"Vətən"
Azərbaycan xalqının erməni
işğalçılara qarşı 44 günlük müqəddəs
müharibəsinin yekununda əldə etdiyi Böyük Zəfərə
həsr olunmuş əsərlər içərisində dəyərli
şairimiz Ramiz Qusarçaylının "Vətən"
poeması xüsusi yer tutur. Geniş ədəbi-ictimai rezonans doğuran
bu poema böyük rəğbətlə
qarşılanıb, AMEA-nın institutlarında, Azərbaycan
Yazıçılar Birliyində təqdimatları
keçirilib, R.Qusarçaylı AYB-nin təsis etdiyi Əhməd
Cavad Mükafatına layiq görülüb. Əsərə
olan oxucu marağını nəzərə alaraq "Vətən"
poemasından bir hissəni təqdim edirik.
***
"Erməni işğalçılarına
qarşı Azərbaycan xalqının qırx gündən
artıq davam edən hərbi, ictimai, siyasi mübarizəsində
Ali Baş Komandan İlham Əliyevin Sözü - xalqa
müraciətləri, dünyanın müxtəlif nüfuzlu
informasiya vasitələrinə verdiyi müsahibələr son
dərəcə mühüm rol oynadı.
Həmişə
vaxtında deyilmiş, kifayət qədər mürəkkəb
hadisələrin, gərgin, qaynar, hər cəhətdən
sürəkli (və ideoloji ehtiraslarla zəngin) proseslərin
mahiyyətini böyük analitik istedadla (və intellektlə)
şərh edən, başlıcası isə, Azərbaycan
xalqının iradəsini bütün təfsilatı ilə əks
etdirməyin parlaq ifadəsi olaraq ortaya çıxan bu
möhtəşəm Söz, heç şübhəsiz,
dilimizin, ədəbiyyatımızın, ümumən ictimai
fikrimizin ən mötəbər qaynaqlarından biri olaraq
qalacaqdır.
Ali
Baş Komandanın rəhbərliyi ilə aparılan
çoxtərəfli, çoxmiqyaslı (və çoxmənalı)
Vətən müharibəsi ədəbiyyatımızın əbədi
Vətən mövzusunun yaradıcılıq meydanını
müqayisə edilməyəcək qədər genişləndirdi
ki, bunun dəyərli faktlarından biri, heç şübhəsiz,
Ramiz Qusarçaylının "Vətən"
poemasıdır.
"Vətən"
poeması Ramiz Qusarçaylının yaradıcılıq tərcümeyi-halı,
bədii pasportu, eyni zamanda Azərbaycan poeziyasının
müasir Azərbaycanın ictimai-ideoloji maraqları
mövqeyindən dediyi elə bir Sözdür ki, ədəbiyyatımızın
yaddaşından heç zaman silinməyəcək, Ədəbiyyatın
Tarix dərsləri olaraq bu gündən sabaha inamla
addımlayacaqdır".
Millət
vəkili, Əməkdar elm xadimi, akademik Nizami Cəfərovun
Ramiz Qusarçaylının "Vətən"
poeması haqqında yazdığı "Ədəbiyyatın
tarix dərsləri" adlı məqaləsindən
***
"Vətən"
44
günlük Zəfər mənzərələri,
Qalibiyyət,
hünər mənzərələri,
Bu film
deyildi,
bu
Qarabağda
Vətən
qovğasıydı,
Vətən
qalıydı,
Şanlı
müharibə ssenarisi,-
Möhtəşəm
Qələbə serialıydı!
Coşdu
"Dəmir yumruq" əməliyyatı,
Dağlar
silkələndi gurultulardan,
Qayalar
titrədi nəriltilərdən,
Boğuldu
əcaib iniltilərdən,
Erməni-erməni
zarıdı düşmən,
Öldü
niyyətləri, öldü kamları,
Döndü
cəhənnəmə istehkamları...
Cənnət
Qarabağı qəsb edənlərə,
Şanlı
bayrağımı endirənlərə,
Cəhənnəm əzabı yaşatdı ordum.
Elə
toy tutdu ki, səngərlər boyu
Leş
leşə qalandı,
öz
leşlərini
Elə
öz çiynində daşıtdı ordum...
Qisasa
susayan hər igid əsgər,
Bir cəsur
coşquda,
həvəsdə gəldi.
Bir vaxt
qucaqlarda çıxan körpələr
İndi
Qarabağa tank üstdə gəldi...
İnsanlar
axışdı səfərbərliyə,
Tanrı
da ruh verdi bu saf birliyə,
Cavanlar
can atdı müharibəyə,
Qocalar can
atdı müharibəyə,
Qardaşlar
can atdı müharibəyə,
Bacılar
can atdı müharibəyə,
Pozulan
növbələr,
itən
sıralar,
Yaraşığı
idi səfərbərliyin,
Yaraşığı
idi dəmir birliyin,
Hamı nəfər-nəfər
səfərbər oldu,
Həm əsgər,
həm
zabit,
həm
rəhbər oldu,
Cəbhə
səngər-səngər kükrədi, daşdı,
Səngər
əsgər-əsgər izdihamlaşdı...
Əsgərə
qardaşım deyən general,
Yeməyi
bir qabda yeyən general,
Güllə
yağmurunda komandirinə,-
Siz
evlisiniz,
mənsə subayam,
Deyib alov
kimi çatılan əsgər,
Güllə
qabağına atılan əsgər...
İntiqam
hissiylə alışan əsgər
Yatıb yuxuda da "Şuşam" deyirdi.
Üz-gözü
qanına bulaşan əsgər
Kamera önündə gülümsəyirdi.
Əl
qoyub göynəyən qəlpə yerinə
Vətənə
can qurban deyən əsgərim,
Şığıyıb
erməni səngərlərinə
Dişiylə dəmiri əyən əsgərim.
Oğul
varıydı ki, qardaşı ilə
Bir yürüyürdülər, bir qoşurdular.
Oğul
da varıydı atası ilə
Elə bir səngərdə vuruşurdular.
Dörd
uşaq atası qırx dörd gündə
Dörd dəfə
getmişdi komissarlığa,
Adını könüllü yazdırmaq
üçün.
Deyirdi,
qoy gedim cəbhəyə mən də,
Qoy
alım oğlumun intiqamını,
Qoy gedim yağını susdurmaq üçün.
Gedirdi
gözlərdən yurd acıları,-
Gəlirdi birliyə təhkimlərimiz.
Könüllü
gəlirdi tibb bacıları,
Könüllü gəlirdi həkimlərimiz.
Orduya
yazdırıb təqaüdünü,
Qürurla yeriyən qoca varıydı.
Evdəki
cehizlik yorğan-döşəyi
Səngərə
göndərən qızın əlində
Bəy yolu gözləyən xonça varıydı.
Tabutu
xonçayla qarşılayırdı,
Xonçaya qırmızı bağlayan ana.
Qucub
tabutunu şəhid oğlunun
Oynaya-oynaya ağlayan ana.
Dinləyirdi
hər gün telefonunda,-
Səsindən savaşı yaşayan qadın.
Həyat
yoldaşının cənazəsini,
Qürurla çiynində daşıyan qadın.
Ərən
vadiləri,
ər
vadiləri,
Araz vadiləri,
Kür
vadiləri,
Coşurdu
ordumun hər zəfərindən,
Kükrəyirdi
döyüş səhnələrindən,
O
taylı, bu taylı qardaş duası,
Və əlli
milyonluq soydaş duası...
Haqq
qazandıranlar olsa da hələ,
Sərhədsiz
erməni vandalizminə,
Qafqazın
tarixi coğrafiyası
Sığınıb
ordumun döyüş əzminə,
Yenə sərhəd-sərhəd
bərpa olurdu,
Tarixi ədalət
bərpa olurdu,
Pozub
masalarda yazılanları
Döyüş meydanında yazırdı ordum.
Söküb
quyu-quyu qazılanları
Üstə bayrağımı asırdı ordum.
Bayraq ən
ucaya-
Şuşaya
qondu,
Dərddən
yuxalandı, incəldi Vətən!
Bayrağın
kölgəsi hara toxundu
Ay-ay,
ulduz-ulduz dincəldi Vətən!
Hər
yürüş tarixin yeni erası,
Hər savaş qələbə əfsanələri.
Döyüş
meydanında yazılan yazı,-
Vətənin Qələbə salnamələri.
***
Ali
Baş Komandan,
ali sərkərdə,
Həm
canlı efirdə,
həm
də səngərdə,
Ölkənin mətbuat fədaisiydi.
Təmkini,
məntiqi, fəhmi yerində,
Mövqeyi,
baxışı, zəhmi yerində,-
Qarabağ
bizimdir!
Azərbaycandır!-
Hayqırıb
kükrəyən "Nida" səsiydi,
Ölkənin
mətbuat fədaisiydi!
Hər
gün bir mərəkə,
bir
görüş idi,
Hər
görüş efirdə bir döyüş idi,
Fransız
gəlirdi gözlərində kin,
İsveçli gəlirdi gözündə hiylə.
Gələn
hər hollandın, hər ingilisin
Önünə çıxırdı qətiyyətiylə.
Ölkələr
gəlirdi Azərbaycana,
Hikkələr
gəlirdi Azərbaycana,
Tələblər
gəlirdi Azərbaycana,
Qəzəblər
gəlirdi Azərbaycana,
Sual
yağdırırdı Baş komandana,
Düzülürdü
qara sapa suallar,
Naqolay
suallar, qaba suallar,
Hər
söz mühakimə, hər söz iddia,
Hər
sözün içində saxta müddəa,
Hər
gün izah işi, hər gün hesabat,
Hər
gün təzə səfir, təzə diplomat,
Köhnə
yanaşmalar, köhnə adətlər,
İkili
standart, ikili şərtlər...
İttiham
yağırdı Azərbaycana,
Yağırdı
əsassız mühakimələr,-
Kilsə
belə gəldi,
xaç
belə getdi,
Keşişin
başında tac belə getdi...
"Bayraqdar"
kimindi,
"Harop"
kimindi,-
Kimindi
sizdəki "F-16"lar,
Sizdə
döyüşürmü türk əsgərləri,
Niyə
qayıtmadı,
niyə
qaldılar...
Dünyada
Qarabağ adına sanki,
Qarabağdan
kənar döyüş gedirdi,
Gedirdi
Avropa ölkələrində,
Gedirdi
Asiya ölkələrində,
ATƏT-in
mövqesiz fəaliyyəti
Donunca
bölgənin qaynar yerində,
Gedirdi...
media
müharibəsi,
Bir
informasiya müharibəsi...
Qərəzli
Fransa mediasına,
Norveç,
Hollandiya mediasına,
Ali
Baş Komandan çıxıb təkbətək
Səbrlə,
təmkinlə cavab verirdi,
Dünyanın
önündə
şax
dururdu o.
Bütün
təzyiqlərə sinə gərirdi,
Siyasi gücləri susdururdu o.
Sual
yağmurundan çökürdü efir,
Hər
sualdan əzab çəkirdi efir,
Dünyanın
diqqəti Bakıda idi,
Gözü
özgə gözdə tir gəzənlərin,
Bir
gözü xəlvəti Bakıda idi,
Əli
özgə cibdə yer gəzənlərin
Məkrli
niyyəti Bakıda idi...
Bilsə
də xisləti şərdi, böhtandı,
Hay yenə öz murdar məkrinə uydu.
Kürsüdən
"Qarabağ Ermənistandır",-
Deyib
öz fikrinə,
nöqtə də qoydu.
Hay hardan
biləydi,
nədən biləydi,
Bu
cılız "nöqtənin",
bu
cır "nöqtənin"
Başına yumruqlu "Nida" gələcək.
Hayın
uydurduğu hər xəritənin
Hər
saxta rənginə vida gələcək...
***
Ali
Baş Komandan birliyimizin
Dünyaya
yayılan efir səsiydi,
Vətənin
ərazi bütövlüyünün
Həm əsgəri
idi,
həm
də memarı,
Qələbə
səsiydi,
zəfər səsiydi,
Dünyanın
ən uca kürsülərində
Diplomat səsiydi,
səfir
səsiydi,
Haqqın,
ədalətin təntənəsiydi,
Vətənin
Qarabağ düyünlərini
Çözürdü
hər kəsin başa düşdüyü
Hər kəsin
duyduğu, qandığı dildə:
-Erməni
əsgəri yaxşı eşitsin,
Assın sırğa kimi qulaqlarından.
Ölmək
istəmirsə rədd olub getsin
Çıxsın Azərbaycan torpaqlarından.
Bizim
yumruğumuz birliyimizdir,
Bizim
birliyimiz qələbəmizdir,
Qələbə
rəmzinə çevrildi birlik,
Döndü Qarabağda "Dəmir yumruğ"a.
Biz
bütün dünyaya sübut eylədik,
Göstərdik
yenilməz birliyimizi,
Darmadağın
oldu erməni mifi,
Erməni
lobbisi, erməni kifi...
Getdi cəhənnəmə
o atəşkəslər,
O boş
danışıqlar, boş barışıqlar,
Getdi
baş qatmalar,
cəhənnəm oldu,
Dartıb
uzatmalar cəhənnəm oldu,
Saxta
havadarlar, saxta arxalar,
O saxta
havalar cəhənnəm oldu,
"Status-kvo"lar cəhənnəm oldu...
Nooldu bəs,
erməni
havadarları,
Erməni
dostları, vəfadarları,
Yabanı
erməni, alaq erməni,
Özü
öz məkrinə dolaq erməni,
Hələ
"referendum" keçirməliydi,
Paytaxtı
Şuşaya köçürməliydi,
Döndü
cəhənnəmə o mif, o xülya,
O şərt,
o status,
avtonomiya!
Gəl,
baxın Fransa deputatları,
Gəl,
baxın Belçika deputatları,
Gəl,
baxın Niderland deputatları,
Gəl,
baxın sevimli haylarınıza,
Gəl,
baxın hiyləgər taylarınıza,
Nə
günə qoyublar kəndlərimizi,
Söküb
dağıdıblar bəndlərimizi,
Xaraba
qoyublar qəsəbələri,
Rusun,
fransızın əsabələri...
Keçib
talançılar,
canilər burdan,
Oğrular,
rəzilər,
fanilər burdan,
Hər
yeri dağıdıb viran qoyublar,
Qırıb
Zəngilanın meşələrini,
Söküb
Ağdamın pir guşələrini,
Əbədi
işğalda saxlamaq üçün
Hər
giriş-çıxışda səngər qazıblar,
Adların
üstünə adlar yazıblar,
Bu
cılız məxluqlar,
quduz
cüssələr,
Tikiblər hər yerdə hərbi hissələr.
Tərtər
Qarabağın Naqasakisi,
Ağdam
Qarabağın Xirosiması,
Hər
yolda, keçiddə bir vandal izi
Hər daşda, divarda hayın siması.
Dağıdıb
daş üstə daş qoymayanlar
Daşların altında daş gizlədirlər.
Çıxarıb
göz üstə qaş qoymayanlar
Gözündə yalançı yaş gizlədirlər.
Hanı bəs
millətlər təşkilatları,
Hanı bəs
o küylü MDB, ATƏT,
Hanı bəs
BMT qətnamələri,
Qətnamə-qətnamə
donan həqiqət,
Avropa
şurası hardadı indi,
Avropa
birliyi hardadı indi,
Hanı
cenevrələr,
konvensiyalar,
Hanı ədalətli
reaksiyalar,
Əkin
yerlərində səngər qazanlar,
Mina
basdıranlar, mina əkənlər,
Günahsız
qanlara düymə basanlar,
Mülki əhaliyə
tətik çəkənlər,
Niyə
qınanılmır tərəfinizdən,
Əksinə,
qudurub tərifinizdən...
Gör
hansı düşmənlə
qarşı-qarşıyıq,-
Hansı
vəhşilərlə üz-üzəyik biz,
Hansı
vəhşiliyə sinə gəririk
Hansı
quldurları məhv edirik biz...
Daha bizlik
deyil saziş meydanı,-
Nə ağıl, nə də ki, rəng yerimizdir.
Hər səngər
birinci döyüş meydanı,
Hər səngər sonuncu cəng yerimizdir.
Erməni
dostları yaxşı eşitsin,-
Yaxşı tənzimləsin öz yaddaşını.
Erməni
faşizmi baş qaldırarsa
Bir də
əzəcəyik onun başını!
***
Gəlirdi
düşməni haqlı bilənlər,
İsti aşımızı soyudurdular.
Bizə dərs
keçməyə göndərilənlər,
Dərs alıb evinə qayıdırdılar.
Dərs
alıb fransız mediası da,
Lap elə
almanın,
lap elə
rusun,
Dərs
alıb imansız mediası da,
Haqqın
diqtəsiylə hesablaşırdı,-
Zamanın
hökmüylə barışırdılar,
Vətənin
Qarabağ qələbəsinə
Könülsüz-könülsüz
alışırdılar...
Müzəffər
ordumuz,
şanlı ordumuz,
Bu
böyük zəfərin baş qəhrəmanı,-
Urusu
urusca, farsı da farsca
Öyrətdi
öyməyi Azərbaycanı...
***
Səni
qazi-qazi qaytardım, Vətən,
Qəhrəman-qəhrəman qaytardım səni.
Səni
şəhid-şəhid qaytardım, Vətən,
Cana can, qana qan qaytardım səni.
Özünü
özünə qaytardım, Vətən,
Adını
adına qaytardım sənin.
Közünü
közünə qaytardım, Vətən,
Odunu oduna qaytardım sənin.
Ruh ruha
calandı,
təpər təpərə,
Yol yola
dirəndi,
sipər
sipərə,
Dişim,
dırnağımla qaytardım səni,
Didib
cırmağımla qaytardım səni,
Əzmim,
hünərimlə qaytardım səni,
Ordum, əsgərimlə
qaytardım səni,
Dəmir
birliyimlə qaytardım səni,
...və
həmrəyliyimlə qaytardım səni!
İndi
bu Vətənin hər yeri bizim,
Bura
doğumluyuq,
bura
bağlıyıq.
İndi
bir adı var hər birimizin
İndi hər
birimiz Qarabağlıyıq!
Hələ
qarşımızda min-min uğur var,
Mehri, Dərələyəz,
həm Zəngəzur var!
Vətən!
Bir ürəkdə döyünən candır,
Qarabağ
bizimdir,-
Azərbaycandır!
***
Hiss,
həyəcan,
təlatüm,
Ah yerinə
qayıtdı.
Can yerindən
oynadı,
Ruh yerinə qayıtdı.
Səngər-səngər
açdı yer,
Şəhid-şəhid
saçdı yer,
Gah yerindən
qaçdı yer,-
Gah yerinə qayıtdı.
Atıb
çiynindən dağı,
Şuşa
öpdü bayrağı,
Qaytarıb
Qarabağı
Şah yerinə qayıtdı.
***
Güman
keçməz dağları,
Aşa-aşa
qayıtdıq,
Yumruq kimi
birləşib
Coşa-coşa
qayıtdıq,
Biz Kəlbəcər-Kəlbəcər
Şuşa-Şuşa
qayıtdıq,
Başın
uca, üzün ağ,
Gözün
aydın, Qarabağ!
Hər
döyüşün başında
"Yurd
yeri" var, "Cəngi" var,
Hər həmlədə
ordumun
Nərəsi
var, cəngi var,
Cəngavər
oğulların
Şanlı
zəfər rəngi var,
Gör nə
deyir Lələdağ,-
Gözün
aydın, Qarabağ!
Hər qazi bir qaladı,-
Bir qələbə örnəyi,
Şəhid-şəhid ovundu
Bu torpağın göynəyi,
Göydə mələklər öpdü
Neçə qanlı köynəyi,
Bu müqəddəs nura bax,
Gözün aydın, Qarabağ!
Vətəndi bu savaşın
Hər
sirri, hər sehri də,
Bir
atanın öyüdü,
Bir
ananın mehri də,
Uçundu
Göyçə-Göyçə
Zəngəzur
da, Mehri də,
Silkələndi
Ağrıdağ
Gözün
aydın, Qarabağ!
Bir
fırtına kükrədi
Qisas
adlı limandan,
Yer əsdi,
göy titrədi
Bu anddan,
bu imandan,
Xalqın
güvənc yeridi
Ta Ali
Baş Komandan,
Dalğalan bayraq-bayraq,
Gözün aydın, Qarabağ!
Ramiz
QUSARÇAYLI
525-ci qəzet.- 2022.- 11 may.- S.18-19.