Hərə bir başdaşıdı
Kimi fağır,
kimi zalım,
kimi can deyənə
çor,
kimi çor deyənə
qadan alım.
O tərəflərdə imarətlər,
saraylar,
bu tərəfdə
gecəqondular,
birində "can gülüm,
can, can",
birində ahlar, garaylar.
Bələkdən çıxıb
bələklə köçən
insan,
son mənzildə də
torpağı ölçüb-biçən
insan.
Kimi daş-qaş,
kimi də
sadəcə, daş
daşıdı...
Yaxşı ki, son ucda
hərə bir baş daşıdı.
***
Var
Bəzən verər fil gücünü arıya,
Yaratdığı böcək işə yarayar.
Ona görə ömür boyu tanrıya,
Dilimizin dua dolu virdi
var.
Qınamıram bu dünyanı
əzəldən,
O gözəldir, incimə bu gözəldən.
Bil, fələkdi həm əyən, həm düzəldən,
Zaman-zaman namərdi var, mərdi var.
Xoş sözlərlə aç
həmişə dilini,
Təmiz suya öyrət təmiz əlini.
Bu dünyaya çox bağlama belini,
Şeş yerinə
yeki verən nərdi var.
İpliyim də yoxdu daha əyirəm,
Dəyirmanım dərd üyüdür, yeyirəm.
Hərdən mənə elə
gəlir, deyirəm,
Bəlkə elə dərdimin də sərti var.
***
Ələk - xəlbir
Bir dəfə yerləri dəyişik düşdü,
Ələk dənə düşdü,
xəlbirsə una.
Arada olmadı bir iş yarıdan.
Keçsə də çox aylar, illər aradan,
Hamı baxıb güldü bu tərs oyuna.
Ələk də, xəlbir
də günahsız idi,
Onları fırladan əllər tərs idi.
Bu oyun sadəcə oyun deyildi,
Kimə əyləncəydi, kimə
dərs idi.
Əllər ki tərsinə
fırlatdı işi,
Gərəkdir qeyrətə gələ
bir kişi.
Ki qoysun xəlbiri xəlbir yerinə,
Ələk də un üstə gözəl görünə.
***
Qalasan
(təcnis)
Axı deyən gərək, ay düz oğlu, düz,
Sənə nə lazımdı düz də qalasan.
Qalacağın yerlər elə
düzdü, düz,
Elə səni
görüm düzdə
qalasan.
Dildən
gələn bəla hər vaxt şirindi,
Canını dərdinlə yuyub sər indi.
Çox
da ki dağlarla
aran sərindi,
Elə düşünmə
ki, düzdə qalasan.
Quzeydə qar üstə düşməz gün, dədə,
Ömürdü su kimi keçir gün, dədə,
Ən çətin anda da, ən pis
gündə də
Özünü alınmaz, məğrur qalasan.
***
Közüm yox
Məni
görüb gözlərini
qapama,
Dilənçi tək gəlməmişəm
qapına.
Fərq
qoymadın çapılana,
çapana,
Bundan sonra daha sənə sözüm yox.
Çox
dedilər, vəfasızdır,
əl götür,
Ətrafında çox gül açıb, dər, götür.
Sevincini,
kədərini böl,
götür,
Artıq məndə tənələrə
dözüm yox.
Sevənlərə sevilməmək zülümdü,
Elə bu cür yaşamaq
da ölümdü,
Mən yanmışam, yerdə qalan külümdü,
Açılacaq ovuclara közüm yox.
Neyləyim ki, vurğun könlüm sev, dedi,
Əsl sevən
minnət qoyub sevmədi.
Nə deyirəm, sevənini sevmə di,
Bundan artıq
söz deməyə üzüm yox.
***
Taleyimdə sən
Həyat yoldaşım Rəqibəyə
Doğdun
günəş kimi taleyimdə sən,
Güc oldun qolumda, biləyimdə sən,
Susadım su oldun, üşüdüm,
ocaq.
Gül dərim adına
qucaq-qucaq.
Sənin
taleyinlə mənim taleyim,
Sevdalı yollarda olub qol-boyun.
Hər şeydən doymuşam, yoxdu gileyim,
Allah eləməsin, səndən
də doyum.
***
Var olsun
Əyildim çəməndən çiçək dərməyə,
Çəməndən səs çıxdı: Əlin
var olsun!
Dayandım obama salam
verməyə,
Xeyir-duam
gəldi: Elin var olsun!
Yellər
sığal çəkdi
bəyaz başıma,
Yaraşıq gətirdi ahıl yaşıma.
Baxıb
qürurlandım ocaq daşıma,
Kösöv baxıb dedi: Külün var olsun.
Quş da yuvasında dinəndə, xoşbəxt,
Qərib
öz yurduna dönəndə, xoşbəxt,
Söz çalıb, söz deyən Vətəndə,
xoşbəxt,
Şair,
Vətən deyən dilin var olsun!
Ziyəddin
SƏLİM
525-ci qəzet.- 2022.- 12 may.- S.14.