Samuray mənəvi ruhu yaşayır  

 

 

(Əvvəli ötən çərşənbə sayımızda)

 

Siyasət qəddarlıqdan uzaq olmalıdır

 

Biri Konfutsidən siyasət barədə soruşanda ona dedi ki, "Əgər biz pis adamların öldürülməsini arqument kimi götürsək, bu, xeyirxahlığa gətirib çıxaracaqdırmı? Bu barədə sizin mövqeyiniz necədir?" Konfutsi bir qədər tərəddüd etdi dedi: "Siyasəti anlamaq naminə adamları öldürməyə kimi bir ehtiyac vardır? Mən xeyirxahlıq arzu edirəmsə, adamlar artıq yaxşı olmalıdırlar. Fövqəl insanın ləyaqəti sadəcə küləkdir. Adi adamın ləyaqəti isə otdur. Üstündə külək əsəndə ot əyiləcəkdir". Bu heço demək deyildir ki, səfeh adam desin ki, qılınc gəzdirməklə qalib gəlmək üçün hökmən öldürmək lazımdır. Lakin həm də deyilə bilər ki, mən qələbə üçün mübarizə aparmıram, təki qoy düşmən məğlub olsun. Böyük nəciblik öldürməyə heç bir ehtiyac duymur. Adamlar özlərinin elə bir hərəkəti olmadan da hökmən məhv olacaqlar".

 

Ağılın işiqorxuya üstün gəlmə yolları

 

İşıqlanmanın iki cığırı vardır: biri sənətdir, digəri isə dindir. Hər iki cığır bir-birilə sıx əlaqədardır.

 

Döyüş sənətində də müvafiq olaraq iki məşq metodu vardır, biri məşq etmənin rasional cəhətinə diqqət yetirməkdir, digəri isə texniki cəhətlərinə yiyələnməkdir. Döyüş sənətləri adamların ağlının, bədəninin və bacarığının rasional vəhdətinə yaxınlaşmaqdır. Döyüş sənətində adamın ağlı dünyanın təbiətinin tam daxilinə nüfuz etməyə nail olduqda özünü aşkar edironun bədəninə ağalıq edir. Həm də bu, fiziki texnikalarda əks olunur.

 

Əzab çəkməkdən uzaqlaşmağı bacarmadıqda, biz davam edən qaydada əzabı məhv etməyə çalışırıq. Ancaq həyatımızı daha ləyaqətli etmək sahəsində arzunun reallaşmasında da çətinlik mövcud olur. Tantal əzablarından (Qədim yunan mifologiyasında allahlar Tantalı icra etdiyi bir sıra cinayətlərinə görə cəzalandırmışdı. O, suyun içində olduğu halda, suyu içib yanğısını söndürə bilmirdi. Üzünə dəyən meyvələri qoparmaq istəyəndə budaq ondan uzaqlaşırdı. Bundan da "Tantal əzabları" ifadəsi meydana gəlmişdir - müəllif) xilas olmağın açarları təbiətdə tapıla bilər. Onu əldə etməklə, çətinliklərə üstün gəlmək üçün biz öz həyatımızda döyüş sənəti ilə də rastlaşırıq. Bu açarlar reallığın mahiyyətini başa düşməyə kömək edir.

 

Möhkəmlik və ritm budonun (döyüş sənətlərinin - müəllif) mahiyyətini təşkil edir. Möhkəmliyi və ritmi başa düşən adam başqalarına da nəzarət edir. Möhkəmlik özünə inamın nəticəsidir. Bu dünyadakı hər şey ritmə malikdir. Ritm rəqibin hərəkətini ayırd etmək üçün adamın gözünü açır. Əgər biri əks ritm ilə hücum edirsə, bu, asan bir qələbəyə aparacaqdır. Ritmə malik olmaq təcrübənin keyfiyyətindən və kəmiyyətindən asılıdır. Qalib gəlmək üçün biri ritmik olmayan zərbələr vuracaqdır. Hər bir adam gücü başa düşmək və ona sahib olmaq üçün vaxtı uğurlu qaydada seçməkdən ötəri məşq etməyə möhtacdır.

 

Öyrənməyin, qorxmamağın vacibliyi

 

Ağıl və texnika bir-birilə əlaqədardır. Adamın bədəni fəal olanda, ağlı da sakitlikdə olur. Fizikiruhi tarazlıq döyüş üçün vacib məsələdir. Döyüş meydanında heç kəs düşünməyəcəkdir ki, onun rəqibi müqəddəsdir, ya yox. Müvəqqəti qələbə mənasız şeydir. Həyat dövrü üçün qələbə həqiqi qələbədir.

 

Kim öyrənməyə diqqət verirsə, ehtiraslı və ciddi döyüşçü olacaqdır ki, rəqibin bunu bilməsinə imkan vermədən öz texnikasından istifadə edə bilsin.

 

Həyata və özünə üstün gəlmək ölümdən qorxmamaqdır və ondan müxtəlif yollarla qaçmaqdır. Bədəni və ağlı mühafizə etmək məşqi iki fərqli şeylərdir. Ətrafdakı hay-küydən heç də halını pozma, tərif edən çıxışla və davranışla da özünü aldatma. Öz üzərindəki yüyəni möhkəm saxla, başqalarına isə mərhəmətli ol.

 

Döyüş sənətləri strategiyanı öz arxasınca aparır. Vuruşda sən aldatma variantını yaddan çıxarmamalısan. Pantera ovlayacağının ətrafına dolanmaq üçün uzun yol keçir.

 

Böyüməyini əldə etmək üçün sən rəqibə malik olmalısan, çünki rəqib nə vaxtsa sənin düşmənin ola bilər. Düşmənin üstünlüyünüya səndən zəif olmasını anlamalısan. Təşəbbüsü ələ götür və düşmənin hərəkətlərini müşahidə et. Qoy düşmən öz strategiyasını göstərsin ki, ona açar tapa biləsən. Həm də düşmənin üslubunda onun möhkəm və zəif cəhətlərini tap. Qələbə də, məğlubiyyət də təşəbbüsü ələ almağından və necə vuruşacağından asılıdır.

 

Biri düşmənə qarşı həmişə sakit, ehtiyatlı və intizamlı hərəkət edirdi. Sən ilk hərəkətini et və rəqibin zərbə vurmasını gözlə. O vaxta qədər gözlə ki, rəqib, nəhayət, sənə öz korluğunu göstərsin. Gözlə, qoy rəqib sənin ətrafına dolansın. Tələsmə, qoy rəqib hücum etsin ki, sən yaxşı müdafiə olunmağı bacarasan.

 

Qorxuya üstün gəlməlisən, bunun üçün ağlını və iradənin möhkəmliyinin artdığını müşahidə etməlisən. Ağıllı fəaliyyətini və kainatın həqiqətini hiss etməkdə şüurlu olsan, qorxun yoxa çıxacaqdır. Ağlını aydın saxla, sakit dayan. Çox adama qulaq as. Öz real hissiyyatından asılı ol. Nə etmişsənsə, ona görə peşmançılıq hiss et.

 

Adam dünyəvi arzu ilə vəsvəsə arasında daim var-gəl edir. Sən təşviş keçirməməlisən. Yaşadığın dövrdə nə qədər bacarırsansa, yaxşılıq et, sən öləndə sadəcə olaraq ölməyin özünə də ehtiyac duyacaqsan.

 

Məşq etməyi pisləmək pula sahib olmaq arzusundan irəli gəlir, həm də hakimiyyətə sahib olmaq iştahası özünü büruzə verir, bu, həm də şöhrət ovuna çıxmaqdır, sevincə, qoxuya malik olmaq istəyidir.

 

Vuruş üçün göz mühüm faktordur. Daim ehtiraslı şəkildə təcrübə qazanmaqla məşğul ol. Sən özünü cəmləşdirməyəndə və ehtiyatlı olmayanda bilavasitə özünə xətər toxunmasını dəvət edəcəksən.

 

Bütöv təbii hazırlıq üçün öz ağlını düşüncələrdən azad saxla, bu vaxt daxilən özünü coşduracaqsan. Sənin bədənin hücum vəziyyətində olmalıdır.

 

Vuruş vaxtı sənin bədənin öz aşağı səviyyəsindəki mövqeyini itirməyə meyl edir. Bu, səni əsəbi vəziyyətə salacaqdır. Özünü aşağı hazırlıq mövqeyində saxla - bu, hücumu və müdafiəni asanlaşdıracaqdır.

 

Sənin bədənin irəli əyiləndə hava sənin sinənə pis təsir edə bilər. Oksigenin azaldığını hiss edə bilərsən.

 

Liderin sözləri və əməlləri mütəşəkkillik dərəcəsini və adamların özünü dəyişdirir, onları birləşdirə və ayıra bilir. Onun liderliyi altında yuxarı qalxmaq və aşağı düşmək olar. Ləyaqətli adam öz bacarığını hissiyyatı ilə əlaqələndirməyə və şeylərin həqiqi təbiətini müşahidə etməyə qadir olur. Belə adam başqaları üçün məqbul olan cığırı tapmağı bacarır. Düzgün cığıra adamların dəqiq hərəkətləri ilə daş döşənmişdir. Əgər sən təbiətin öz xətti ilə getməsinə imkan versən, ev yəqin ki, dağılacaqdır.

 

Ləyaqətli adam xalqın birliyini qorumaq üçün etirafa da ehtiyac olduğunu bilir. Kompliment sifəti saxlamaqdostluğu dəstəkləmək üçün səmərəli olur. Lakin komplimentdən də səmərəli qaydada istifadə olunmalıdır.

 

Buddizm dini. Onun samuray sinfinə təsiri

 

Acıq, qorxu, paxıllıq, yoxsulluq, pis danışmaq, mənasızlıq qarışıq ifadə tərzi təkcə əzab çəkməyə səbəb olmur, həm adamın səhhətinə ziyan vurur.

 

Sən ağıl gücünü , öz fikirlərini bir nöqtəyə cəmləşdir meditasiyaya (bu, sükutla fikrə dalmaqdır həm onun vasitəsi ilə xüsusi mistik bilik əldə edilir - müəllif) başla. Sənin gözlərin örtüləndə, burada digər gözün mövcudluğu özünü göstərir o, üçüncü göz sayılır.

 

Buna bənzər müddəlar buddizm təlimindən irəli gəlir. Buddizm isə dünyanın ən böyük dinlərindən biridir 2500 il bundan əvvəl Hindistanda meydana gəlmişdir. Digər böyük dünya dini olan xrisianlıqdan onun yaşı az qala min il böyükdür. Buddist inamına görə, insan həyatı əzablardan ibarətdir, meditasiya, ruhi fiziki zəhmət, həm yaxşı davranış onlardan azad olmaq, işıqlanma nirvanaya çatmaq üçün olan yollardır. Buddizm din ya fəlsəfi ənənə kimi b.e.ə. VI-V əsrlərdəki Qautama Buddanın orijinal təlimləri seriyalarına əsaslanır. Dünya əhalisinin 7 faizi bu dinə sitayiş edir. Buddizm müxtəlif ənənələrdən, inanclardan könül təcrübələrindən ibarətdir.

 

Buddizm dünya dini olsa da, özündən sonra gələn xristianlıqdan islamdan fərqlənir. Bu fərq onun qarşıya qoyduğu iri problemlərin həllində allahın iştirakı olmadan ötüşməsidir. Digər bəzi dinlər kimi buddizm öyrədir ki, dünyanın fövqəl qaydası ilahi iradə istəyin yaratdığı ilə deyil, təbiət qanunları ilə idarə edilir. Bu din allahların mövcudluğuna da imkan verirdi, lakin ona bioloji sistemdə adi görünən bit taxça ayırırdı.

 

Buddizmdə mərkəzi rolu Allah deyil, Siddhartha Qautama adlı adam oynayır. Qautama Nepalda, Himalay dağlarının ətəklərində yerləşən çarlığın hökmdarı idi. İnsanı cana doyduran əzablar gənc hökmdara dərindən təsir göstərdi. O, hər yerdə adamların təbii fəlakətlərə, müharibələrə, xəstəliklərə görə deyil, onları taqətdən salan həyəcana, ümidin puç olmasına, keçirdiyi narazılıqlara görə əzab çəkdiyi qənaətinə gəldi. Bütün bunlar insanın zəruri bəxti kimi görünürdü. Adamlar var-dövlətə hakimiyyətə can atırdılar, biliyə əmlaka yiyələnirdilər, oğul qız doğurdular, ev saraylar tikirdilər. Yoxsulluqda yaşayanlar var-dövlət arzu edirdilər. Bu həvəs heç də hədd tanımırdı, böyük məbləğ pul qazandıqdan sonra onu daha da artırmağa çalışırdı. Lakin varlılar və nüfuz sahibləri də həyata sevinə bilmirdilər. Onları saysız-hesabsız qayğılar və həyəcanlar boğaza yığırdı. Və bunlar xəstəlik, qocalıq və ölüm son qoyana qədər davam edirdi. İnsanın qazandığı hər şey tüstü kimi yoxa çıxırdı. Həyat mənasız siçovul qaçışına bənzəyirdi. Bu vaxt insan düşünməyə məcbur olurdu ki, nə etmək lazımdır və necə xilas olmaq olar.

 

Qautama 29 yaşında gecə vaxtı, gizli şəkildə sarayı tərk etdi, ailəsindən və sərvətindən ayrıldı və insan əzablarının qapalı dairəsindən çıxmaq yolunu axtarmaq üçün sərgərdanlığa yollandı. O, çox saydakı aşramlarda oldu, quruların yanında tam ehtiram göstərməklə oturdu, müxtəlif metodikaları sınaqdan keçirdi, lakin onlardan heç biri onu axıradək azad edə bilmədi. Onda daim məmnun olmamaq hissi qalırdı. Qautama isə təslim olmaq istəmirdi. O, müstəqil olaraq əzabın təbiətinə nüfuz etməyi və tam azadlıq üçün olan yolu tapmağı qərara aldı. İnsanın əziyyətlərdən sağalmasının mahiyyəti, səbəbləri və imkanları barədə altı il ərzində meditasiya etdi. Axırda o, belə bir nəticəyə gəldi ki, əzab nə pis tale ilə, nə sosial ədalətsizliklə, nə də allahların istəyi ilə yaranmışdır. Əzabın mənbəyi, davranışın adamın başına qoyulmuş müəyyən modelləridir.

 

Qautama anladı ki, insanın şüuru hər bir təcrübəyə yeni arzu ilə cavab verir, arzu isə qeyri-məmnunluq yaradır. Əgər hiss sənə xoşdursa, şüur daha artığını istəyir, tələb edir ki, məmnunluq kəsilməsin, daha da güclənsin. Əgər aldığın hiss xoşa gələn deyilsə, şüur, sahibinin əhvalını korlayanlardan üzülüşməyə can atır. Nəticədə şüur heç vaxt məmnun olmur, əksinə, daim narahatlıqda olur. Bu, tamamilə aydındır, çünki biz xoşa gəlməyən nəyisə yaşadıqda, məsələn, ağrını götürək, ağrı nə qədər ki, sakitləşməyib, biz həyəcan keçiririk və hər vəchlə çalışırıq ki, ondan canımızı qurtaraq. Ancaq məmnunluğun özü də bizə sakitlik gətirmir, biz ya qorxuruq ki, həmin sakitlik bir az sonra başa çatacaqdır, yaxud da əvvəlkindən daha böyük bir məmnuniyyəti arzu edirik. Adamlar illərlə məhəbbət sorağında olur və demək olar ki, onu tapanda heç kəs sevinmir, biri qorxmağa başlayır ki, məhəbbət obyekti onu tərk edəcəkdir, digərləri isə, əksinə, heyifslənir ki, aldanmışdır, daha yaxşısını tapa bilərdi. Elələri də var ki, hər iki səbəbə görə narahatlıq keçirir.

 

(Ardı var)

 

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2022.- 12 may.- S.21.