Fətəli şahın dörd erməni
xacəsi və Qriboyedovun qətli
Ermənilərin kütləvi şəkildə Qafqaza köçürülməsinin ilk qurbanlarından biri bu işin əsas təşkilatçısı - Rusiyanın Qacar sarayındakı səlahiyyətli nazir (vəziri-muxtar) statusundakı səfiri, görkəmli rus dramaturqu A.S.Qriboyedov (1795-1829) özü olmuşdu.
Dini hissləri təhqir olunan qəzəbli Tehran sakinlərinin
rus diplomatını qətlə yetirməsinin əsas səbəbkarlarından
biri saray hərəmxanasının xacəsi, sonra isə
şahın xəzinədarı Mirzə Yaqub (Yakov) Markaryan
idi. XIX əsr erməni tarixçisi Qalust Şermazanyanın
yazdığına görə, Mirzə Yaqub İrəvanda
sadə ailədə doğulmuşdu. Kiçik
yaşdan elmlərə maraq göstərmişdi. Təhsil həyatına Eçmiadzində başlasa
da, tam kursu başa vura bilməmişdi.
1804-cü ildə sonralar ölümünü Bakıda
tapan general Sisianov İrəvan qalasını mühasirəyə
almışdı. Qoşunun tərkibində
soydaşları - gürcü süvariləri də vardı.
Mühasirənin uzandığını görən
gürcülərlə Sisianov aralarında münaqişə
yaranmışdı. Onlar qələbədən
və qənimətlərdən əl üzüb geriyə -
Tiflisə qayıtmaq qərarına gəlmişdilər.
Şəhəri tərk edən ermənilərlə
birlikdə Mirzə Yaqub da gürcü atlılarına
qoşulmuşdu. Məqsədi təhsilini
Tiflisdə davam etdirmək idi. Lakin İrəvandan
qaçan dəstənin bəxti gətirməmişdi. Farsların pusqusuna düşmüşdülər.
Bir hissəsi məhv edilmiş, qalanları əsir
götürülmüşdü. Yaqub
Markaryan da sonuncuların arasında idi. Onu
bir neçə erməni yeniyetmə ilə birlikdə Təbrizə
aparmışdılar. Sonra da
hamısını axtalayıb şah hərəmxanasında
xidmət üçün paytaxt Tehrana göndərmişdilər.
Hərəm
dairəsində xidmətə başlayandan sonra Yaqub baş
xacə, adaşı və soydaşı Ağa Yaqub Kutulinin rəhbərliyi
altında ərəb və fars dillərini
öyrənməyə başlamışdı. Eyni vaxtda
çox usta bir mühasibin köməyi ilə mühasibat
işinin sirlərinə yiyələnmişdi. Culfadan
olan Stepan adlı bir soydaşı isə bu sahədəki biliklərinin
daha da təkmilləşməsinə kömək etmişdi.
Tezliklə Yaqub yüksək savadlı adamlara
verilən "mirzə" tituluna layiq
görülmüşdü.
Mühasibat sənətinin incəliklərinə bələdliyi Mirzə Yaqubun tanınmasına, hətta şaha yol tapmasına zəmin yaratmışdı. 1820-ci illərdə hərəmin illik büdcəsi təxminən 300 min tümən idi. Bu vəsaitin necə xərclənməsi ilə bağlı saray mühasibləri şaha təqdim olunan hesabat üzərində bəzən aylarla çalışırdılar. Ağa Yaqub Kutulinin tapşırığı ilə yetirməsi Mirzə Yaqub cəmi 20 gün ərzində işin öhdəsindən uğurla gəlmişdi. Ən başlıcası isə hazırladığı aydın və anlaşıqlı hesabatla şahın hüsnü təvəccöhünü qazanmışdı. Fətəli şah tək hərəm dairəsinin deyil, ölkənin gəlir və çıxarlarının hesablanmasını ona tapşırmışdı. Qalust Şermazanyan yazır: "Əgər Mirzə Yaqub həyatının sonuna kimi müsəlman kimi qalsaydı, yəqin ki, çox irəli gedərdi. Yüksək mənsəb və ali titullar qazanardı. Lakin o, hətta xan ünvanından imtina etmişdi. Çünki ürəyinin dərinliyində inanclı xristian idi. Gecə-gündüz İrandan necə qaçmaq, xristian dövlətin himayəsinə sığınıb sərbəst şəkildə öz dininə sitayiş etmək istəyirdi". Gələcəkdə Rusiyada, yaxud Avropa ölkələrinin birində yaşamaq istəyirdi. Bu məqsədlə müəllim tutub fransız və əsir rus əsgərinin köməyi ilə rus dillərini öyrənməyə başlamışdı.
Lakin erməni xisləti səmimi xristian olmaq istəyinə üstün gəlmişdi. Soydaşları olan digər xacələrlə əl-ələ verib saray hərəmxanasında müxtəlif korrupsiya sxemləri qurmuş, qısa müddətdə böyük sərvət toplayaraq ölkənin zəngin adamlarından birinə çevrilmişdi. Maraqlıdır ki, Fətəli şah hərəmində Ağa Yaqub Kutulinin başçılığı ilə erməni xacələrdən ibarət mütəşəkkil cinayətkar dəstə yaranmışdı və Mirzə Yaqub da onun ən fəal üzvlərindən biri idi.
Baş xacə Ağa Yaqub Kutuli fikir vermişdi ki, hərəmdəki yaşlı xacələrlə xidmətçi qadınlar bazardan ucuz qiymətə müxtəlif geyim və bəzək əşyaları alır, onları ikiqat, üçqat bahasına şahın arvadlarına və cariyələrə nisyə verir, sonra da pullarını artıqlaması ilə tələb edirdilər. Ortada dövr edən böyük məbləği isə son nəticədə hərəmxana büdcəsindən Kutuli ödəməli olurdu. Həm də borcun qaytarılması zəminində bu və ya digər geyim, yaxud bəzək əşyasının real dəyəri ilə təklif olunan qiyməti zəminində gez-tez münaqişələr yaranırdı. Erməni xədimlər düşünürdülər: əgər belədirsə, bu gəlirli "biznes sahəsini" öz əllərinə keçirə bilməzlərmi? Vasitəçilərin köməyi olmadan bu işi özləri görə bilməzlərmi? Kutuli soydaşları ilə məsləhətləşəndən sonra Fətəli şahla danışdı. Nəticədə hərəmin bazarlıq məsələlərini yoluna qoymaq üçün xacələrə öz kapitalları ilə dörd nəfər təsisçisi olan bir cəmiyyət qurmağa icazə verildi.
Cəmiyyət yaxşı əlaqələrə malik tacirlərin, etibarlı zərgərlərin köməyi ilə münasib qiymətə geyim və bəzək əşyaları almağı, kənar adamların ortaya girmələrinə imkan verməməyi, şişirdilmiş qiymətlər qoymamağı üzərinə götürürdü. Ağa Yaqub Kutulidən başqa, onun tərkibinə hərəm xacələrindən Ağa Manuçar Yenikolopyans, Ağa Xosrov Kaytmazyants və Mirzə Yaqub Markaryan daxil idilər. İlkin kapitalı Kutuli verirdi. Qazanc dörd bərabər hissəyə bölünürdü. Bir hissəsi ilkin kapitalın üzərinə gəlir, qalan hissələri isə təbii ki, xərcləri çıxmaq şərti ilə üç bərabər paya bölünüb digər üzvlər arasında paylanırdı. Hərəmin maliyyə məsələləri üçün məsul olan Mirzə Yaqub İsfahandan olan Stepan adlı başqa bir ermənini də mühasib kimi işə cəlb etmişdi.
Yüngül qazanc xatirinə bir araya gəlsələr də, Ağa Manuçar, Ağa Xosrov və Mirzə Yaqub tamamilə fərqli adamlar idilər. Birinci bahalı, cins atları sevirdi. Zəngin yaşamağa üstünlük verirdi. Manuçarın həyatda bir məqsədi vardı - bütün mümkün yollarla ləl-cəvahirat, sərvət toplamağa çalışırdı. Mirzə Yaqub isə qazandığı pulları əsasən təhsilinə və nadir kitablar almağa sərf edirdi. Qalanını isə İrəvana, qohumlarına göndərirdi.
Cəmiyyət əvvəl məhdud, qapalı dairədə fəaliyyət göstərsə də, tezliklə əhatə dairəsini genişləndirdi. İranın liman məntəqəsi Buşirə, Təbrizə, Bağdada, İstanbula, yunan ticarət şəhərlərinə öz ermənilərindən ibarət agentlər təyin etdi. Onlar sərf edən qiymətə ipək və yun parçalar, ətriyyat, zinət əşyaları, daş-qaş alıb Tehrana göndərilirdi. Bu mallar təkcə hərəm dairəsi üçün deyildi. Ən böyük alıcılar sırasında şahın özü, onun ölkənin müxtəlif yerlərində yaşayan çoxsaylı oğul və qızları, kürəkən və gəlinləri idilər. Toy edən, qızına zəngin cehiz qoşan, bahalı hədiyyə vermək istəyən əyan-əşrəf də Tehranın ürəyində, şah sarayında yeləşən "erməni dükanına" üz tuturdu. Xacə Ağa Xosrov xan rütbəsi alıb Gilan hakimi təyin olunandan sonra bazar daha da böyümüşdü. Onun vasitəçiliyi ilə Həştərxan və Makar (Nijni-Novqorod) yarmarkaları ilə əlaqələr yaradılmışdı. Burada münasib qiymətə alınan müxtəlif mallar sarayda üç-dörd qat bahasına satılırdı.
Bu vəziyyət 1819-cu ilə qədər davam etdi. Mirzə Yaqub xəzinədar (təxminən maliyyə naziri) təyin edildiyindən vəzifə borcuna görə sərfəli işdən uzaqlaşmaq qərarına gəldi. Bir neçə il sonra Qacarlarla Rusiya arasındakı müharibə isə şah sarayını ticarət obyektinə çevirmiş diribaş ermənilərin yollarının ayrılmasına səbəb oldu.
1826-cı
ildə yenidən alovlanan İran-Rusi
ya
müharibəsi erməni xacələrin təkcə qadın
paltarı və zinət əşyaları satıb
var-dövlət toplamaqla kifayətlənmədiklərini, həm
də siyasi ambisiyalarla yaşadıqlarını, sadəcə
gəlir mənbəyi kimi baxdıqları Qacarlar
sarayını Rusiya ilə dəyişməyə hazır
olduqlarını göstərdi. Ağa Yaqub
Kutulidən sonra hərəmin baş xacəsi vəzifəsinə
yüksələn və xan tituluna layiq görülən
Manuçar Enikolopyants İran tərəfdən şahın
inanılmış adamı kimi Türkmənçay
danışıqlarında və sülh müqaviləsinin imzalanmasında
iştirak etmişdi. Xosrov xanla Mirzə
Yaqub da Rusiyaya meyilli idilər. Xüsusilə
sonuncu bu məsələdəki inadkarlıq və tələskənliyinə
görə həm özünün, həm də rus səfiri
A.S.Qriboyedovun məhvinə səbəb olmuşdu. Qalust
Şermazanyan 1901-ci ildə "Russkaya starina"
jurnalının 10-cu sayında dərc etdirdiyi "Erməni mənbələrinə
görə A.S.Qriboyedovun ölümü" adlı iri həcmli
məqaləsində yuxarıda da
vurğuladığımız kimi, soydaşını qətlin
başlıca səbəbkarı adlandırmışdı.
1828-ci ilin payızında Qriboyedov Təbrizə gəldi. Ölkənin
xarici siyasətinə rəhbərlik edən vəliəhd
Abbas Mirzə həm də Azərbaycan valisi olduğundan
diplomatik missiyalar Təbrizdə yerləşirdi. Rus elçisinin qarşısında biri-birindən
çətin vəzifələr dayanırdı. Qarşıda onu təkcə çətinliklər
deyil, təhlükələr gözlədiyini yaxşı
anlayan Qriboyedov İrana həvəssiz gəlirdi. Dostu Begiçevə məktubunda sanki taleyini
qabaqcadan görərək "İrandan sağ
qayıtmayacağından qorxduğunu" yazmışdı.
Türkmənçay sülh müqaviləsinin
şərtlərinə görə, Qacar İranının
üzərinə götürdüyü təhəddüdlərin
icrasını həyata keçirməli idi. Onların
sırasına 20 milyon rus manatı miqdarında
kontribusiyanın ödənişi, əsirlərin
qaytarılması, ermənilərin Cənubi Qafqaza
köçürülməsi kimi çox da asan olmayan məsələlər
daxil idi.
1828-ci il dekabrın 9-da Qriboyedov və rus
missiyasının üzvləri Təbrizi tərk edib paytaxt
Tehrana yollandılar. Məqsəd Fətəli
şah Qacarla görüşüb etimadnaməsini təqdim
etmək, habelə həlli vacib məsələlərin
müzakirəsi idi. Vəziri-muxtarı
görünməmiş təntənə ilə
qarşılamışdılar. Qacar
sarayının müəyyən etiket qaydalarını
pozmasına (şahın yanına uzunboğaz süvari çəkmələrində
gəlmişdi, döşəkçədə oturmaqdan boyun
qaçırıb kreslo tələb etmişdi) baxmayaraq, Fətəli
şah səfirlə çox səmimi və mehriban
danışmışdı. Onu protokolda tələb
edildiyindən də uzun müddət yanında
saxlamışdı. Həmin gün yeni
rus elçisinə təqdim edilən Qacar əyanları
arasında xacə Mirzə Yaqub da var idi.
Bir neçə peşəkar rus diplomatını və kazaklardan ibarət kiçik mühafizə dəstəsini çıxmaq şərti ilə Qriboyedovla birlikdə İrəvandan Təbrizə, oradan isə Tehrana gələn heyət arasında ermənilər (əsasən texniki personal) üstünlük təşkil edirdilər. Onların yeni ağalarına arxalanaraq özlərini kifayət qədər həyasız və iddialı aparmaları, yerli sakinlərlə saymazyana rəftarı da rus elçisinin amansızcasına qətlə yetirilməsində az rol oynamamışdı.
Yuxarıda erməni tarixçisi Q.Şermazanyana istinadla yazdığım kimi, Mirzə Yaqub islamı qəbul etsə də, ürəyində özünü xristian sayırdı. Odur ki, rus missiyasının Tehrana gəldiyi ilk gündən çarın təmsilçisi ilə - vəziri-muxtarla ayrılıqda görüşüb niyyətini açıq şəkildə bildirmək istəyirdi. Lakin bu, ilk baxışdan göründüyü qədər də asan məsələ deyildi. Şahın ən yaxın adamlarından biri, saray xəzinədarı özbaşına rus səfirinin iqamətgahına necə gedə bilərdi?
Tərəddüdlər içərisində çırpındığı vaxt gözlənilməz təsadüf işinə yaradı. Şahın kürəkəni, keçmiş sədrəzəm Allahyar xanın hərəmxanasından erməni əsilli iki qadın qaçıb missiyaya sığınmışdı. Şah qadınların geri qaytarılması ilə bağlı danışıqlar aparmaq üçün inanılmış adamı kimi Mirzə Yaqubu Qriboyedovun yanına göndərdi.
Artıq Qriboyedovla şəxsi tanışlıq yaradılmışdı. Bu hadisədən bir neçə gün sonra Mirzə Yaqub gecədən xeyli keçmiş yenidən missiyaya gəldi. Burada müvəqqəti sığınacaq tapmaq, rus çarının təbəəsi olmaq, missiyanın köməyi ilə İrəvana dönmək istədiyini bildirdi. Qriboyedov onu qəbul etmədi. Amma köməkçisi vasitəsi ilə xəbər çatdırdı ki, "onunla gecə yarısı, xəlvət görüşə bilməz. Çünki elçi kimi gördüyü işlər açıq və aşkar olmalıdır. Qoy indi saraya qayıtsın, bir də yaxşı-yaxşı fikirləşsin. Əgər həqiqətən də vətənə qayıtmaq fikri qətidirsə, onda başqa bir vaxt, amma gündüz gəlsin ki, qəbul edib himayəm altına ala bilim".
Ertəsi gün səhər açılan kimi Mirzə Yaqub kiçik qardaşı və başqa iki erməni ilə artıq missiyada idi. Şahın inanılnış adamlarından birinin ruslara pənah aparması Tehranda qəfil partlayan bomba effekti yaratmışdı. Amma çoxları xəbərə inanmır, Mirzə Yaqubun saraydakı yüksək mövqeyini, var-dövlətini qoyub rusların yanına qaçmasını mümkünsüz sayırdılar.
Ertəsi gün Qriboyedov səfirlik əməkdaşlarından birini Yaqubun xidmətçiləri ilə birlikdə saraya yolladı ki, onun yeddi sandıq dolusu əşyalarını gətirsinlər. Lakin soydaşı Manuçar xanın adamları yüklü qatırların saray həyətindən çıxmasına imkan vermədilər. Vəziri-muxtar məsələyə aydınlıq gətirmək üçün bu dəfə missiyanın rəsmi tərcüməçisi Mirzə Nəriman Məlik Şahnəzəryantsı Manuçarın yanına göndərdi. Manuçar göstərişin şahdan gəldiyini, əşyaları isə sədrəzəmə göndərdiyini bildirdi. Sonuncu Mirzə Yaqubun saray xəzinəsinə xeyli borcu olduğunu, üstəlik də, hərəmə məxsus xeyli daş-qaş və geyimi geri qaytarmadığını dedi.
Mirzə Yaqub deyilənlərin yalan olduğunu iddia
edirdi. Bəlkə də Qriboyedov ölkənin daxili
işlərinə qarışdığının fərqində
olsaydı, bu məqamda dayanardı. Amma o, əksini
etdi. Səfirliyin birinci katibi Maltsevi prosesə
qoşdu. Sədrəzəmlə
görüşən Maltsev isə Mirzə Yaqubu müdafiə
edib dolayısı yolla Qacar sarayını
yalançılıq və böhtanda günahlandırdı.
Bu, artıq qırmızı xəttin
keçilməsi, şaha əlcək atılması idi.
Eyni
gündə Tehranı Mirzə Yaqubun islam
dininə və müsəlman müqəddəslərinə
küfr etməsi barədə şayiələr
bürüdü. Rus missiyası isə vəziyyətin
get-gedə qorxulu xarakter aldığına əhəmiyyət
vermədən saraya təzyiqini azaltmır, sanki Tehrana bu məqsədlə
gəlibmiş kimi erməni xacəsinin əşyalarının
tam şəkildə geri verilməsini tələb edirdi.
Nəhayət, belə çəkişmə və qarşılıqlı ittihamlar içində 1828-ci il yanvarın 29-u gəlib çatdı. Həmin gün cümə idi və çoxsaylı dindarlar camaat namazına toplaşmışdılar. Artıq neçə gündən bəri Mirzə Yaqub haqqındakı xəbərlərlə yatıb-duran kütlə imam-cümə Molla Məsihə üz tutub islamı qəbul edən, sonra ona arxa çevirib əski dininə qayıdan şəxsə şəriətdə hansı cəza nəzərdə tutulduğu ilə maraqlandı. Molla Məsihin cavabı qısa oldu: "Həmin adam öldürülməlidir!"
(Davamı var)
Vilayət
QULİYEV
Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2022.- 14 may.- S.10;11.