Putin geriyə necə qayıdacağını bilmir  

 

 

Ötən ilin dekabrın 17-də Rusiya ABŞ-a "Regional təhlükəsizliyə dair yeni razılaşma" adlı sənəd təqdim edərək Vaşinqtonu NATO-nun genişlənməsindən, Ukrayna Gürcüstanın Şimali Atlantika Alyansına üzv olacağına dair "Buxarest formulu"ndan Alyans üzvü olan postsovet dövlətlərin ərazisində hərbi bazaların yaradılmasından imtina etməyə çağırdı. Moskvanın tələbdəri sırasında Şimali Atlantika Alyansının infrastrukturlarının Rusiya-NATO təsis aktının imzalandığı 1997-ci il vəziyyətinə qaytarılması tələbi vardı.

 

Vaşinqtonun çox incə şəkildə bu tələbi rədd etməsindən iki ay sonra Moskva Vaşinqtona "Rusiya Federasiyası ilə Amerika Birləşmiş Ştatları arasında təhlükəsizlik zəmanətləri haqqında müqavilə layihəsi" adlı sənəd təqdim edərək əvvəlki sənəddə qeyd olunan tələbləri bir daha irəli sürdü. Vaşinqton yenə Moskvanın tələblərini rədd edərək NATO-nun genişlənmə hüququndan imtinanın Şimali Atlantika Alyansının infrastrukturlarının 1997-ci il vəziyyətinə qaytarmasının mümkünsüzlüyünü bildirdi.

 

Bundan sonra Rusiya tələblərini hərbi yolla təmin etmək niyyətinə düşərək "Ukraynanın demilitarizasiyası denazifikasiyası" adlı "xüsusi hərbi əməliyyat"a başladı. Bu əməliyyatın ilk günlərində Rusiya ordusu sürətlə Ukraynanın şəhər kəndlərini nəzarət altına almağa başladı paytaxt Kiyevi üç tərəfdən mühasirəyə aldı. Martın ilk günlərində bir çoxları Ukraynanın çöküşünü labüd sayırdı. Həmin günlərdə Kremlin sərt nəzarəti altında olan Rusiya mətbuatı NATO-nun taleyinin sual altında olduğunu geniş təbliğ edirdi. Ancaq zamanla vəziyyət dəyişməyə başladı Moskvanın bir neçə günlük hərbi əməliyyat kimi nəzərdə tutduğu müdaxilə qanlı müharibəyə çevrildi. Artıq üç aya yaxındır davam edən bu müharibə NATO-nun genişlənməsinin qarşısını almaq əvəzinə, bitərəf dövlət statusuna malik Finlandiya İsveçin Şimali Atlantika Alyansına üz tutmasına səbəb oldu. Rusiya prezidenti Vladimir Putin özünün səbəb olduğu bu vəziyyətdən necə çıxacağını bilmir. Əks halda Finlandiya İsveçin NATO-ya üzvlüyünün Rusiya üçün təhlükə olmadğını bəyan etməzdi. Halbuki o, Ukraynaya hərbi müdaxilənin Kiyevin NATO-ya uzun illər sonra mümkün üzvlüyünün qarşısını indi almaq üçün edildiyini bildirmişdi. Yəni fevralın 24-dən əvvəl yalnız nəzəri cəhətdən mövcud olan Ukraynanın NATO üzvlüyü ilə barışmayan Putin indi Finlandiya İsveçin gerçək üzvlüyünü çox sakit qarşılayır. Halbuki Finlandiya İsveçin NATO-ya üzvlüyü Rusiya üçün strateji əhəmiyyətə malik üç dənizdən biri olan Baltik dənizini Şimali Atlantika Alyansının daxili su hövzəsi halına gətirəcək.

 

Digər tərəfdən, Finlandiyanın NATO-ya üzv olması ilə Şimali Atlantika Alyansına məxsus raketlərin Sankt-Peterburq Moskvaya zərbə məsafələri Ukraynadan daha yaxın olacaq. "New York Times" qəzeti Rusiya prezidentinin üzləşdiyi bu vəziyyəti obrazlı şəkildə belə ifadə edib: Putin ağaca dırmaşıb necə enəcəyini bilmir. Finlandiya İsveçin NATO-ya üzvlük prosesi isə bu gün - mayın 18-də başlamalıdır.

 

Rusiya Ukraynaya qarşı müharibə ilə bu ölkənin, eləcə Gürcüstan Moldovanın təcili şəkildə üzvlük üçün Avropa Birliyinə müraciət etməsinə səbəb olub. NATO-nun genişlənməsinin qarşısını almağı hədəfləyən müharibə Finlandiya İsveçlə yanaşı, Monteneqronun da mövqeyini dəyişib. Bu ölkənin yeni hökuməti Monteneqronun Avroatlantik məkana inteqrasiya kursuna qayıtdığını ölkəni keçmişə sürükləməyə çalışan "rus-serb" cütlüyünün mənəvi əsarətindən çıxdığını bəyan edib.

 

Moskvanın hərbi-siyasi layihəsi olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Rusiyanın Ukraynaya qarşı müharibəsində üzv ölkələrin iştirakını müzakirə etmədiyi haqqında Təşkilatın Baş katibi Stanislav Zasın açıqlaması aydın göstərir ki, Rusiya təklənib. Rusiyanın heç bir müttəfiqi onunla birlikdə müharibəyə qoşulmaq istəmir. Bu isə faktiki olaraq KTMT-nin "ölü təşkilat"a çevrildiyini göstərir.

 

KTMT-yə üzv ölkələrin dövlət və hökumət başçılarının son sammitdəki davranışı aydın göstərir ki, onlar Rusiyanın bu müharibəni uduzduğunu görürlər. Digər tərəfdən, KTMT-yə üzv ölkələrin liderləri Qərbin ciddi sanksiyalar tətbiq edəcəyindən qorxurlar. Belə fikirlər mövcuddur ki, KTMT-nin 20 illiyinə həsr olunmuş sammit Təşkilatın son sammiti ola bilər. Çünki KTMT-nin üzvü olan Ermənistan, Qazaxıstan, Qırğızıstanın qurumun sıralarını tərk etmək niyyətində olduqları haqqında məlumatlar var. Yeri gəlmişkən, bu ölkələr Rusiyanın siyasi-iqtisadi layihəsi olan Avrasiya İqtisadi Birliyini də tərk etmək niyyətindədirlər.

 

Rusiya müdafiə naziri Sergey Şoyqunun amerikalı həmkarı Llyod Ostinlə üç aylıq fasilədən sonra ilk dəfə ünsiyyət qurması hansısa danışıqlara cəhd kimi dəyərləndirilir. Belə iddia edilir ki, müharibənin dayandırılması ilə bağlı Rusiyanın təklifləri var. Bu təklifin mahiyyətinin tam nədən ibarət olduğu məlum deyil. Ancaq Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun "Rusiyanın Ukrayna qarşısında kapitulyasiya etməyəcəyi" haqqında bəyanatı çox diqqətçəkicidir. Bu açıqlama onu göstərir ki, Rusiya Ukraynadakı müharibədə qələbə çalmayacağını anlayır, bu reallıqla barışıb. İndi sadəcə, Ukrayna qarşısında kapitulyasiya etmək istəmir.

 

ABŞ prezidenti Co Baydenin Putinin simasını qorumağa çalışdığı və məğlub görünmək istəmədiyi haqqında açıqlaması da Moskvanın hansısa güzəştli sülh arzuladığı haqqında qənaəti gücləndirir. Moskvanın istəyinin tam nədən ibarət olduğu bəlli olmasa da, Ukrayna və müttəfiqlərinin Kremlin istəyi ilə razılaşacağı mümkün görünmür. Belə olduğu halda isə Putinin ötən ilin dekabrında başlatdığı yolu geriyə necə qayıdacağı aydın deyil. Belə görünür ki, Putin özü də geriyə necə qayıdacağını bilmir.

 

 

Xaqani CƏFƏRLİ

 

525-ci qəzet.- 2022.- 18 may.- S.8.