Kitabxanaşünas alim Rasim
Kazımovun 90 illiyi qeyd edilib
Mayın 18-də Azərbaycan Milli Kitabxanasında tanınmış
kitabxanaşünas-alim, pedaqoq
Rasim Kazımovun
(1932-2008) 90 illik yubileyinə
həsr olunan tədbir keçirilib.
Mədəniyyət Nazirliyi və Milli Kitabxananın
birgə təşkilatçılığı
ilə keçirilən
tədbiri kitabxananın
direktoru, professor Kərim
Tahirov açaraq Rasim Kazımovu Azərbaycan kitabxanaşünaslığının
patriarxı sayılan
Abuzər Xələfovdan
sonra bu sahədə ən görkəmli alim olduğunu deyib: “Qürurvericidir ki, Rasim Kazımov əmək fəaliyyətinə
məhz Milli Kitabxanada başlayıb. Daha sonra o, AMEA-nın Mərkəzi Elmi Kitabxanasına direktor təyin edilib. R.Kazımovun
ruhu şaddır, çünki bu gün ailəsi, tələbələri, yaxınları
onun əziz xatirəsini anır.
Neçə on illər keçsə
də, gənc kitabxanaşünaslar Rasim
müəllimin kitablarından
bəhrələnəcək, ona istinad edəcəklər.
Sonra Milli Kitabxananın hazırladığı
“Kitabxanaşünas-alim Rasim
Kazımov”
(http://anl.az/el/emb/R.Kazimov/index.html) adlı
elektron məlumat bazası təqdim edilib. Bildirilib ki, elektron məlumat bazası “Rasim Əhməd oğlu Kazımovun həyatı, elmi-pedaqoji və təşkilati fəaliyyəti
haqqında qısa oçerk”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər
Rasim Kazımov haqqında”, “Əsərləri”
və “Fotoqalereya” bölmələrindən ibarətdir.
Bakı Dövlət Universiteti
(BDU) Kitabxana resursları
və informasiya axtarış sistemləri
kafedrasının professoru
Xəlil İsmayılov
çıxış edərək
alimlə bağlı
xatirələrini bölüşüb,
tələbələrinə qayğısı barədə
danışıb.
Alimin ailə
üzvləri adından
qızı, Respublika Uşaq Kitabxanasının
şöbə müdiri
Leyla İbrahimova çıxış edərək
tədbir iştirakçılarına
minnətdarlığını bildirib və atası haqqında xatirələrini bölüşüb.
525-ci qəzet.- 2022.- 19 may.- S.11.