"Növbədən qayıdanlar"
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
Bakı Xoreoqrafiya Akademiyasının sənətşünaslıq
ixtisası üzrə
tələbəsi Şəmsinur
Əhmədovadır. Onunla Xalq
rəssamı Tahir Salahovun "Növbədən
qayıdanlar" əsəri
haqqında danışmışıq.
***
- Tahir Salahovun şöhrətinə
şöhrət qatan
rəsmlərindən biri
də "Növbədən qayıdanlar"
əsəridir. Rəsmin yaranma
tarixçəsi haqqında
hər hansı məlumat varmı?
- Ümumiyyətlə, Tahir
Salahov öz yaradıcılığında neft mövzusuna tez-tez müraciət edirdi. Rəssam diplom işi və unikal əsərlərindən olan
"Növbədən qayıdanlar"
əsəri ilə Oktyabr inqilabının 40 illiyinə həsr olunmuş Ümumittifaq Sərgisində iştirak
edib.
1957-ci ildə çəkilən
"Növbədən qayıdanlar"
əsəri rəssamın
neft mövzusunda ərsəyə gətirdiyi
ilk işi olub. Rəsm böyük
rəğbətlə qarşılandı,
müəllifin şübhəsiz
istedadı kimi danışıldı. Hər möhtəşəm
əsərdə olduğu
kimi, bu əsər haqqında da maraqlı yanaşmalar mövcuddur.
Rəsmdə arxa planda rəssam təzə tikilməkdə olan neft şəhərciyini təsvir etməyə çalışıb, daha
doğrusu, şəhərin
"skeletini". Hətta bu
əsərə görə
rəssam iki aydan artıq neft daşlarında qalmalı olub. Yekaterina Degot öz məqaləsində
"Növbədən qayıdanlar"
əsərinin "bütün
cərəyanlara qarşı"
olduğunu qeyd edirdi.
- Tablo hazırda harda saxlanılır?
- Rəsm hazırda Sankt-Peterburqda, Rusiya İncəsənət Akademiyasında
saxlanılır. Ölkəmizdən kənarda da izləyiciləri valeh etməyə davam edir.
- Əsərin rəng
koloriti haqqında nə deyə bilərsiz?
- Ölçüsü 165x368 sm
təşkil edən rəsm əsərində
rəssam daha çox soyuq rənglərdən istifadə
edib.
- Hətta deyərdim ki, isti rənglər
görünmür.
- Elədir, dəniz dalğalarından, səmanın
rənginə qədər
artıq rəssamın
hansı hava şəraitini izləyiciyə
ötürmək istədiyi
bəlli olur. Güclü küləyə doğru,
köpüklənən dalğalardan
püskürən buludları
qoparan neftçilər
sarsılmış körpülərlə
evlərinə qayıdırlar.
Onların simalarında yorğunluq,
əzm və güc hiss olunurdu. Əsər kətan üzərində
yağlı boya ilə çəkilib.
"Sərt üslub"da
olan rəsm əsəri XX əsr sərgilərində debüt
edərək, müasirliyin
banisi kimi sayılan əsərlərdəndir.
- Sizcə, bu rəsm bizə nə deyir?
- İncəsənət tarixçisi və tənqidçisi Yekaterina
Degot qeyd edir ki, "Növbədən qayıdanlar"
əsərində insanlar
nisbətən rahatdırlar,
gərginlikdən uzaq,
kifayət qədər
impressionist rəsm əsərinin
küləyi ilə havalandırılırlar. Sözügedən rəsmdə, göründüyü
kimi, insanlar küləyə qarşı
gedirlər. Bu əsərlə rəssam
bizə neftçilərimizin
zəhmətini, çəkdikləri
əziyyətlərini göstərmək
istəyib və buna nail olub. Elə bu səbəblərdən
də rəsm təkcə Azərbaycanda
yox, Rusiyada da incəsənətin əlamətdar nümunələri
siyahısındadır.
Aytac SAHƏD
525-ci qəzet.- 2022.- 14 may.- S.21.