Böyük Qayıdışda təhsil sahəsinin
müstəsna yeri var
AZAD
EDİLMİŞ ƏRAZİLƏRDƏ TƏHSİL
İNFRASTRUKTURU ƏN MÜASİR SƏVİYYƏDƏ
YENİDƏN QURULACAQ
Ermənistanın Azərbaycana qarşı
30 ilə yaxın davam edən silahlı təcavüzü
nəticəsində işğal
olunan rayonların təhsil infrastrukturu tamamilə dağıdılıb.
Füzuli rayonunda işğaldan öncə mövcud olan 100-ə qədər orta təhsil və texniki peşə məktəbinin
əksəriyyəti məhv
edilib. Qubadlıda inşa olunmuş
və yaşı 100 ildən böyük olan ilk dünyəvi məktəb ermənilər
tərəfindən dağıdılıb.
İşğaldan əvvəl
61 ümumi təhsil məktəbi olan Qubadlıda 33 tam orta, 16 ümumi orta, 12 ibtidai məktəb fəaliyyət göstərib.
Bununla bərabər, Uşaq-gənclər idman
məktəbi, Uşaq
şahmat məktəbi, həmçinin,
Uşaq və yeniyetmələrin yaradıcılıq,
Texniki yaradıcılıq
və Ekoloji Tərbiyə mərkəzləri,
Texniki Peşə məktəbi də fəaliyyət göstərib.
Erməni vandalları sözügedən
təhsil ocaqlarının
binalarını yerlə-yeksan
ediblər.
Azərbaycanın mədəniyyət beşiyi
hesab edilən Şuşa şəhərinin
işğalı nəticəsində
23 ümumtəhsil məktəbi,
6 məktəbəqədər uşaq müəssisəsi,
7 məktəbəqədər uşaq tərbiyə müəssisəsi, peşə-ixtisas
məktəbi, Mədəni-maarif,
Kənd təsərrüfatı,
M.M.Nəvvab adına Musiqi texnikumları, 2 saylı Bakı Baza Tibb Texnikumunun
filialı, həmçinin,
Azərbaycan Dövlət
Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyasının
Nəsimi adına Ədəbiyyat İnstitutunun
filialları yerlə-yeksan
edilib. Şuşa Realnı məktəbi də ermənilər tərəfindən dağıdılıb.
İşğaldan öncə Ağdam
şəhərində Musiqi,
Kənd Təsərrüfatı,
Kənd Təsərrüfatı
Mexanikləşdirmə və
Elektrikləşdirməsi texnikumları,
9 ümumtəhsil və
internat orta məktəbi, iki Peşə məktəbi,
həmçinin, Şahmat,
Uşaq, Gənclər
və İdman, Ekoloji Tərbiyə və Təcrübəçilik,
Tibb məktəbləri,
Texniki Yaradıcılıq
və Gənclər Yaradıcılıq mərkəzləri
fəaliyyət göstərib.
Həmin
təhsil obyektlərinin
binaları da ermənilər tərəfindən
yerlə-yeksan edilib.
Laçın rayonunda işğal dövrünə qədər
fəaliyyət göstərən
102 ümumtəhsil məktəbi
də tamamilə dağıdılıb.
Təcavüzkar dövlətin əməlləri
Füzuli, Kəlbəcər,
Cəbrayıl, Zəngilan,
Xocalı, Xocavənd rayonlarından da yan keçməyib. Adıçəkilən bölgələrimizin təhsil
müəssisələri viran
qoyulub.
Ermənilərin ən çox dağıntılara məruz
qoyduğu ərazilərdən
olan Xocavənd rayonunun 1859-cu ildə əsası qoyulmuş Tuğ kənd məktəbi məhv edilib. Laçın rayonunun
130 yaşlı B.M.Məmmədov
adına Minkənd tam
orta məktəbi, Akademik M.Mehdizadə adına 145 il öncə əsası qoyulan Cəbrayıl şəhər tam orta məktəbi, 140 yaşlı
Qara İlyasov adına Qubadlı şəhər tam orta məktəbi, yaradılmasından
190 ildən çox vaxt keçmiş, Azərbaycanın ilk qəza
məktəbi sayılan
Şuşanın tarixi
1 nömrəli orta məktəbi və sair təhsil müəssisələri ermənilər
tərəfindən amansızcasına
məhv edilib.
Hazırda işğaldan azad
edilən ərazil
ərdə dağıdılan
təhsil infrastrukturunun
bərpası istiqamətində
mühüm işlər
görülür. Qarabağda
həyata keçirilən
infrastruktur layihələrinin
başında məhz
təhsil müəssisələrinin
yenidən qurulması,
məktəblərin və
ali təhsil
ocaqlarının bərpası
dayanır. Düşmənin məhv etdiyi
tarixi məktəb binalarını geri qaytara bilməsək də, orada müasir tələblərə
tam cavab verəcək,
Azərbaycan təhsilinə
əhəmiyyətli töhfə
vəd edən təhsil ocaqlarının
tikintisi planlaşdırılır.
Şagirdlərin təhsil
prosesinə cəlb edilməsi, onların işğaldan azad olunan ərazilərdə standartlara uyğun ümumtəhsil məktəblərində
təhsil alması üçün artıq Ağdam, Şuşa, Füzulidə bir neçə orta məktəbin tikinsinə
başlanılıb.
Qarabağda təkcə orta
ümumtəhsil məktəbləri
deyil, ali təhsil, kollec, peşə təhsili müəssisələrinin yaradılmasına
ehtiyac var.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, işğaldan azad olunan ərazilərdə
peşə təhsili
məktəblərinin inşası
və onların müasir tələblərə
cavab verən maddi-texniki bazasının
yaradılması önəmli
məsələlərdən biridir. Bu rayonlarda
kənd təsərüfatı
və mədənçilik
əlverişli olduğu
üçün burada
peşə təhsili
müəssisələrin qurulmasına
xüsusi ehtiyac var: "Əsasən də kənd təsərrüfatı sahəsində
bir sıra peşələrin-pambıqçılıq,
üzümçülük, maldarlıqla bağlı ixtisaslı kadrların hazırlanmasına üstünlük
verilməlidir. Həmçinin, mədən sənayesinin inkişafı üçün
sənaye məktəblərinin
açılması və
peşə kurslarının
təşkil olunması
vacibdir. Yaxın gələcəkdə
həmin bölgələrdə
bu ixtisaslara böyük ehtiyac yaranacaq. Məhz bu səbəbdən
təxirəsalınmadan mütəxəssislər
hazırlanmalıdır".
Artıq Füzuli rayonunda ilk peşə liseyinin tikintisinə satart verilib. Mayın 10-da Füzulidə Peşə Liseyinin təməli qoyulub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhərdə
inşa olunacaq Peşə Liseyinin təməlinin qoyulması
mərasimində iştirak
ediblər.
Peşə Liseyinin ərazisi
3,2 hektar sahəni əhatə edəcək. Kompleksdə tədris, laboratoriya
təcrübələri, idman
binaları və meydançası yaradılacaq.
Burada, həmçinin, avtomobil təmiri emalatxanası, avadanlıq və texnika, təsərrüfat
anbarları, təsərrüfat
qurğusu, praktik təlimlər qurğusu da inşa ediləcək.
Mütəxəssislər hesab edirlər ki, Qarabağda pedoqoji kadrlar, inşaat mühəndisləri
yetişdirəcək çoxsahəli
bir universitet yaratmağa ehtiyac var. Müəllimlərin hazırlanması
üçün dövlət
sifarişinin Bakıdan
Azərbaycanın bölgələrinə
verilməsi də təklif olunur.
Şuşa öz musiqiçiləri ilə məşhurdur və ona görə
də bu şəhərdə Bakı
Konservatoriyasının filialı
olan musiqi məktəbi açmaq olar.
Təhsil
eksperti Nadir İsrafilovun
sözlərinə əsasən, Qarabağın
sosial-iqtisadi inkişaf
perspektivləri ilə
bağlı vahid strategiya çərçivəsində
bölgədəki təhsil
sisteminin inkişafı
həlledici rol oynamalı, pedaqoji kadrlar, inşaat mühəndisləri yetişdirməli
çoxsahəli bir universitet yaradılmalıdır:
"Bundan başqa, Qarabağda həmişə
əkinçilik və
şərabçılıq inkişaf edib. Yüngül
sənaye sahələrində
olduğu kimi, bu sahələrdə də kadr hazırlamaq
lazımdır. Bu sektorlarda mütəxəssislər
Gəncədə hazırlanır,
lakin Qarabağda bir universitetin açılması bu sahədəki kadrları paytaxta doğru axın etmədən saxlamağa kömək edəcək. Qarabağda
təkcə ali
təhsili deyil, həm də peşə təhsilini inkişaf etdirmək vacibdir.
Ağdamı dünyanın ən gözəl şəhərlərindən
birinə çevirəcək
Baş Planda Qarabağ Universitetinin yaradılması da nəzərdə tutulur.
Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, Ağdamda xüsusi təhsil kvartalının yaradılması
nəzərdə tutulur. Həmin
kvartalda Qarabağ Universitetinin təməli qoyulacaq: "Hələlik
universitetin konsepsiyası
işlənilməlidir. Qarabağ elmi
potensialından istifadə
edilməsi uzun yoldur. Qarabağda dayanıqlı məskunlaşma
insanların bacarıq
və biliklərinin inkişafı deməkdir.
Çünki oraya köçən
və məskunlaşan
insanların adaptasiya prosesində onların bacarıqlarının inkişaf
etdirilməsi, formalaşdırılması
da nəzərdə tutulur".
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyir ki, "QARABAĞ" Ağdamda qurulacaq yeni universitetin adı olmaqla yanaşı, həm də güclü bir universitet brendi olacaq. Rektor yeni yaradılacaq universitet ilə bağlı bəzi təkliflər irəli sürüb: "Bu brendin özəllikləri kimi "tələbə mərkəzli" universitet, öyrətməyə vida edən və öyrənməyi əsas tutan təhsil modeli, fərdi təhsil trayektoriyası əsasında təhsil verən universitet, təhsilin əsas keyfiyyət amili kimi hər bir təhsilalanın "təhsil izi", XXI əsr vərdiş, bacarıq və kompetensiyaların formalaşmasına zəmanət verən adaptiv təhsil modelini göstərmək olar. Həmçinin, distant təhsilin yaratdığı üstünlükləri maksimal dərəcədə reallaşdıran universitet, dünyada öndə olan universitetlərin və tanınmış peşəkarların potensialından bəhrələnən şəbəkə universiteti, rəqəmsal iqtisadiyyat sahəsində ixtisaslaşan tədris və elm mərkəzi, xətti-funksional idarəetməni proseslərin idarəedilməsilə əvəzləyən universitet, "Smart universitet", Şəhid övladlarının təhsil aldığı universitet. Mən əminəm ki, "QARABAĞ" güclü bir universitet brendi olacaq".
Təhsil üzrə ekspert Elçin Əfəndinin fikrincə, Qarabağda elə bir ali məktəb yaratmalıdır ki, beynəlxalq arenada rəqabətə davamlı ola bilsin. Bunun üçün peşəkar professor-müəllim heyəti formalaşdırılmalı, universitetin maddi-texniki bazası ən son texnologiyalar əsasında qurulmalıdır. Eyni zamanda, rəqabətqabiliyyətli ixtisasların açılması təmin edilməlidir. Qəbul zamanı bütün şəhid övladları imtahansız qəbul olmalı, ödənişsiz təhsil almaları təmin edilməli, həmçinin qazi övladlarına ödənişsiz təhsil almaq hüququ verilməlidir. Universitetə peşəkar müəllimlər cəlb edilməli, əsasən Türkiyə və Avropa ölkələrində təhsil almış yüksəkixtisaslı kadrlara-vətəndaşlarımıza üstünlük verilməlidir: "Azərbaycana qərəzli mövqe tutmayan başqa xarici ölkələrin yüksəkixtisaslı kadrları da təhsilverən qismində prosesə cəlb edilməlidir. Xarici ölkə vətəndaşlarının Ermənistan istisna olmaqla universitetə qəbulu həyata keçirilməlidir. Çünki bunun Qarabağın təbliğatı aparmaq baxımından əhəmiyyəti böyükdür. Digər tərəfdən xarici tələbələri universitetə cəlb etmək üçün ali məktəbin həm kampusunun, həm də yataqxanasının olması vacib məqamdır. Bu həm də yerli tələbələrin rahat təhsil almaları üçün olduqca əhəmiyyətlidir. Təbii ki, sadaladığım bu detallar Qarabağ Universitetinin təşkili prosesində nəzərə alınarsa, yaxın illərdə həmin təhsil müəssisəsi dünya universitetləri ilə rəqabət aparacaq səviyyəyə çata bilər".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 14 may.- S.6.