Samuray mənəvi ruhu yaşayır
(Əvvəli
ötən çərşənbə sayımızda)
Böyük allahlar yağış göndərə bilər,
sosial institutlar ədalət məhkəməsinin
qurulmasını və səhiyyənin təşkilini təmin
edə bilər. Lakin şüurda yer tapmış
stereotiplər dəyişmir. Ona görə
də hətta ən böyük çarlar da qorxu içərisində
yaşayırlar, elə hey düşünürlər ki, əzablardan
və hüznlərdən necə yaxa qurtarmaq olar, həm də
istəyirlər ki, bu yarışda daha böyük xoşbəxtliyə
yiyələnsinlər.
Qautama qüsurlu çevrəni qırıb
dağıtmaq üsulunu tapdı. Əgər cisimlərin olduğu
kimi qəbul edilməsi öyrənilsə, əzab yoxa
çıxacaqdır,əgər siz kədər
hiss etsəniz, lakin ondan tez xilas olmağı arzu etməyəcəksinizsə,
kədər qalacaqdır, lakin siz ondan əzab çəkməyəcəksiniz.
Əksinə, siz onda xəzinəyə sahib
olacaqsınız. Əgər siz sevinc hiss etsəniz, bu
sevinci gücləndirməyə və onun ömrünü uzatmağa
tələsməsəniz, ruhi sakitliyinizi itirmədən sevinəcəksiniz.
Lakin pisin
və yaxşının mövcudluğuna, arzunun işgəncəsi
olmadan şüuru necə inandırmaq olar? Ağrını
ağrı kimi, sevinci sevinc kimi, kədəri kədər kimi
qəbul etməkmi? Qautama meditasiya texnikasını
işləyib hazırladı - şüuru,
reallığı olduğu kimi qəbul etmək
üçün, qüssə hissi keçirmədən məşq
etdirmək lazımdır. Bu təcrübələr
insana kömək edir ki, "mən indi nəyi hiss etmək
istəyərdim?" sualı üzərində deyil, "mən
indi nə hiss edirəm?" sualı üzərində fikrini
cəmləşdirsin. Belə vəziyyətə nail
olmaq heç də asan deyildir, lakin həm də mümkün
olmayan da deyildir.
Aktual təcrübədə adamlara ağır təəssürata
və fantaziyaya qapılmadan fikirlərini cəmləşdirməyə
kömək etmək üçün Qautama meditasiya
texnikasının bünövrəsinə əxlaqi göstərişlər
dəstini qoydu. O, öz ardıcıllarına qətllərdən,
pozğunluqdan və oğurluq etməkdən yayınmaq barədəki
göstərişini verdi, çünki
belə xətalar adamı təmiz olmayan ehtiraslara həvəsləndirir.
Ehtiras alovu tam söndükdə, hökmən
bütünlüklə məmnunluq və səadət vəziyyəti,
nirvana (hərfi mənada bu söz "odun sönməsi"
deməkdir) meydana gələcəkdir. Nirvananı
əldə edənlər əzabdan bütünlüklə
azad olur. Onda hələ narahatlıq və
ağrı baş verə bilər, lakin bu təcrübə
onu heç də bədbəxt etməyəcəkdir. Kim heç nə arzu etmirsə, o, əzablara da
düçar olmur.
Buddizm ənənəsinə
görə, Qautama özü nirvana əldə etdi və
bütünlüklə əzabdan azad oldu. Həmin
vaxtdan etibarən "Budda" kimi şöhrət tapdı,
bu, "işıqlanmış" deməkdir. Ömrünün qalan hissəsini o, öz kəşflərini
şagirdlərinə izah etməklə məşğul oldu və
çalışdı ki, bütün adamları əzablardan
azad etsin. Öz təliminin mahiyyətini bir qanunda təsvir
etdi: əzab ehtiraslardan meydana gəlir. Əzabdan
tam azad olunmaq üçün arzu etməyi
dayandırmalısan, arzulardan azad olmaq isə yalnız öz
şüurunu, reallığı olduğu kimi qəbul etməyə
öyrətməkdir. Buddistlər Dharma
qanununu kainatın universal prinsipi hesab edirlər. "Əzab ehtirasdan doğur" ehkamı daim və
hər yerdə düzgün olaraq qalır. Buddistlər öz qanunlarının pərəstişkarlarıdır,
onlar üçün bütün qaydaların və əməllərin
mərkəzidir. Allahlar isə onların
gözündə xüsusi əhəmiyyətə malik
deyildir. Monoteizmdən fərqli olaraq
Buddizmin birinci prinsipi "Əzab mövcuddur. Ondan necə yaxa qurtarmaq olar?" kimi səslənir.
Buddizm hesab edir ki, allahlar təbiət qanununa heç
cür təsir göstərmir. Xoşbəxtlik və
əzab təbiətin dəyişməz qanunun nəticəsidir
və o, allahlardan heç də asılı olmadan fəaliyyət
göstərir. Əgər insanın ruhu
arzulardan azaddırsa, allahlardan heç biri bu insanı bədbəxt
edə bilməz və əksinə, insanın könlünə
arzu daxil olsa, kainatın bütün allahları, belə
adamı əzablardan xilas edə bilməz. Xoşbəxtlik
barədəki buddizm baxışı onun haqqındaki müasir biokimyəvi
anlayışa çox yaxındır. Hər
ikisinə görə, hissiyyat yarandığı kimi, tez də
yoxa çıxır. Nə qədər ki,insan onu arzulayır, lakin ala bilmir,
özünü bu vaxt məğmun hesab edir.
Buddizm allahların mövcudluğunu etiraf edir və
onların bəzi qabiliyyətlərini də inkar etmir. Lakin bu təlimin insan
üçün ali məqsədi, əzabdan
onun tam azad olunması hesab edilir. Həm də
başqa, aralıq həll yollarını axtarmağı məsləhət
görmür.
Buddist icmaları zaman
keçdikcə özlərinin buddalarının və
badxisatvalarının panteonunu yaratdılar. Çünki onlar allahlara deyil, bu
işıqlanmış varlıqlara sitayiş edirlər.
Buddizm əzablar barədə Dörd Nəcib Həqiqəti
açıqlayır. Bunlar, adamın özünün əzabın
mənbəyi olması, döyüçünün öz
hisslərinin müxtəlif səbəblər üzündən
üst-üstə yığılmasından əzab çəkməklə
nəticələnməsi də əzaba
bağlılıqdır, bu bağlılığın
özündən uzaqlaşdırılması isə əzabın
sönməsidir. Həm də digər cəhətdən
Səkkiz ölçülü bir yoldur. Nirvana
isə ölüm və yenidən doğulma siklinə son
qoyur. Karma (sanskrit dilində "hərəkət",
"iş" mənasını verir) sikl dəyişikliyi
olmaqla, samsaranı ("sərgərdanlıq" və ya
"dünyanı dövrə ilə dolaşmaq deməkdir"),
yenidən doğulma nəzəriyyəsini seçir.
Yaponiyada yayılmış Dzen -
Buddizm
buradakı cəmiyyətə
və mədəniyyətə əsaslı təsir göstərmişdir.
Ölkə əhalisinin 67 faizi buddizmə
sitayiş edir. Çox sayda adamlar isə hər
iki növ - buddizm və sintoizm dinlərinin elementlərindən
istfadə edir.
Buddanın irəli sürdüyü müstəqil
başlanğıcın 12 həlqəsi izah edilərkən
deyilir ki, insan varlığı transformasiya prosesində həmin
sayda səhnəyə məruz qalır. Buna insanın özü,
ana bətnində şüurun meydana gəlməsi və orada
bədənin formalaşması, ana bətnini tərk etmək
üçün körpənin böyüməsi, anadan
olandan sonra isti və soyuğu fərqləndirə bilməməsi,
fövqəladə obyektlərlə kontakta girməsi, obyektlərə
bağlılıq və nəyəsə malik olmaq
arzularının yüksəlməsi, həyatın insanın
mövcudluğunu mümkün etməsi, hər bir həyatın
qocalığı və ölümü əhatə etməsi
və digər səhnələr daxildir.
Budda
Dörd Nəcib Həqiqətin mövcudluğunu qeyd etməklə
yanaşı, Səkkiz Ölçülü yolu təşkil
edən aşağıdakı orta cığırları həyata
keçirməyi məsləhət görür:
1.
Perspektiv hüququ
2. Fikrə
dalmaq hüququ
3. Hərəkət
hüququ
4.
Yaşamaq hüququ
5. Cəhd
etmə hüququ
6. Vicdanla
cəhd etmə hüququ
7. Seyr etmək
hüququ
8.
Başa düşmək hüququ
Nəcib Səkkiz Ölçülü yol samsaradan,
yenidən doğulmanın ağrılı siklindən
bilavasitə nirvana formasında azad olmaq vasitəsidir.
Digər
versiyaya görə, səkkiz ölçülü yol faktoru həmçinin,"düzgün
baxışı, düzgün niyyəti, düzgün nitqi,
düzgün hərəkəti, düzgün yaşayışı,
düzgün cəhdi, düzgün ağılı və diqqəti
düzgün cəmləşdirməyi" əhatə edir.
Mühüm göstəriş hesab edilən Ürək
Sutrası buddist rahib Sariputra (Sariputta) ilə söhbəti
ifadə edir.
O, Buddanın ən aparıcı şagirdlərindən biri
idi və yoldaşlarından daha müdrik hesab olunurdu.
Budda b.e.ə. 563-cü ildə Kapilavastuda əyalətin
irsi hökmdarı kimi doğulmuşdu. Həmin ərazi
indiki Nepalın cənubunda yerləşir. Onun ailəsi Şakya klanına məxsus idi.
Qautana Budda (onun ilk soyadı Siddhartha idi) tarixi şəxsiyyət
idi, ingilislərin iftixar mənbəyi olan kral Arturun isə
ondan min ildən sonra fəaliyyət göstərməsi
güman edilsə də, onun tarixən mövcud olması təsdiq
olunmamışdır, yalnız sadəcə rəvayət qəhrəmanı
hesab olunur. Budda isə real şəxsiyyət olmaqla,
yaratdığı təlimə görə müəllim,
filosof və ruhi lider kimi qiymətləndirilir. Həm də dünya dini olan Buddizmin banisidir. Ölüm vaxtı barədə müxtəlif
tarixlər göstərilir, lakin o, öz vəsiyyətində
yaşının 80-i ötdüyünü bildirir.
Bir gün gənc Budda öz sarayından çıxanda
matəm dəstəsi ilə qarşılaşdı. Bu ona, həyatın
və ölümün nəticələri barədə dərin
təsir göstərdi və o, ruhi səyahətə
yollandı. Altı il ərzində
asket (zahid) həyatını yaşamaq məşqi ilə o,
bu qənaətə gəldi ki, harmoniyalara, ağılın
dinc vəziyyətinə orta cığır vasitəsilə
nail oluna bilər. Bu vaxt onun 35 yaşı var
idi. Ona aydın oldu ki, ağılın belə
saflaşması adətən onun sakitləşməsinə
aparıb çıxarır.
Budda öyrədirdi ki, kiminsə bu dünyadakı sosial
mövqeyi, reputasiyası və iqtisadi statusu işıqlanma
konteksində bütünlüklə mənasız bir
şeydir.
Ürək
Sutrasının mənşəyinə gəldikdə, bir
versiyaya görə, 84 il yaşamış Buddanın
ölümündən (bunun b.e.ə. 479-cu ildə baş
verdiyi bildirilir) 90 gün sonra onun üç fəal
şagirdi, digər 475 tələbə sirdaşlarını
da çağırıb, bir yerdə mağara qazdılar ki,
Buddanın öyrətdiklərini qoruyub saxlamaqla, gələcək
nəsillərə çatdırsınlar. Bu
qrupun cəhdi ilə Böyük Müdriklik Sutrası
yarandı, onun mahiyyəti isə Ürək Sutrasında idi.
Ürək Sutrası dünyanı elə təsvir edir
ki, hətta akademik bilik vasitəsilə də başa
düşülə bilməz. Bu o dünyadır ki,
onu yalnız empirik bilik vasitəsilə başa düşmək
olar.
Buddizm qaralama şəklində Hinayana və Mahayana məktəblərinə
bölünür. Hinayana ən qədim Buddizm hesab olunmaqla,
Buddanın özünün orijinal qaydada öyrətdiklərini
vurğulayır. Hinayana ənənəsinə görə,
bir ovuc meymun da işıqlanmaya nail ola bilər.
Mahayana Buddizmi isə Hinayana Buddizminə
qarşı inqilabi hərəkat kimi mövcud olmuşdur.
Adətən, adamlar Buddizm təliminin
daşıyıcıları kimi buddist rahiblərə
böyük ehtiramla yanaşırlar. Həm
də onların nailiyyətlərindən özləri
üçün nəyisə çıxarmaq istəyirlər.
Rahiblərə münasibətə gəldikdə, Budda özü də onlara yüksək qiymət verirdi. Budda öləndə öz sevimli şagirdi Anandaya dediyi sözlər onun vəsiyyəti hesab olunur. Ananda isə Dhammanın xəzinədarı sayılırdı. Dhamma termini Budda doktrinası olmaqla, Buddanın öyrətdikləri mənasını verir, həqiqətləri açır, adamı işıqlanmağa nail olmağa aparır. Dhammaya gündəlik həyatda əməl etmək, əzab çəkmənin öhdəsindən gəlməyə kömək edə bilər. Budda şagirdinə demişdi:
"Ananda, burada, Yer üzündə ada və sığınacağı heç bir yerdə deyil, özünüzdə axtarın və başqa bir yerdə deyil, məhz təlimdə bu adanı və sığınacağı tapacaqsınız... Rahib, bədəni ona hələ xidmət edəndə bu dünyada öz ömründən keçənlər, dərd və arzular barədə ciddi surətdə düşünür. Bu qeyd olunan səyinə görə, rahiblər ən yüksəkdə olanlar kimi sayılacaqlar". Budda təkrar edirdi ki, Ananda, sən öz daxilində olan adalarda yaşayacaqsan. Başqa bir sığınacaq tapmağa çalışma və hətta Dhamma kimi adada da heç bir sığınacaq axtarma. O rahiblər ki, mənim dövrümdə və sonralar Dhammada və başqa yerdə ada axtaracaqlar, həmin inadkar adamlar həqiqətən mənim rahiblərimdir və onlar (yenidən doğulmanın) qaranlığını dəf edə biləcəklər (başqa sözlə, nirvanaya çatacaqlar - müəllif)".
Bədəni öldükdən sonra Budda öz öyrətdiyinə - parinirvanaya nail oldu, bu, axırıncı nirvana olmaqla, yenidən doğulmanın və əzab çəkmənin sonu demək idi.
Buddizm məşqinə meditasiya və öz ifadəmizlə desək, oruc tutmaq daxildir. Meditasiya və müəyyən müddətə ac qalmaq əlavə qüvvə, müdriklik və beyinin potensial qabiliyyətini əmələ gətirir.
Dzen - buddizmə sitayiş edənlər (Yaponiyada isə buddizmin məhz bu növü yayılmışdır - müəllif) güman edirlər ki, hər bir adamda Budda gizlənir və mömin həyat, həmçinin, özünü seyrə dalma istənilən şəxsdə ruhun azadlığını oyada bilər.
Budda orta yolla getməyi moizə edirdi. İşıqlanma
elə bir prosesdir ki, ağıl istənilən nəyəsə
bağlılıqdan azad olur. İşıqlanma,
buna nail olmuş adamın həm də istənilən şəraitdə
dəqiq zəfər qazanacağı barədə olan bir
nikbin mənanı verir.
Əgər sən dağı özünə
yaxınlaşdırmağı arzulayırsansa, öz arzundan
vaz keç və sadəcə olaraq dağa tərəf
yollan. Bu məntiqi başa düşmək
üçün Ürək Sutrasının dağa tərəf
necə getməyi təsvir etdiyini anlamağa borclusan.
"Budda"
sanskrit dilində "işıqlanma",
hərfi mənada isə "oyadılmış" mənasını
verir. Budda və ya Şakya oğul
(Şakyamuni), əslində, Qautama Siddhartha idi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 18 may.- S.21.