Bakıda Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı
olacaq
Mayın 26-dan 28-dək
Bakı şəhərində
Birinci Türk Dünyası Ədəbiyyat
və Kitab Festivalı keçiriləcək.
Bu barədə 525.az-a tədbirin təşkilatçısı
Beynəlxalq Türk Müəllifləri Birliyinin
(BEYTÜM) sədri, şair
Xəyal Rza məlumat verib.
Onun sözlərinə
görə, tədbir
Bakı Dövlət Universitetinin həyətində
- açıq havada təşkil olunacaq. Türksoylu
ölkələrdən tanınmış
alimlərin, qələm
adamlarının qatılacağı
tədbirin birinci günü Şuşa
Günü, ikinci günü Türk Dünyası Günü,
üçüncü günü
isə Dədə Qorqud Günü adlandırılıb.
Tədbir
BEYTÜM-ün təşkilatçılığı,
Azərbaycan Yazıçılar
Birliyinin, Milli Məclisin Mədəniyyət
Komitəsinin, Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fondunun, Beynəlxalq Türk Akademiyasının,
TÜRKSOY-un, TÜRKPA-nın, Yunus Əmrə İnstitutunun, İLESAM-ın,
Bakı Dövlət Universitetinin və Azərbaycan Yaradıcılıq
Fondunun təşkilati
dəstəyi ilə keçiriləcək.
Festivalın təntənəli açılış
mərasimi mayın
26-da baş tutacaq. Festivalda nəşriyyatlar
çap etdikləri kitabları sərgiləyəcək
və milli rəqslər, muğam konserti, tanınmış
müğənnilərin çıxışları
nəzərdə tutulub.
Festival türk dünyasının
böyük mütəfəkkirləri
Nizaminin, Yunus Əmrənin, Əlişir
Nəvainin, Məhdimqulu
Firakinin, Tüğölbay
Sıdıkbekovun və
Abayın xatirəsinə
həsr edilib. Festivalda türksoylu ölkələrin
alimləri yuxarıda
adları qeyd edilmiş ədiblərlə
bağlı məruzələrlə
çıxış edəcəklər.
Tədbir
çərçivəsində, həmçinin M.Ə.Sabirin,
Həsən bəy Zərdabinin, Əhməd Cavadın, Xurşidbanu Natəvanın, Hüseyn Cavidin, Əhməd Baydursunlunun, M.F.Axundzadənin,
Ömər Faiq Nemanzadənin yubiley tədbirləri keçiriləcək.
Festivalda Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun, Beynəlxalq Türk Akademiyasının, TÜRKSOY-un, Azərbaycan Yazıçılar
Birliyinin nəşr etdiyi kitabların təqdimatları da nəzərdə tutulub.
Tədbirin sonuncu günü mükafatlandırma mərasimi
təşkil olunacaq.
Qeyd edək ki,
Türk Dünyası Ədəbiyyat və
Kitab Festivalının növbəti ili Türkiyədə təşkil ediləcək.
525-ci qəzet.- 2022.- 12 may.- S.8.