Böyük İpək yolu
(ixtisarla)
Gələr, gedər karvanlar,
Gedər, gələr karvanlar.
Qədim ipək yolu bu -
Həm sevinc, həm ərmanlar .
İyirmi bir əsrdir,
Həm dözüm, həm səbrdir.
Xalqlar quran qəsrdir -
Gah abad, gah viranlar.
Buncalar
gen, bu açün,
Bir yanı
Çinü-Maçin.
İnsan
açsa qucağın
Bil sığar
asimanlar.
Yerdən
göylərə yetmiş,
Ölməz ərlərə yetmiş,
Uluğbəylərdən getmiş
Ulduzlara ünvanlar.
Günçıxandan çıxar gün,
Bu yanda yatar hər
gün,
Yaponca söylər bu gün
Termizdəki kurqanlar.
Böyük, şanlı yoldur
bu,
Min millət, bir
dildir bu.
Əcdadlardan uzanan
Yenilməz bir əldir bu.
Dünya,
eylə bir nəzər,
Mənzillərin olsun zər.
Düz əbədiyyətə qədər
Dayanmaz bu
karvanlar.
Yaşar
Qasımbəyli
Siracəddin SƏYYİD,
Özbəkistanın Xalq şairi
525-ci qəzet.- 2022.- 17 may.- S.15.