Yadplanetlilərin dünyanı işğal planı
Statistikaya görə, 1947-1969-cu illərdə toplamda 12 618
nəfər UFO gördüyünü
iddia etsə də, bunlardan sadəcə 70 nəfərinin
etdiyi müraciət hələ də naməlum olaraq qalır. Yəni bu kimi halların bir çoxu ya təyyarə, ya da digər hava
uçuş aparatlarının
UFO-ya bənzədilməsi
səbəbilə baş
verib.
İnsanların UFO gördüm deyə etdikləri müraciətlərin
sadəcə 3%-i gerçək sayıla bilər və bu da 97%-lik
bir yanılma ehtimalını yaradır. Hətta
həmin 701 hadisə də heç gerçəkləşməmiş, yalan müraciət də ola
bilər.
UFO kimi təxmin edilən çox şey, əslində, hər kəsə tanış olan cismə - hava şarına aiddir. 1942-ci ildə
Los-Ancelesdə baş
verən bir hadisə mediada "yadplanetlilərin varlığı
isbatlandı" başlığı
altında tirajlandı.
Sirena səslərinə bənzər
səs çıxaran
bir cisim göydə ABŞ əsgərləri
tərəfindən atəşə
tutuldu. Sonradan bu cismin sadəcə hava şarı olduğu təsdiqləndi. İşin daha
pis tərəfi o idi ki, bəzi
insanlar bunu Yaponiyanın ABŞ-a Pörl-Harbora
hücumundan sonra yeni bir həmləsi
olduğunu düşünmüşdülər.
Dünya xaricində həyatın olub-olmaması ölkələrin
və hökumətlərin
daimi maraq çərçivəsində olub. UFO adı ilə bildiyimiz və bir çoxu
tərəfindən görüldüyü
iddia edilən şey, əslində, tamamilə naməlum olaraq qalır və min illərdir öz sirrini saxlamaqda davam edir. UFO qısaltması
da elə "Uçan Naməlum Obyekt" mənasına gəlir. Yəni yadplanetli deyilən
varlıqların olub-olmaması
gerçəyini hələ
də gün üzünə çıxara
bilməmişik.
Bir çox
təsvirdə deyildiyinə
görə, yadplanetlilərin
böyük başları,
iri gözləri və kiçik bir ağızları var. Əslində, yaşadığımız
dövrdə mövcud
olan bu təsvirlərin
izləri qədim zamanlara gedib çıxır. Eramızdan əvvəlki illərdə
və sonrakı yüzilliklərdə mağara
divarlarında, müxtəlif
sənət əsərlərində
çəkilən yadplanetli
təsvirləri insanların
bugünkü təsəvvürlərindəki
ilə xeyli oxşarlıq təşkil
edir. Keçmişdəki insanlar sanki
bizə yadplanetlilərin
varlığından bəhs
etmək istəmişdilər.
1920-ci ildə ABŞ-da
bir tarla yaxınlığında, 1939-cu ildə bir xatirə
fotosunda, 1942-ci ildə
Çində və
1945-ci ildə Kaliforniyada
yenə bir xatirə fotosundakı arxa planda görünən
UFO-lar, haqqında ən çox danışılan görüntülərdən
sadəcə bir neçəsidir. Amma bu görüntülər
mənə çox da inandırıcı gəlmir. Məsələn, çəkilən xatirə fotosundakı incə xətt dövrün mövcud şərtləri nəticəsində,
yaxud kamera qarşısındakı toz
hissəciyindən qaynaqlana
bilərdi. Ya da Kaliforniyada çəkilmiş
fotoda həmin naməlum obyektin sadəcə quş olma ehtimalı daha çoxdur, nəinki UFO. İnsanların bu şəkillərə baxaraq həmin varlıqların UFO olduğu
qənaətinə gəlmələri
mənə çox şişirdilmiş hadisə
kimi gəlir. Bəlkə də daha əsrarəngiz
olduqlarına görə
insanların inanmaq istədikləri bunlardır.
Amma bütün bunlar təəssüf ki, reallığı dəyişdirmir.
ABŞ hökuməti Rusiya ilə olan kosmik rəqabətdə
qalib gəlsə də, həmişə bütün dünyada da yeganə güc olmaq istəyib. Bunun üçün yadplanetlilər və UFO-lar haqqında bir çox yalan xəbər də tirajlanıb. Kiçik bir araşdırma etsək görərik ki, UFO gördüyünü
iddia edən insanların çox böyük bir qismi ABŞ-da yaşayır.
ABŞ ruslara və
bütün dünyaya
kosmik texnologiyaya sahib olduğunu göstərmək
istəyir. Onsuz da buna görə əvvəlcə
UFO tapdıqlarını iddia
edib, sonradan onun hava şarı
olduğunu demişdilər.
Əslində, bütün bunlar
bir planın parçasıdır. Saxta yadplanetli
işğalı planı.
"Bəlkə də bir-birimizə daha möhkəm bağlanmaq üçün dünya xaricindən gələcək bir qorxuya ehtiyacımız var. Bəzən dünya xaricindəki hər hansısa bir təhlükə ilə üzləşdikdə bütün fərqliliklərimizi unudacağımızı düşünürəm. Əgər bu cür bir təhlükə ilə üzləşsək, birləşə bilərik".
1974-cü ildə ABŞ-da bir konfrans zalında səsləndirilmiş bu sözlər boş yerə deyilməyib. İkinci Dünya müharibəsindən sonrakı çalışmaların çox kiçik bir qismi haqqında bilgiyə sahibik. Texnologiya isə bu dövr ərzində həddən artıq yüksək bir səviyyəyə çatıb. İnsanlar artıq asanlıqla aldadıla bilər.
Qulağa inandırıcı gəlməsə də, bu, müəyyən bir planın parçası ola bilər. Dünyaya guya yadplanetlilər hücum edəcək, amma bu hücum insanların nəzarəti altında robotlar tərəfindən baş tutacaq. Dünya işğal edilsə və buna hansısa ölkə əngəl olsa, yəni dünyanı xilas etsə, nə olardı?
Heç şübhəsiz, həmin dövlət dünyanın tək hegemon dövləti, hər mövzuda ən böyük söz sahibi onlardır. Bir çox filmdə yadplanetlilər tərəfindən dünyanın işğal edilməsi mövzusu əsas götürülüb və bu filmlər ən çox izlənilənlərin başında gəlir. Bu filmlərin çəkilməsindəki məqsəd isə bəllidir. İnsanların şüur altına ABŞ-ın qəhrəman və xilasedici qüvvə olmasını yerləşdirmək.
Hər hansısa bir ölkənin bu cür çılğın planı olduğunu düşünmək istəmirəm. Bəsit bir düşüncə ilə desək, saxta yadplanetli işğalı təşkil etmək, ardınca dünyanı həmin işğaldan xilas etmək və dünyanı xilas edən ölkə olaraq bütün dünyada söz sahibi olmaq. Bunu gün keçdikcə zəifləyən və bir zamanlar güc sahibi olan bir ölkənin əvvəlki gücünə qayıtmaq üçün son həmlə olaraq da düşünmək olar. Mənim fikrimcə isə, bu mütləq bir gün olacaq.
El ROMAN
525-ci qəzet.- 2022.- 12 may.- S.16.