Dün hökm qıldı qətlimə ol şəh itab ilə,
Şad eylədi gədasını bu xoş cavab ilə.
Olsun qara üzü görəyim qanlı qəmzənin,
Öldürmədi məni, yenə qoydu əzab ilə.
Zülfi siyahlər ğəmini şam ta səhər,
Ömri-dirazdır çəkirəm piçü tab ilə.
Ol gül üzardə ərəqin xoş səfası var,
Türfə budur ki, saziş edər atəş ab ilə.
Öldürməsən nə süd mana bərqi-tiğdən,
Mümkün degil ki, siyr ola təşnə sərab ilə.
Gündüz üzün ğəmi, gecə zülfün kəşakəşi,
Asayişim nə xürd ilə hasil, nə xab ilə.
Zakir o şux nərgisi-məstin xərabıdır,
Ha böylə sərxoş olmaq olurmu şərab ilə.
***
Nola gər saxlar isəm təndə dilü cani əziz,
Bir pərinindir,
onunçun tutaram ani əziz.
Qılmışam nəzr onu mən ol səri-ku
itlərinə,
Rəsmi ayindir, əzizin olu qurbani əziz.
Əşkimi, çöhreyi-zərdimi görüb qədr etməz,
Mən eşitmişdim
edər simu zər insani əziz.
Atəşi-eşqi-dərun ilə ərindi axır,
Saxlar idim neçə əyyam idi peykani əziz.
Naqisəm, alsam əgər
bir kələfi-rismanə,
Misri-dildə sata ol Yusifi-Kənani
Əziz.
Mana nisbətdi siyəhbəxtü
pərişanlıqda,
Vəchi oldur tutaram zülfi-pərişani
əziz.
Zakiri-xəstədilə rəhm qıl, ey sərvi-rəvan,
Novcavanlar tutar, adətdi ki, pirani əziz.
***
Qadir
Allah səbəb salıb
arayə,
Sevdiyim, ixtilat qatmaq çağıdı.
Dur qolboyun olaq, fürsət var ikən,
Nə qəmə,
qüssəyə batmaq
çağıdı?
Qoşmalar
Götür qoy bir səmtə bəzəyin
sərin,
Qorxuram dağıla
zərü zivərin.
Başın qullabəsin, belin
kəmərin
Hər birin bir yana atmaq çağıdı.
Uz bürüməz yar yarını görəndə,
Bu xasiyyət nədir
bilməzəm səndə?
Biganələr kimi oturma gendə,
Gəl sarmaşaq,
alıb-satmaq çağıdı.
Qul xətasız olmaz, ey çeşmi xumar!
Öldürsən də sonra ixtiyarın
var.
Bu gündən sabaha yoxdur etibar,
Soyun, gecə
keçdi, yatmaq çağıdı.
Canım
qurban qaşlarının
tağına,
Pərvanə tək dolan solu sağına.
Zakir, dön başına, düş ayağına,
Nə danışıb
söz uzatmaq çağıdı?!
***
A ləbləri badə, ağzı piyalə!
Bir söz desəm olma bidəmaq, sana.
Yetişibsən, indən belə
yaraşmaz
Yadlar ilə deyib-danışmaq
sana.
Əcəb bihəyadır çərxi-kəcrəftar,
Hər ayda bir hilal
eylər aşikar;
Şəksiz sənin ilə
ədavəti var,
Göstərir düşəndə qaş-qabaq sana,
Mədənisən felin, nazü ğəmzənin,
Bərabərin yoxdu aləmdə
sənin;
Təhrik
eyləməsə səba,
qönçənin
Ağzı nədir aça
dil-dodaq sana?!
Cəvahir qolbaqlar bəyaz
biləyi
Gahi qucar, gahi eylər
hənəyi,
Behiştin hurisi, göyün
mələyi
Yetişməz, yüz çala
əl-ayaq, sana.
Zakirəm, eylədin əqlimi
zayil,
Olmaz belə surət, belə şəmayıl;
Elə mən deyiləm hüsnünə mayıl,
Göz dikibdir tamam Qarabağ sana.
***
Gəraylılar
Nə faidə, ildə bir yol
Olur lazım
sizə qurban.
Mən istərəm sana
gündə
Olam tazə-təzə
qurban.
Əqlü huşu, din- imanı
Etmişdim qaşın qurbanı;
Dur öldür, sevdiyim, canı
Gətirmişəm gözə qurban.
Eşq əhli cüstü cuyində
Dolanır dövri-ruyində,
Yatarlar səri-kuyində,
Tökülübdür düzə qurban.
Deyin sərvi-güləndamə:
Öldürsün, yetişim kamə;
Müşküldür gələn bayramə
Acu susuz dözə qurban.
Siyəh
zülfün kəmənd
eylə,
Zakiri payibən eylə;
Etibar yoxdu, bənd eylə,
Qoyma açıq
gəzə qurban.
***
Bənzər meyxanədə sərxoş
İki tərsayə
gözlərin.
Dəxi
sürmə nə hacətdir,
Can alır sayə gözlərin.
Kaman qaşın peyvəstdir,
Oxları
dilnişəstdir,
Guya hinduyi-məstdir
Giribdi yayə
gözlərin.
Zülfün könüllər məskəni,
Pabəst
eylər hər görəni;
Məcnun
tək, aqibət, məni
Salır səhrayə gözlərin.
Neyləmişəm o xunxarə,
Müttəsil baxar əğyarə.
Bir dəm eyləməz nəzzarə,
Məni-rüsvayə gözlərin.
Bir tərəfdən artırır
ğəm,
Bir tərəfdən edir mərhəm,
Həm öldürür Zakiri, həm
Qaçar hərayə gözlərin.
***
Yeni tapılan şeirlərindən
Bəyazi-hüsnündə, sevdigim, bənzər
Baş-başa çatılmış yayə
qaşların.
Badi-səba əymiş gül
budağıtək
Salıb üzzarına sayə qaşların.
Ləbin
meyi-nabə nəzakət
eylər,
Hüsnün günəş ilə
ədavət eylər,
Gözlərin nərgisə şəmamət
eylər,
Şikəst vurur yengi ayə
qaşların.
Tək yaradıb səni xaliqül-əşya,
Şəhdi-müsəffadır cismin sərapa.
Dilin, dişin, bir də gözlərin, əmma
Tək gəlibdi
bu dünyaya qaşların.
Düşmüşəm çöllərə əlli
yaşında.
Gəzirəm səhranın dağü
daşında.
Hilalı-no
kimi hər ay başında
Salır məni bir sevdayə
qaşların.
Gələ gör Zakirin yaman çağıdı.
Dərdi-möhnət əqlü huşun dağıdı.
Gisulərin əyri qılınc
bağıdı,
İki tiği-giranmayə
qaşların.
***
De görüm ki, neyləmişəm mən
sənə
Bu nə qaşdı,
bu nə qabaq sevdigim?
Rəqib
ilə xəlvət nə danışırdın,
Bana baxa-baxa alçaq , sevdigim?
Əzəlki adətə bənzəməz
halın
Hicrdən bədtərdir zövqi-vüsalın.
Bu gün neçə gündür, fikrü xəyalın
Görünür bir özgə siyaq, sevdigim.
Bivəfalıq zən əhlinin işidi.
Dedigindən dönməz o kim kişidi.
Asta danış, qonum-qonşu
eşidi,
Məbada, olalar oyaq, sevdiğim.
Filankəsin yoxdu həmdəmi,
demə,
Çağırsam əllisi girər qoynuma.
Tay-tuş arasında düşüb
boynuma,
Neçə ildir quru-qısnaq, sevdigim.
Müddətdi Zakiri salıbsan
işə;
Sanasan od düşüb
bir qom qəmişə.
Yar, yar ilə gərək
elə danışa,
Nə diş bilə, nə
də dodaq, sevdigim.
Qasım bəy Zakir
525-ci qəzet.- 2022.- 18 may.- S.23.