quruculuğu istiqamətində tarixi addımlar atıldı. Silahlı Qüvvələrin yenidən formalaşması, ordumuzun müntəzəm güclənməsi üçün çox mühüm, zəruri işlər görüldü. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli əmri ilə böyük Zəfər yürüşünə çıxan Azərbaycan Ordusunun bu möhtəşəm qalibiyyətinin təməlləri zamanında məhz Ulu öndər Heydər Əliyev tərəfindən atılmışdı. Onun bir vaxtlar müdrikliklə başlatdığı inkişaf prosesi dövlətimizin başçısı cənab İlham Əliyevin uğurlu rəhbərliyi sayəsində məntiqi nəticəsinə qovuşdu, 28 ildən çox erməni qəsbkarların tapdağına çevrilmiş əzəli torpaqlarımız azad edilməklə tariximizdə ən möhtəşəm milli nailiyyətimiz gerçəkləşdi.  

 

Ümummilli lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli fəaliyyəti milli-mənəvi və ictimai-siyasi irsimizin olduqca qiymətli tərkib hissəsidir, yeni nəsillər üçün sözün həqiqi mənasında müstəsna əhəmiyyətli örnəkdir. Əsası bu nəhəng tarixi şəxsiyyət - Ulu öndərimiz tərəfindən dərin inam və yenilməz əzmlə qoyulmuş qüdrətli Azərbaycan dövləti hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında daha da güclənməkdə, şanlı tarixinin yeni parlaq səhifələrini yazmaqdadır.

 

Xalqımızın uğurlu sabahının, firavan yaşayışının möhkəm təməllərini qoymuş Ümummilli liderimiz Heydər Əliyevin xatirəsi hər bir azərbaycanlı üçün əziz və unudulmazdır. Ulu öndərin hüquqi dövlət quruculuğu, hərbi və iqtisadi sahədə inkişaf, mədəni tərəqqi, milli şüurun dirçəlişi, ideologiyamızın formalaşması və möhkəmlənməsi, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi və digər sahələrdəki zəngin irsi bu gün elm və təhsil ocaqlarında dərindən öyrənilir, geniş təbliğ olunur. Beləliklə, Ümummilli liderimiz Azərbaycanın işıqlı gələcəyinə doğru gedən yolda mənən və ruhən yenə də bizimlədir, hər zaman da belə olacaq. Azərbaycan xalqının öz Ümummilli liderinə olan sevgisi, ehtiramı gündən-günə güclənəcək, Ulu öndərin yüksək idealları zamanın sınaqlarından uğurla çıxaraq dövlətimizin inkişaf yolunu daima işıqlandıracaq. 

 

 

Səfər ƏHMƏDOV,

 

Ədliyyə polkovniki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin rəisi

 

525-ci qəzet.- 2022.- 7 may.- S.7.